Qadın
İkinci rübə xorş gəldiniz! Təbrik edirik
yolun üçdə biri arxadadır. Proqnozlara rəğmən, toksikoz sizi narahat
edirsə, kefinizi pozmayın. rahatlayacağınız günə az qalıb.
Əlahəzrət
hamiləliyin daha bir xoşəgəlməyən surpirizini müzakirə etməyin tam
zamanıdır. Söhbətimizin mövzusu qəbizlikdir. Məhz bu dönümdə qəbizlik
yarana bilər. lakin bu, əvvəl və ya sonar da ola bilər.
Qəbizliyin
səbəbi bağırsaqların peristaltik (bu sözü xatırlayırsınızmı?)
fəallığının zəifləməsidir. Bu o, deməkdir ki, qida kütləsi
bağırsaqlardan həvəssiz keçir, gecikir və bərkiyir. Peristaltik fəallığı
zəiflədən orqanizmdəki hormonal dəyişikliklərdir (bu ifadə artıq
neçənci dəfədir işlədilir). Böyüməkdə olan uşaqlığın da təsiri var. O,
getdikcə qarın boşluğunda bağırsaqların yerini daraldır. Qeyd etmək
lazımdır ki, uşaqlığın ölçüsü qəbizliyə daha çox, hamiləliyin sonrakı
müddətində şərait yaradır.
Qəbizlik gələcək ana üçün yaxşı heç nə
vəd etmir. Xoşagəlməz hal olması bir yana, fəsadlar da törədə bilər. Ən
pisi hemoroydur. Bu, düz bağırsağ damarının varikoz genişlənməsidir,
formaca müxtəlif ölçülü düyünlərə (bir, çox salxımşəkilli) bənzəyir.
Hemoroy düyünləri xaricdə (arxa dəlik ətrafında) və ya daxildə (düz
bağırsaq yolunda) yerləşir. Hemoroy düyünləri hamiləlik vaxtı çox rast
gəlinən haldır və müvafiq tədbir görüldükdə «özlərini pis aparırlar».
Lakin qəbizliliklə müşayiət olunan daimi gücənmə hemoroy düyünlərinin
iltihabına, şişkinliyinə, ağrıya və qanaxmaya səbəb ola bilər. Varikov
düyünlərindən sığortalanmaq şansı hər kəsə nəsib olmasa da, hemoroyun
ağırlaşmalarının qarşısını almaq mümkündür. Bunun üçün təxirə
salınmadan qəbizliyə müharibə elan etmək lazımdır.
Bir neçə məsləhət:
• Pəhriz yeməyinizi sellülozalı bitki məhsulları ilə zənginləşdirin
(bax.qida haqqında məqalə) bu məhsullar tam həzm olunur və bağırsaqdakı
kütləyə həcm verir ki, bu da bağırsağı işləməyə məcbur edir. Doğrudur,
bəzi məhsullar (paxlalıar və ya kələm) bəzən qaz yaranmasını gücləndirir
və bağırsaqlarda köpə səbəb olur. Bunlardan çox istifadə etməyin. Lakin
bunu etmisinizsə bir- iki fincan çobanyastığı çayı için və ya 2 3
aktivləşdirilmiş kömür həbi qəbul edin. Bunun körpəyə ziyanı yoxdur.
• Təbii yumuşaldıcı ərzaqla qidalanın. Məsələn, rəndələnmiş çuğundur və
ya çuğundur şirəsi qəbizliyin öhdəsindən gəlməkdə çox qadına kömək edir.
• 100 150 ml qaynadılmış suda həll edilmiş 1 disert qaşığı bal da
effektli təsir göstərir. Bu, «eliksiri» acqarnına içəmək lazımdır, sonra
sağ böyrü üstə uzanıb üzərinə ilıq qrelka qoyaraq 10 15 dəqiqə
dincəlin. Rəfiqələrinizlə məsləhətləşin, yəqin ki, kimsə qəbizliyin
öhdəsindən necə gəlməsinin sirrini açıqlayacaq. Bu, buğda kəpəyi, dəniz
kələmi, gavalı püresi, həmçinin təcrübədən çıxmış çoxlu sayda vasitələr
ola bilər. Təklif olunmuş üsul ürəyinizə yatmırsa, intuisiyanızı
dinləyin, mütəxəsisslərdən məsləhət almamış həmin üsulu sınaqdan
keçirməyin. Xüsusən, yumşaldıcı medikametlərlə ehtiyatlı olun. Onları
yalnız həkim təyin edə bilər.
• Bərkidici xassəli ərzaqdan
(armudun bəzi sortları, meşəgilası mürəbbəsi, çox həcmdə xaş xaş və s.)
istifadə etməyin. Bunlarsız da qəbizlik üçün xeyli səbəb var.
• Mümkün qədər hərəkətdə olun. Piyada gəzin, bəzən hovuza da girə bilərsiniz.
• Bütün bu üsullar sizə kömək etmərsə, həkimə müraciət edin. Satışda
geniş çeşitdə işlətmə dərmanları var və mütəxəssis münasib dərman
seçməkdə sizə yardım edər.
Gələcək uşaq
Bu
həftə çoxlu sayda əhəmiyyətli hadisə baş verir. Tam iyirmi süd dişi
formalaşıb (çıxmaq üçün zamanını gözləyir). Dölün bağırsaqları qarın
boşluğuna yerləşir, bağırsaqlarda qidanın həzmində vacib rol oynayan
xovlar əmələ gəlməyə başlayır. Körpənizin mədəaltı vəzisi insulin
hazırlamağa başlayır.
Dölün çəkisi 28 qramdır.
İllüstrasiyaya diqqət edin – dölün ayaqları demək olar ki, fomalaşmışdır. Qəribədir, nə tez oldu!