Hamiləliyin otuzuncu həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 19 351
Səs ver:
(səs: 0)
Qadın
Diskomfortun azalması üçün qamətiniz yenə əsas rol oynayır. Bədəninizin ağırlıq mərkəzi dəyişməkdə davam edir, ona görə də qamətinizə diqqət yetirin.

Səhhətinizin qorunmasında və fəaliyyətinizin yüksək səviyyədə saxlanılmasında fiziki hərəkətlərin əhəmiyyəti böyükdür. Doğuma hazırlıqda bu hərəkətlər çox kömək edə bilər. Ən əsası odur ki, canfəşanlıq etməyəsiniz, bu vaxta qədərki həyat tərziniz aktiv hesab olunmurdusa, daha diqqətli olmalısınız. Optimal gərginliyi piyada gəzinti və üzgüçülükdə ala bilərsiniz (yalnız qısa məsafələrə  və aşağı sürətlə). Müxtəlif növlü gərilmələr də faydalıdır.

Bu, adətən, hamiləliklə bağlı olan xoşəgəlməz halların sayının azalmasını kömək edir.

Gələcək körpə

Körpə onu əhatə edən mühit barədə əməlli –başlı təsəvvürə malikdir. Biz uşaqlığın tamamidə qaranlıq bir yer olduğunu düşünürük, əslində isə belə deyil. Uşaqlığın işıqlanma səviyyəsi hamilə qadının olduğu yerin işıqlanmasından çox asılıdır. Belə ki, körpəniz işıq və qaranlıq duyğusu ilə tanışdır. İndi isə körpənizin nə zaman oyaq  və nə zaman yatmış olduğunu dəqiq təyin edə bilərsiniz. Hamilələrin böyük əksəriyyəti belə düşünür ki, ana fəal olanda körpə yatmış olur və əksinə, ananın «gözlərindən yuxu töküləndə» uşaq həddindən artıq fəallaşır. Lakin bu, o demək deyil ki, döldə yuxusuzluq var.

Əgər sizdə Brekston –Hiks yığılması (bu barədə əvvəl yazılmışdı) varsa, analıq məktəbində (doğuma psixi profilaktik hazırlıq) öyrəndiklərinizin məşq edilməsi üçün bundan istifadə edin. Sizin bədəniniz intensiv şəkildə doğuma hazırlanır. Döl uşaqlığın yığılmasını hiss edir, lakin bundan zərər çəkmir.

Körpənizin çəkisi təxminən 1400 qramdır, uzunluğu 37,5 santimetrə yaxındır.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 19 351
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri