Ən zalım 6 BÜRC - Onları insanlara zülm etməyə nə vadar edir?

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 6144
Səs ver:
(səs: 2)
Bəzi insanlar çevrələrindəki insanlara qarşı əzazil davranışları ilə fərqlənirlər.

Qadınla.com xəbər verir ki, astroloqlar bu xüsusiyyətin insanların hansı bürcə mənsub olmaları ilə bağlı olduğunu qeyd edirlər.

Zalımlıqları ilə məşhurlaşmış 6 bürcü təqdim edirik:

1. Qoç


İstiqanlılıqları ilə fərqlənən qoçlar bu günün işini sabaha buraxmağı sevmirlər. İntiqam almaq məsələsində isə bu bürcün nümayəndələri öz tələskənlikləri ilə seçilirlər. Belə ki, onlar əsəbləşdikdə qəlbləri daşa dönə bilir. Əsəbi olduqları vaxtlarda qoçlar qarşılarındakı şəxslərə zülm etməkdən çəkinmirlər. Həmin vaxtlarda dava salmaqdan özlərini saxlaya bilməyən qoçlar zalımlıq məsələsində ustadırlar.

2. Buğa

Məntiqli davranışları ilə seçilən buğalar tanındıqlarının əksinə heç də məsum deyillər. Zalımlıq məsələsində bu bürcün nümayəndələri qoçlardan heç də geri qalmasalar da, əsəblərini daha rahat cilovlamağı bacarırlar. Lakin səbr kasaları daşdıqda, buğaların məntiqindən əsər-əlamət qalmır. Kin saxlamağa meyilli olan bu bürcün nümayəndələri kinli olduqları şəxslərə qarşı zalımlıqları ilə seçilirlər.

3. Əkizlər

Stabil düşüncəli olsalar da, qərarları dəyişkən olan əkizlər psixopatlıqları ilə digər bürclərdən daha ön pillədə qərarlaşıblar. İnsanların həyatlarını dar etmək məsələsində peşəkar olan əkizlər münaqişə yaşadığı şəxslərə aylarla zülm edə bilərlər. Onlar daha çox "söz qılıncdan kəsərlidir" prinsipi ilə davranaraq hədəf seçdikləri şəxsləri acılamağı sevirlər. Əkizlər hətta digər insanların yanında belə, rəqiblərinə zülm etməkdən çəkinmirlər.

4. Şir

Şirlərin zalımlıqları onların eqoistlikləri ilə sıx bağlıdır. Belə ki, eqolarına xətər yetirən insanları şirlər görməzlikdən gəlirlər. Həmin insan onlar üçün nə qədər dəyərli olsa da, münasibətləri qaydaya salmaq üçün nə qədər cəhd etsə də, şirlər öz zalımlıqlarından imtina etmirlər. Bu bürcün nümayəndələrində hədəf seçdikləri şəxslərlə qul kimi rəftar etmələrinə də tez-tez rast gəlinir.

5. Qız

Qızlar zalımlıqlarını gizlicə həyata keçirmələri ilə fərqlənirlər. Bu bürcün nümayəndələri onları görməzlikdən gələn insanlara qarşı zalımlıqlarını gizli planlar qurmaqla həyata keçirirlər. Qızların zalımlığının hədəfinə çevrilən qurbanlar əksər hallarda başlarına gələn bəlaların mənbəyini tapmaqdan belə aciz qalırlar.

6. Tərəzi

Tərəzilərin zalımlıqları daha çox romantik münasibətlərdə özünü göstərir. Belə ki onların əsas zalımlıq taktikası insanları özlərinə aşiq edib, ilk səhvlərindəcə tərk etməkdən ibarətdir. Lakin onlar əksər hallarda tərk etikləri insanlara da zülm etməyə davam edirlər. Tərəzilər bu özəlliklərindən nadir hallarda olsa belə, dostlarına qarşı da istifadə edirlər.
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 6144
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri