Hansı bürc necə ayrılmalıdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 7 459
Səs ver:
(səs: 1)
Qoç

Tərk edilən Qoç ən qısa müddət içində özünə başqasını tapacaq. Bu sizi kədərləndirməsin. Onun quruluşu belədir. Əgər əlaqəni siz bitirirsəniz Qoç dərhal ən şirin rəftarını tutacaqdır. Məqsədi sizi yenidən əldə edib edə bilməyəcəyini görməkdir. Qoç ov sevər. Ama əlaqə bitdiyində yeni bir zəfərə doğru yola çıxar. Onun yeni birini tapmaqda tələsikçi davrandığını düşünüb əslində sizi sevməmiş olduğunu sana bilərsiniz. Amma bu yanlışdır. Sizi sevmişdir. Ancaq Qoç üçün bir əlaqə bitincə bitər. Keçmişə ilişmə mənası yoxdur. İndi yeni kəslərlə tanış olma zamanıdır.

Buğa

Əsla imtina etməz. Sevdiyi kəsləri öz malı kimi düşünər. Əgər tərk edən sizsinizsə bütün ünsiyyət bağlarını qopardığınıza əmin olar və əsla yenidən birləşmə ümidi verməz. Ayrılıq sonrası dost qala bilməyəcəyiniz bir bürcdür. Buğa'lar ikinci bir şans ümidiylə illərcə gözləyə bilər. Səbrlidirlər və arzuladıqları şeylərə bağlılıqları çox dərindir. Köhnə sevgiliniz hələ sizə aşiqsə başqa kimsəylə çıxmayacaq. Buna görə ya qəti ayrıldığınızı anlamasını təmin edin, ya da sizinlə əlaqədar planlarından imtina etməyən Buğaya dözün.

Əkizlər

Tərk edilən Əkizlər həyatına davam edər amma sizinlə əlaqədar duyğularında zaman zaman təzadlarla yaşayır. Sizə dost qalmağı təklif edib sonra soyuq belə davrana bilər. Ona dəyər vermədiyinizi hiss etsə haqqınızda kiçik bir dedi-qodu başlada bilər. Qəti olan budur ki hər kəs ayrıldığınızı eşidəcək. Bunu ilk izah edən o olacaq. Əkizlər ayrıldıqdan sonra özünü ən sürətli toparlayan bürcdür. Eşqdə havalı olduğu üçün ən qısa müddət içində yeni birini tapacaq.

Xərçəng

Bu fəlakət deməkdir. Əgər xərçəng həqiqətən sevdiysə vəziyyəti qəbul etməz. Gözyaşları sel olub axarkən otağında oturub şəkilinizə baxar məktublarınızı yenidən oxuyar. Falçılara gedib yenidən bir araya gəlib gəlməyəcəyinizi öyrənməyə qalxar. Xarici görünüşü sakit və soyuqqanlı olsa belə səmimi yıxılmışdır. Səssiz telefonlar almağa başlarsınız. Bir ay sonra vəziyyəti qəbul edər. Tərk edilən bir Xərçəngin nə qədər müddətlə acı çəkəcəyi müəyyən olmaz. Bəzisi bir ay davam edir. Bəzisi üçünsə bir ay sonrakı ruh əkizini rastlar.

Şir

Bir müddət depressiyada olar amma bir neçə həftə sonra yeni birini axtarışa çıxar. Duyğularını açıqca ortaya sərdiyi üçün bir az acı çəkər. Amma diqqətini çəkən başqa birini tapdığında hər şey dəyişir. Əvvəli buludlarda gəzməyə başlayır və varlığınızı unudar. Tərk edilən Aslan acı çəkirmiş kimi davranmaz. Kimsə onun pis vəziyyətdə olduğunu düşünməməlidir. Güclü bir eqosu və qorunması lazım olan bir imici var. Möhtərəmliyini qorumaq və ətrafında buraxdığı təəssürat əhəmiyyətlidir. Buna görə tərk edənin özü olduğunu belə söyləyə bilər.

Qız

Tərk edilən Qız əlaqədə nəyin səhv getdiyini hərtərəfli analiz edəcək. Ayrılıq ona özünü pis hiss etdirir amma soyuqqanlı davranar. Obyektivdir. Əlaqənin niyə bitməsinə dair məntiqli səbəblər tapacaq. Sizin qüsurlarınızı ortaya tökəcək və şəxsiyyətinizi didik didik edəcək. Bu ona özünü yaxşı hiss etdirər. Cinayətin sizdə olduğuna özünü razı edər.

Tərəzi

Tərk edilən Tərəzi təxminən bir həftə boyunca ağlar. Sonra bazara çıxdığını hər kəsə xəbər verir. Bir əlaqə bitdiyində yeni birini tapması uzun sürməz. Tək qalmaqdan nifrət edər. Qaldı ki böyük ehtimalla hazırda gözləyən bir potensial sevgilisi vardır. Tərk edilən Tərəzi üçün narahat olmayın. Hər səfərində dörd ayaq üstünə düşər.

Əqrəb

Əgər ondan xilas olmaq istəyirsinizsə ayrılmağa özünün qərar verdiyini düşünməsini təmin edin. Əlaqədən yavaş yavaş uzaqlaşın. Əgər yaralansa intiqam almağı seçə bilər. Hamısı bu şəkildə davranmaz. Amma mütləq ağıllarından keçər. Əgər sizi geri qazanmaq istəsə heç bir şey buna mane ola bilməz. Hər cür taktikanı tətbiq etməkdən çəkinməz. Ayrılacaqsanız bunu istədiyinizə əmin olmalısınız. Çünki Əqrəb bir dəfə ürəyini bağladısa bir daha girmənizə icazə verməz qapını sonsuza qədər möhürləyər.

Oxatan

Tərk edilən Oxatan qısa müddət içində yeni birini tapacaq. "Olan olduqdan sonra ağlamanın faydası yoxdur" deyə düşünür. Optimist. Kainatın çox yaxında ona yeni birini göndərəcəyini bilər ya da eşqbazlıq etməkdə olduğu biriylə çıxmağa başlayır. Onun həyatında keçmişdən qalan və özünə ikinci bir fürsət verilməsini gözləyən biri daim vardır. Özü istəmədikcə uzun müddət tək qalmaz.

Oğlaq

Hər şey yolunu tutmuş kimi davranacaq. Sakit görünüşünün altında çox kədərlənəcək, amma romantik yanını sizə göstərməyəcəkdir. Sevgi mövzusunda tədbirlidir. Buna görə dərhal yeni bir əlaqəyə girməsini gözləməyin. Ürəyini sarması zaman alar. Ayrılığa məntiq baxımından baxacaq. Amma tək başına bir neçə damla göz yaşı tökə bilir.

Dolça

Ətrafında əhvalını yüksəldəcək bir çox yoldaşı vardır. Onun həftələrcə kədərlənməsini gözləməyin. Çünki Dolça "olan olduqdan sonra ağlamanın faydası yoxdur" deyə düşünür. Duyğularını sözə tökər. Sizinlə ən başından dərin romantik əlaqəyə girmədiyi üçün haqlı olduğunu düşünər. Yeni bir insan axtarmağın da zamanı gələcəkdir amma indi dostlarıyla birlikdə olmanın dadını çıxarma vaxtıdır.

Balıq

Həftələrcə ağlayacaq. Ona vida etdikdən sonra qaçaraq oradan qaçın. Balıq nə səhv etdiyini və niyə diqqətinizi bitirdiyinizi soruşacaq. Detalları öyrənmək istəyir. Məktub yazacaq və sizi təkrar qazanmaq üçün araya dostlarını daxil edəcəkdir. Ona belə bir ehtimalın olmadığını qəti olaraq bildirin. Əks halda arxanızdan ayrılmaz. Bu romantik pəri nağılının bitdiyini qavrayınca bir başqa nağıla yönələcək. Gizlidən gizliyə bu oyundan xoşlanar. Balıq çəhrayı serialları sevər.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 7 459
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri