Bürclərə görə qadın gözəlliyi

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 7 147
Səs ver:
(səs: 0)
Qoç
Qoç ilk və ən atəşli bürc olaraq, qatarı izləməkdənsə, onu yaratmağı üstün tutur. Qoçsunuzsa, hansı nəsildən olduğunuzu nəzərə alaraq, saçlarınızı düzləşdirə və yanaqlarınıza boya çəkə bil’rsini. Ağır və təsiredici ətirləri üstün tutursunuz. Gözlərinizi və baxışlarınızı ortaya çıxaran makiyaj sizin üçün çox əhəmiyyətlidir. Yeni çıxan bütün malları ala, fəqət bir müddət sonra bundan darıxa bilərsiniz. Keçən mövsümdən qalan yarımçıq bir ətir və ya kirşanın artıq sizin üçün əhəmiyyəti yoxdur. Losyonlar və dərmanlar parlaq və gözəl görünməyinizə kömək etsə də, əsl gözəlliyiniz açıq ürəkliliyinizdir. Sahib olduğunuz enerji ən böyük varlığınızdır.
Buğa
Buğa bürcünün simvolu erkək Buğa olsa da, torpaq elementi Buğaya qadınlıq, təbiilik və dağları yerindən oynada biləcək qədər gözəllik qatır. İndi özünüzü yavaş, inadkar yaşlı bir Buğa olaraq görürsünüz, elə deyilmi? Buğa qadını sadə, amma güclü bir gözəlliyə sahibdir və gizli cazibəsi vardır. Əsasən az, amma ən yaxşı kosmetik vasitələrə sahibsiniz. Gözəlliyinizi ön plana çıxaran sadə məhsullardan istifadə edirsiniz. Buğanın təsirli iti baxışları və mükəmməl duruşu valehedicidir. Təbii qıvrım saçlarınızı düzləşdirməyə çalışmayın. Sadəcə, uzun və intimual olduğunu düşündüyünüz üçün dırnaqlarınızı uzatmayın. Əmin olun ki, əvvəlki halı daha gözəldir. Saçlarınızın çiyinlərinizə sərbəst tökülməsini və ya üzünüzə düşməsini çox sevirsiniz. Qadınlığınız sizin ən böyük silahınızdır.
 Əkizlər
Əkizlər bürcündənsinizsə, dəyişkən şəxsiyyətinizdən bezmiş ola bilərsiniz, fəqət daxilinizdə bu vəziyyətin əksinə getmirsiniz. Əkizlər, siz yorulmaz və əsasən uğurlusunuz. Ağlınızda sizin üçün daha çox vacib olan şeylər var, bunlar da hər halda ailəniz üçün yaxşı bir tətil planlaşdırmaq, ətrafınızdakılarla daim sülh saxlamaq və daxili ehtiyaclarınızı tamamlamaq kimi şeylərdir. Xəbərdarlıq edən fikirləriniz, sürətli əlləriniz və çox danışan ağzınız  istifadə etdiyiniz sözlərə fikir verməlidir. Bədən dilinə diqqət yetirmək məcburiyyətində olursunuz. Dırnaqlarınıza canlı rənglərdən istifadə edə bilərsini. Yeniliklərə doğru olan meyliniz əlvan rənglərdən qorxmadığınızı təmin edir. Gözəlliyiniz makiyaj vasitəsi ilə deyil, daha çox təbii üsullarla ortaya çıxarmağı üstün tutursunuz.
 Xərçəng
Xərçəng dəyişkən,  su qrupundan olan bürcdür. Haqsızlığa dözməyən bir xarakterə malikdir. Lakin lazım olanda ehtiyacları üçün özü də hardasa haqsız davrana bilər. Cazibədar gözləriniz və yanaqlarınız var. Xaricdən özünüzü insanlarla maraqlanan kimi aparırsınız. Ana olmasanız belə, həssas və cinsi münasibətlərə əhəmiyyət verən bir qadınsınız. Özünüzə vaxt ayıra bildiyiniz zaman köpüklü bir vanna, avaqado maskası kimi olduqca lüks şeyləri çox sevirsiniz. Klassik tərzdə mirvarilər, açıq rənglər və özünü təsdiq etmiş məhsullara üstünlük verirsiniz. Gözəlliyiniz mərdliyinizlə, xoşagəlimli təbiətiniz və real görünüşünüzlə əlaqədardır.
Şir
Gözəllik məsələlərində çox gözəl görünüşə sahib olsanız da, yenə də ətrafınızdakı insanların sizi dəstəklədiyini duymaq olduqca inamverici olur və sizi arxayınlaşdırır. Rahat bir geyim tərzi sizi hər şeydən çox rahat edir. Gözəgəlimli saçlarınız simvolunuz olan Şirin tükləri qədər sizin üçün vacibdir. Pul yığmaqla işiniz yoxdur. Canlı rəngləri, meyvə ətirlərini sevirsiniz və istifadə etdiyiniz kosmetikaların zərərlərindən qorxmursunuz. Tam parlaq bir ulduz olmasanız da, gözəlliyiniz özünüzü və hədiyyələrinizi həmişə bölüşməyə hazır olmağınızda və təmiz, yumşaq ürəyinizdədir.
Qız
Özünüzü daim ciddi göstərməyiniz bəzi mənfi nəticələrə gətirib çıxarır. Həqiqətən də, Qız yaxşı qayda-qanuna salınmış bir gözəllik anlayışına sahibdir. Dəyişkən və torpaq sinfinə aid bu bürcün insanları kiçik detalları görən və onlara önəm verən təbii bacarığa sahibdir. Hər vəziyyətə uyğun bir silahınız olduğu üçün daxilən özünüzü çox bəyənirsiniz. Markalı kosmetik vasitələri və trendləri təqib etdiyiniz və görünüşünüzə diqqət yetirdiyiniz üçün qürur duyursunuz. Bütün diqqətinizi toplasanız, əla bir qadın imici yarada bilərsiniz. Yüngül, yağlı, torpaq rəngli və qadına xas makiyaja üstünlük verirsiniz. Gözəlliyiniz mükəmməlliyinizin, insanlığınızın və həyata olan real baxışınızın nəticəsidir.
Tərəzi
Tərəzilər, siz insanları necə məmnun etməyi bilirsiniz. Xanım-xatın, amma güclü və cazibədarsınız. Utancaq deyilsiniz və bununla bərabər, təsirli bir baxışlara sahibsiniz. Tərəzilərin ehtiyacı olan şey uğurdur.  Bu da onların həmişə ən yaxşı şəkildə görünmələrini təmin edə bilər. Sizə parlaq bir baxış və güclü bir həyat anlayışı verən bu şeylər makiyaj etmədən çölə çıxmağınızı təmin edə bilər. Tərəzilər sevimli  çağalıq, maraqlı uşaqlıq keçiriblər. İndi isə  çılğın və qeyri-adi bir insan gözəlliyinə sahibdirlər. Səqəli və planlı həyat tərzi yaşasanızda stresslərdən uzaqlaşmaq mümkün deyil. Tərəzilər çəhrayı və yaşıl rəngli geyimlərdə daha  xoş görünə bilər. Bitki ekstraktlı və isti ətirlərdən istifadə edə bilərsiniz. Əziyyət çəkmədən sirlərinizi gizləyə bilirsiniz. Gözəlliyinizin mənbəyi təbiətinizdir. Aşiq olduğunuz zaman ən gözəl görünüşə sahib olursunuz.
Əqrəb
Sabit və su qrupu olan bu bürcün təsiri altındakı insanlar şiddətli və arzulu hisslərlə yaşayırlar. Eyni zamanda yaxşı sirr saxlamağı bacarırlar. Söhbət gözəllikdən düşdükdə Əqrəb bürcü şəhvətə olan meylini büruzə verir və bu vəziyyət onların hər hərəkətini nəzarət altına alırar. Bu bürcdən olan qadınlar həssas bir partnyor və ya vəfalı bir dost axtarışındadırlar. Dramatik və gizli makiyajlardan zövq alırlar. Pariklər və qoyma kirpiklərdən və.s süni vasitələrdən qətiyyən istifadə edirlər. Digər insanlardan geri qalmaq onları narahat edir.Bir az daha çalışqan və hiyləgər olsalar daha rahat uğur əldə bilərlər. Gözəlliklərinin gücü sahib olduqları gizlilik, dərin məna, arzular və gizli hissləridir. Gözəl görünmələrini əsasən,  əhval-ruhiyyələrindən asılıdr.
Oxatan
Oxatan bürcünün qadını mədəni, cazibədar, həssas və ağıllı istiqamətləri ilə diqqət çəkir. Həssas və kövrək bir quruluşu var. İnsanları səhvlərinə görə bağışlamağı bacarır. Ağıllıdır və başa düşmək qabiliyyəti qüvvətlidir. Birdən çox mövzuya maraq göstərə bilər və hamısıyla əlaqədar məlumat sahibi ola bilər. Oxatan bürcü qadını utancaq və tezbezəndir. Narahatçılıqdan  qətiyyən xoşlanmaz və narahatlıq olan mühitlərdə çox olmaz. Enerjili və şən bir dostdur. Dostlarına çox əhəmiyyət verər və fədakardır. Oxatan bürcü qadını əyləncəni və gəzməyi sevir. Səyahət etməyi, yeni yerlər görməyi və yeni insanlarla tanış olmağı xoşlayır. Maddi mənada güclü olmaq istəyir. Pul onun üçün hər şeydir.  Bir az bədxərcdir. Qarşı cinslə olan əlaqəsində əvvəlcə yoldaşlığa və dostluğa əhəmiyyət verər. Azadlığına bağlı olan Oxatan qadını əmri sevmir. Bu səbəblə evlilik ona uzaq bir anlayış kimi gəlir. Sadiq bir partnyordur. Oxatan bürcü qadını qayğını və komplimentləri sevir. Çox vaxt dostluqla sevgini bir-birinə qarışdıran oxatan qadını əvvəlcə qarşı tərəfdə inam və dostluq axtarar. Bəyəndiyi insanla söhbət edə bilmək onun üçün çox əhəmiyyətlidir. Oxatan qadını evləndiyi zaman çox şən bir partnyor olacaq. Uşaqlara bağlıdır və uşaqları ilə dostluq əlaqəsi yaradacaq.
Oğlaq
Oğlaq diqqətli və mühafizəkar şəkildə çalışarkən, gözəlliyini diqqətdən kənardan qoyur.  Oğlaq xaosun içində qanunlar tapma bacarığına malikdir.  Trend brendlərdən  özü üçün zövqlü geyim kombinasiyaları yarada bilər. Siz incə  beli və gözəl görünüşü qorumaq üçün diqqətlə bəslənən  insansınız. Təbii ki, nəticədə sizin üçün sağlam və təbii olan  həyatı qoruyursunuz. Hər Oğlaqda olan ümumi düşüncə tərzinin nəticəsində iş görüşlərində və həyatın monotonluğu içində təsirli bir xarakter ortaya çıxara bilərsiniz. Bu, xarakter sizin həyatda uğurlu və təsirli olmağınızın açarını təşkil edir. Siz, həqiqətən, özünüzə qulluq etməyi vənümayiş etdirməyi bacaran insansınız. Bu qədər muhafizəkar olmağınıza ehtiyac yoxdur: ağıllısınız, keyfiyyəti yaxalaya bilirsiniz və xoşagəlməz vəziyyətlərdən çıxmağı bacarırsınız. Seçilməyiniz özünüzə inamda, bir məqsədə diqqətinizi yönəltməkdə də görünür. Saçlarınızı qısa kəsdirə və ya arxadan bağlaya bilərsiniz. Zəngin rənglərə: məsələn; ərik tonu, qırmızı kimi rənglərə üstünlük verməlisiniz. Oğlaq üçün güc normal bir şeydir, təbii ki, ona sahib olduğunuzda sizə xoşbəxtlik gətirir. Gözəlliyinizin mənbəyi tədqiqatçı təbiətinizdən və yüksək səviyyəli həyat tərzi yaşmağınızdan irəli gəlir.
Dolça
Bir Dolça kimi bacarıqsızlığın verdiyi şirin  görünüşə sahibsiniz. Şirin bir dağınıqlıq… Bütün dünyanı qucaqlamağa çalışan bir ürək… Bütün dünya vətəndaşları üçün narahatçılıq keçirirsiniz. Gözəlliyinizə gəlincə, təbii və tamamilə sərbəst olmaq sizin gözəllik fəlsəfənizdir. Özünüzə çox hörmət etməyinizə baxmayaraq, bəzən özünüzə inam əskikliyi hiss edirsiniz. Həmişə kifayət qədər yaxşı görünmədiyiniz və ya kifayət qədər qadın kimi olmadığınız haqqında lazımsız qayğılar çəkirsiniz. Narahat olmağa ehtiyac yoxdur. Öz gözəllik standartlarınızı qurursunuz ki, bu sərbəst anlayışınız gözəlliyinizi daha da artırır. Sizin gözəlliyiniz mövcud olan bütün standartların xaricindədir.
Balıqlar
Balıqlar vaxtlarının çox hissəsini eşq və xoşbəxtlik xəyalları ilə keçirir. Dəyişkən xarakterli olan Balıqlar  üçün xəyallar ən vacib detallardır. Ağıllı və çalışqandır. Övladları üçün hər cürə fədakarlıq göstərə bilərlər. Fiziki gözəllik məsələsinə gəlincə, Balıq bürcü adət edilmişin əksinə, riskə girməkdən qətiyyən qorxmur. Müstəqilliklərini axıra qədər müdafiə edir. Rahatlığa çox əhəmiyyət verirlər, buna görə də başqalarının nə dediyinin onlar üçün əhəmiyyəti yoxdur. Özünüzü ərköyünləşdirmək istədiyiniz zaman pedikür kifayət edəcəkdir. Bi sizi rahatlaşdırcaq. Yüngül makiyaj sizi romantik edər. Gözəlliyiniz açıqürəkliliyinizdən, xoş təbiətinizdən və hiss etdiklərinizi söyləyə bilmək bacarığınızdan irəli gəlir.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 7 147
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri