Qadın
Beləliklə, siz «hamiləliyin ikinci rübü»
adlı ecazkar tamaşanın baş qəhrəmanı rolunu tamamilə mənimsəmisiniz.
Gələcək ana fəxri adını vüqarla daşıya bilərsiniz. Ailə üzvləriniz də
bunu yetərincə anlamalıdırlar. Adətən, bu dönəmdə ailədə gözlənilən
artımla bağlı normal «işgüzar» münasibət yaranır. Hər kəs yardım etməyə,
dəstək olmağa çalışır. Ailə üzvlərinizin hər cür iştirakını
dəyərləndirin – xoşməramlı birgə çalışıb – cavablamalar ailə üvlərini
yaxınlaşdırır, sanki ailəni «sementləyir».
İçinizdəki
dəyişikliyə gəldikdə isə, güzgüyə baxdıqda qarnınızın ortasında qasığdan
göbəyə qədər qəhvəyi xəttin uzandığını görəcəksiniz. Bunun səbəbi
«melanin» adlanan xüsusi piqment maddəsidir. Hormonların növbəti
işləyidir. Naraht olmayan – doğuşdan sonra keçib gedəcək.
Gələcək uşaq
Körpənin
başında tük çıxmağa başlayır. Əlbəttə, bu hələ sizin gələcəkdə həvəslə
darayacağınız (bəlkə də, hörüb, ya da, toplayacağınız saçlardan deyil).
Dəri çox zərifdir, rəngi çəhrayıdan çox qırmızıya çalır. Alimlər
hesablamışlar – bu dövrdə körpənin kiçik ürəyi gün ərzində 23 litr qan
vurur.
Döl müntəzəm olaraq sidik kisəsini boşaldır. Sidik amniot
mayesinə qarışaraq onun tərkibinin saxlanılmasına kömək edir. Lakin
körpənizin sidiyi dölyanı suyun ən başlıca komponenti deyil, hər halda
hələki bu belədir. Su döl qovuğunun hüceyrələri tərəfindən hasil edilir.
Dölyanı sular gün ərzində 8-10 dəfə «təzələnir». Bu, lazımi kimyəvi
tərkibin (su, mineral, üzvü maddələrin qarışığı) saxlanılması üçün vacib
olan sterilliyi təmin edir.
Döl qovuğunun və amnoit mayesinin
körpə üçün böyük əhəmiyyəti var. Bu, həm mexaniki təsirlərdən müdafiə,
həm rahat hərəkət imkanı, həm də ağciyərlərin, böyrəklərin, həzm
sisteminin inkişafının əməli yardımçısıdır. Həmçinin, amniot mayesi
körpənin ilk mühiti məskənidir. O, bu mühiti, fəal şəkildə öyrənir,
informasiya və kimyəvi maddələr mübadiləsi edir. Bu mühitin rahatlığı
barədə ayrıca danışmaq lazımdır. Təsəvvürünüzə gətirin – dünyanızın sərt
reallığından - ümumdünya cazibə qanunundan, sənaye hay –küyünün
gözqamaşdırıcı işıq və hərcimərciliyin üstünə sığal çəkən ilıq, təmiz,
demək olar ki, şəffaf su, çəkisizliyin xoş duyğusu, solğun işıq,
dölyanıı suların içindən keçən hər hansı bir səsin sehrli çaları –
təəccüblü deyil ki, insanların çoxu ömrülərinin ilk doqquz ayını
keçirdikləri aləmə şüuraltı məhəbbətlərin həmişəlik saxlayırlar.
Yorulmaz
yapon alimləri «süni uşaqlıq» - ana bətnini andıran xüsusi kamera
quraşdırmışlar. Elastik materialdan hazırlanmış içi xüsusi maye ilə
dolu çənə döl şəklində oturmuş yaşlı insan yerləşə bilər. «Süni
uşaqlıqda» olmuş insanların dediyinə görə, belə təhlükəsizlik hissini,
rahağlığı və relaksasiyanı heç bir zaman (çoxdan, desələr, daha düzgün
olardı) hiss etməmişlər.
Su mühiti – dölün alışdığı və sevimli
məskənidir. Məhz buna görədir ki, doğuşun suda aparılması və körpələrin
üzməyə erkən alışdırılması dünyada geniş populyarlıq qazanıb. Elə buna
görədir ki, müxtəlif çatışmazlıqlarla doğulmuş körpələrin
reabilitasiyası üçün qabaqcıl pediatriya klinikalarında su ilə bağlı
hərəkətlərdən, həmçinin «quru immersiya» texnikasından (d.d., dünyaya
yenicə gəlmiş körpələrin alışdığı çəkisizliyin modelləşdirilməsi)
istifadə edilir. Bu səbəbdən, varisinizin adi çimməsini körpənizə sevinc
gətirəcək sehrli ayinə çevirməlisiniz. Baxmayaraq ki, bu sizə yarım
ildən sonra lazım olacaq, bunu indidən düşünməyə başlayın (intizar dolu
sakit axşamlarda başqa nə etmək olar?)
Bu dövrdə körpəniz təxminən belə görünür. Baş barmağını necə sorur, bunu az sonra görəcəksiniz.