Bürcünüzə görə tənha olmağınızın səbəblərini deyirik!

Müəllif: Onun_Mələyi
Şərhlər: 13
Baxılıb: 8 386
Səs ver:
(səs: 3)
Tək olduğunuzla bağlı bürcünüzün də təsiri ola biləcəyini heç düşündünüzmü?

Bürcünüzə görə tənhalığınızın səbəbləri:
1. Qoç Bürcü
Gözləntiləri çox olan və çətin bəyənən bir insan olduğunuz üçün qarşı tərəf sizinlə olan münasibətini davam etdirməkdən çəkinir. Həmçinin qarşı tərəf üzərində hakimlik etməyiniz də qarşı cinsi qorxudur.

2. Buğa Bürcü
Hər cəhətdən qazanan tərəf olacağınıza inansanız, istədiyiniz insanın arxasınca sonuna qədər gedərsiniz. Başlanğıcda bu vəziyyət sizi və qarşı tərəfi narahat etməsə də, münasibətin irəliləyən dövrlərində bu qarantiçi xarakteriniz mane olmağa başlaya bilər və yenidən tənha qala bilərsiniz.

3. Əkizlər Bürcü
Təbii cazibədarlıq, şirin dilli və diqqətçəkən hərəkətlərinizlə yanaşı, narahat və gərgin biri olmağınız sizi şübhə içinə sala bilər. Bu hal da çox vaxt qarşı tərəfin beynində suallar yaradır vəbaşının qarışmasına səbəb olur.

4. Xərçəng Bürcü
Hər şeyə və hər kəsə qarşı inamsızlıq, sizin beyninizdə tez-tez yaranan bir duyğudur. Bu mövqeyiniz, qarşı tərəfin münasibəti bitirməəsinə və sizdən tamamilə uzaqlaşmasına səbəb ola bilər.

5. Şir Bürcü
Özünüzə olan hədsiz inam hissi münasibətin başında qarşı tərəfə xoş görünür. Ancaq, zamanla onu görmədiyinizi və istəmədiyinizi düşünən sevgiliniz, hərəkətlərinizi itici görməyə başlayır və qısa zamanda sizi tərk edir.

6. Qız Bürcü
Çox tənqid etməkləri Qızların başına həmişə bəla olub..Baş verən hadisələri təkrar-təkrar danışmaq və gündəmə gətirmək münasibətlərinin bitməsinə səbəb olur.

7. Tərəzi Bürcü
Hər kəsin sizə qarşı olduğu ilə bağlı fikirlərinizə sevgiliniz məna verə bilmir zaman keçdikcə sizdən uzaqlaşır.

8. Əqrəb Bürcü
Hədsiz sirli xarakterinizlə sevgilinizə nöqsanlarınızı və zəif cəhətlərinizi deməkdən qorxursunuz. Amma öz dünyanızda yaşayıb bu səhvlərinizə davam etsəniz, o da sonda münasibəti başa çatdıracaqdır.

9. Oxatan Bürcü
Plansız, proqramsız hərəkət edən bir xüsusiyyətiniz olduğu üçün bir yerdə qalmaq sizə görə deyil. Bir gün qarşı tərəfin ruhu da duymadan, əşyalarınızı toplayıb gedə biləcək potensialda birisiniz.. Bu hal da sevgilinizin beynində sizə güvənib-güvənməmək məsələsində şübhə yaranmasına da səbəb olur.

10. Oğlaq Bürcü
Kin saxlayan biri olduğunuza və güzəştə getmədiyinizə görə partnyorunuz sizinləolmaq istəməyə bilər. Bundan əlavə, işə sevgilinizdən daha çox vaxt ayırırsınız, bu da münasibətləri bitirən başlıca səbəblər arasındadır.

11. Dolça Bürcü
Hislərinizə qapıldığınız zaman zərər görməkdən qorxduğunuz üçün hisləriniz yoxmuş kimi davranmağa meyl göstərirsiniz. Belə olduğunuz zaman, özünüz kimi olmadığınız üçün partnyorunuz sizdən uzaqlaşa bilər.

12. Balıqlar Bürcü
Gözləntiləriniz çox yüksək olduğu üçün xəyal qırıqlığı daha çox yaşayırsınız. Bu vəziyyət qarşısında tələblərinizə uyğun olmadığını görən sevgiliniz sizi tərk edə bilər.
(səs: 3)
Şərhlər: 13
Baxılıb: 8 386
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri