Qadınları bürclərə görə necə cəlb etmək olar?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 12 447
Səs ver:
(səs: 3)
" Qoç " qadını sevirsinizsə - çalışqan və cəsur olmalısınız. Hər şeyin öhdəsindən gələ bilən kimi bir xüsusiyyətiniz olmalıdır. Asan əldə olunan bir kişi olmamalısınız. İddialı bir qadınla bir yerdə olduğunuzu unutmamalısınız. Aktiv, özü ilə barışıq, sərhədsiz düşünə bilən kişilər onun üçün özəldir. Sizə qarşı çıxdığında, qarşısında heç vaxt əyilməyin, bunu sizi yoxlamaq üçün edir. Ağıllı bir qadınla olduğunuzu heç vaxt unutmayın. Həyatda sadəcə bir eşq üçün yaşayacağını düşünməyin.

" Buğa " qadını sevirsinizsə - dişilik xüsusiyyəti güclü olan bu qadını aldatmağı düşünməyin. Əks təqdirdə, nəticəsi faciəli ola bilər. Baxımlı bir kişi olun, özünüzə qarşı diqqətli olun. Qadınınızla yaxından maraqlanın. Gözəl bir qadınla bir yerdə olduğunuzu da unutmayın.

" Əkizlər " qadını sevirsinizsə - bu qadına qarşı məntiqli davranın. Hərəkətlərinizin yerini bilin. Yaxınındakı iş yoldaşlarını ətrafındakı adamları ona qısqanmayın. Sizinlə dostluq etməyi, sirrlərini paylaşmağı xoşlayan bu qadın, eyni şeyləri də sizdən gözləyir. Ona təzyiq etməyi düşünürsünüzsə yanılırsınız. Sizə sağ ol deyirsə, əlaqəni davam etdirməyi heç vaxt düşünməyin. Çünki buna fikir verməz. Açıq fikirlidir və sizin xoşbəxt olmağınız üçün bu əlaqəni davam etdirməyi heç vaxt düşünməz.

" Xərçəng " qadını sevirsinizsə - İstiqanlı, dürüst, xoş niyyətli olun. Ona aid olanlara dəyər verməyə çalışın. Vərdişləri onun hər şeyidir. Onlardan imtina etməsinə çalışmayın. Həssas olduğu mövzularda onunla zarafat etməyin. Əgər niyyətiniz ciddi deyilsə onun həyatına dəyməyin. Ona elə davranın ki, sizdən ayrılması mümkün olmasın. Onun dərin duyğularına fikir verin. Diqqətsizliyiniz onu sizdən soyuda bilər.

" Şir " qadını sevirsinizsə - duruşu ilə, danışıqları ilə, hərəkətləri ilə özünə olan güvəni açıqca meydanda olan bu qadınla birlikdə olmaq, sanki həyatın hədiyyəsidir. " Nə edərsən, onu da görərsən " məsələsinə uyğun olaraq, hərəkətlərinizə fikir verin. Dostlarınızın seçimində diqqətli olun. Ola bilər ki, sizin dostunuz onun xoşuna gəlməsin. Qüruru ilə oynamağa çalışmayın. Evlənsəniz də işləməyə icazə verin. Onun üçün azadlıq çox şeydir. Əmr etmək, istəklərini qəbul etdirmək, bu, qadınlarda ön plandadır. Bu hərəkətlərinə mütləq mütləq öyrəşin.

" Qız " qadını sevirsinizsə - sevgi mövzusunda çəkingən və hüzursuz olan " Qız " ın inamını sarsıtmayın. Mübahisə edərkən, əgər səhviniz varsa, bunu qəbul edin. Ona heç vaxt ağıl verməyə çalışmayın. Sadiq olun, aldatdığınız anda sizinlə əlaqəni kəsəcək.

" Tərəzi " qadının sevirsinizsə - Ağıllı bir insan olun. Rahatlığına diqqət verən bu qadına təzyiq etməyin. Qərarlı və güclü olan bu qadının təzyiqlərdən heç xoşu gəlmir. Çoxda hissə qapılmayın, əksinə nə oldusa ayaqda durmağı bacarmanız onun diqqətini çəkə bilər. Ona mütləq diqqət verməlisiniz.Onun sizə inanması isə bir az vaxt aparacaq.

" Əqrəb " qadını sevirsinizsə - Hissetmə qabliyyəti güclü olan bu qadını aldatmağa çalışmayın, əgər sizinlə birlikdədirsə, bilin ki, sevdiyi və dəyər verdiyi üçün bir yerdədir. Qərarlı və güclü, sağlam iradəsi olan bu qadının təzyiqlərdən xoşu gəlmir. Güclü və qərarlı olmağa çalışın. Çünki əqrəb qadınlar hədəfini müəyyən etmiş kişiləri çox sevir. Yalnız qalmağı sevməyən bu qadını dostlarınızdan uzaq tutmayın. Onu sevginizlə qucaqlayın.

" Oxatan " qadını sevirsinizse - aktiv, bilgili fəlsəfi bir qadın bürcüdür. Bu xüsusiyyətlərə sizdə malik olmalısız. Kəşf etməyi xoşlayın. Bu özəl qadının mədəni kişilərdən xoşu gəlir. Sizi daima sınamağa çalışar. Yeni bir qadın kəşf etmək istəyirsinizsə onda " Oxatan" sizə görədir.

" Oğlaq " qadını sevirsinizsə - Bu qadınlar yoldaşına çox bağlı olur. Çox qısqanc olurlar. Ondan heç vaxt yüngüllük, qeyri - adi davranış gözləməyin. Əgər sizə güvənərsə onda heç bir problem olmaz .Əgər sizi istəmirsə, onda ona sahib olmaq heç vaxt mümkün deyil.

" Dolça " qadını sevirsinizsə - Bu qadınlar çox ağıllı olur.Odur ki, onları aldatmaq ağlınızdan belə keçməsin. Onlara qarşı hər zaman sürprüz edin. Dürüst olun. Əgər onu kiminləsə aldatmısınızsa, bəri başdan özünüz deyin. Onsuzda onun hissiyatı çox güclüdür.

" Balıq " qadını sevirsinizsə - Bu qadınları əsəbləşdirmək olmaz. Onun xəyalında yaratdığı bir adam var , əgər siz ona uyğun olmasanız, o sarsılacaq.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 12 447
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri