Qadın
İndi siz mama –ginekoloqunuzla ikiqat
artıq görüşəcəksiniz. Gələcək doğumun perspektivləri ilə bağlı
mütəxəssislə məsləhətləşmənin tam zamanıdır. Doğumun
ağrısızlaşdırılması, epizotomiya, doğum hərəkətinin stimulyasiyası
barədə məlumatlanmanız faydalı olardı. Doğum zamanı bu situasiyalarla
üzləşə bilərsiniz və bunların təyinatı, siz və körpəniz üçün müsbət və
mənfi cəhətlərini bilməniz vacibdir.
Ola bilsin ki, sizin süd
vəziləriniz qatı maddə (molozivo) ifraz edir. Əgər bu, baş verməyibsə,
pis əlamət (məsələn, körpənin əmizdirilməsində gözlənilən çətinliklər)
kimi qəbul etməyin.
Rezus –konflikt təhlükəsi olan qadınlar bu
müddətdə xüsusi preparat (Rhogam tipli) almalıdırlar, bu, ana və dölün
orqanizmləri arasındakı konfliktin fəsadlarının azaldılması üçün
lazımdır. Əgər həyat yoldaşınız mənfi rezus və ya siz müsbət rezusa
maliksinizsə, narahatlığa əsas yoxdur.
Gələcək uşaq
Körpənizin kirpikləri çıxmışdır!
Körpəniz oğlandırsa, bu həftə yumurtaların xaya torbasına düşməsi qeydə alınır (bu vaxta qədər qarın boşluğunda idi).
Dölün uzunluğu bu həftə 35 santimetr, çəkisi bir kiloqramdan artıqdır.
Bu
həftə vaxtından əvvəl doğulmuş körpənin yaşamaq şansı kifayət qədər
yüksəkdir, əlbəttə ki, müasir tibbi texnologiyalardan istifadə
olunmaqla.