Hamiləliyin on altıncı həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 22 659
Səs ver:
(səs: 2)
Qadın
Bu həftə siz ilk dəfə dölünüzün tərpənişini hiss edə bilərsiniz. Əgər əvvəllər doğmusunuzsa  və ya arıq bədən quruluşuna  maliksinizsə, ehtimal daha yüksəkdir. Ümumiyyətlə, qadınlar ikinci hamiləlikdə dölün tərpənişini birincidən  2-4 həftə əvvəl hiss edirlər. Qadınlar bu hissi əvvəllər yaşadıqları üçün daha ayıq olurlar. Əslində, ilk hamiləliyin 22- 23 –cü həftəsinə qədər qadın dölün tərpənişini hiss etmirsə, təəccüblü deyil: sonrakı müddətdə dölün səxavətlə vurduğu dürtmələrdən fərqli olaraq ilk titrəyişlər çox zəif olur.

Dölün ilk titrəyişləri doğuşun təxmini tarixini hesablamaq üçün gərəkli ola bilər. Lakin, siz də anlayırsınız ki, bu ölçünün dəqiqliyi yüksək deyil.

Bu həftə siz qanınızda alfa – fetoproteinin (AFP), Xorionik qonadotroninin (XQ) və  pekopyugir (HE) səviyyəsini yoxlamaq üçün qan analizi verməlisiniz.

Bəzi şikəstlik törədən xəstəliklərdə (məsələn, Daun sindromu, kəllə –beyin yırtığı, anensefaliya, dölün ön boşluğun divarının çoxalması və s.) hamilə qadının qanında bu maddələrin səviyyəsi normadan kənar olur. Tədqiqatlar nəticəsində döldə bu fəsadların olmasından şübhələnəmək və ya istisna etmək mümkündür. Əslində, siz növbəti həftə, hətta, daha gec qan analizi verə bilərsiniz. Lakin yaxşı olar ki, hamiləliyin 15 və 20 –ci həftələri arasında, 1-2 həftə intervala, iki dəfə qan verəsiniz.

Məsələn, 16-ı və 19-u və ya 17-i və 20-i.  Bu məsələ ilə bağlı ginekoloqunuza və ya tibbi- genetik məsləhətxanaya müraciət edin.

Gələcək uşaq
Körpə sizin və Allahın köməkliyi ilə mükəlləşməsi üçün yorulmadan çalışır.

İndi onun qulaq  seyvanları (məişətdə «qulaq» adlandırılır) demək olar ki, öz yerində yerləşmişdir. Əvvəllər onlar aşağıda (d.d. boynuna yaxın) yerləşirdi. Portretdə daha bir cizgi – demək olar ki, tam formalaşmış dırnaqlardır.

Böyrəklər və sidik kisəsinin fəaliyyətinə gəldikdə, burada da inkişaf nəzərə çarpır – təxminən, hər 45 dəqiqədən bir körpə dölyanı suları «zənginləşdirir». Əl və ayaq hərəkətlərinin  uyğunlaşması artır. Körpənin boyu da artıb –onun uzunluğu artıq 16 sm çatır.

Bu da vəd etdiyimiz şəkil: körpə baş barmağını sorur. Bu, eyni qəbildən olan son şəkil deyil (döl bu adəti doğulana qədər saxlayır).
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 22 659
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri