Günün qoroskopu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 7 684
Səs ver:
(səs: 0)
15 sentyabr, cümə axşamı, XVII Ay günü, Günəş - Qızda, Ay - Buğada, Merkuri - Qızda, Venera - Qızda, Mars - Şirdə, Yupiter - Buğada, Saturn - Tərəzidə, Uran - Qoçda, Neptun - Dolçada, Pluton - Oğlaqda

Münəccim öncəgörümləri

Qoç - Gücünüz azdır. Ünsiyyətlərinizi çoxaldın. İşlərinizdə müvəffəq olmasanız da, cəhdlərinizə görə fərqlənəcəksiniz. Maliyyə durumunuzun problemlərini yoluna qoymaqda çətinliklərlə üzləşəcəksiz. Səhhətinizi qoruyun.

Buğa - Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. Biznes planlarını həyata keçirmək sizin üçün problem yarada bilər. Sevgi münasibətlərində yaxşılığa doğru irəliləyiş var. Romantik əhval-ruhiyyəniz yüksək olacaq.

Əkizlər - Səhhətinizə qarşı diqqətli olmalısınız. Özünüzü zəif hiss edəcəksiniz. Yaxın əhatəniz problemlərinizi həll etməkdə yardımçı olacaq. Maddi durumunuzu yüksəltmək üçün çalışmalarınızda əməli nəticələri artıra bilərsiniz, inamla çalışın.

Xərçəng - Əsəbi ovqat həll oluna biləcək maliyyə məsələlərini çətinə sala bilər. Özünüzü güclü hiss edəcəksiz. Sevgi münasibətlərində qarışılıqlı rəğbət üstünlük təşkil edəcək.

Şir - Şəxsi münasibətlərinizdəki uğursuzluq sizi ruhdan salmamalıdır. Problemlərinizin həlli yaxın adamlarla ünsiyyətlərin səmimiliyindən çox asılıdır. Hələ də sevgi məsələlərini həll edib qurtara bilmirsiniz.

Qız - Diplomatik imkanlarınızdan istifadə etməklə məsələləri yoluna qoymağa cəhd edin. Maliyyə problemlərini həll etməkdən ötrü yaxşı vaxt deyil. Səhhətinizdən ciddi şikayətiniz olmayacaq.

Tərəzi - Səhhətinizə qarşı diqqətli olun. Gücünüz çox deyil. Ondan səmərəli istifadə etməklə bir sıra problemlərinizi həll edə bilərsiniz. Maliyyə problemləri sizin üçün çətin həll olunanlardan deyildır.

Əqrəb - Biznes işləriniz alınmır. Çəkdiyiniz zəhmətin gözlədiyiniz bəhrəsini görmək şanslarınız azdır. Səhhətinizdən şikayətiniz olmayacaq. Pis xatıratı yaddan çıxarın.

Oxatan - Yaxın adamların yardımı ilə böyük şanslarınız yaranacaq. Gücünüzü boş yerə israf etməyin. Ən vacib və xeyirli məsələlərin həllinə yönəlin. Səhhətinizə qarşı diqqətli olmalısınız.

Oğlaq - Gücünüz çoxdur, işləriniz yavaş-yavaş alınmaqdadır. Çəkdiyiniz zəhmətlər gözlədiyiniz əməli nəticəni vermir. Maliyyə vəziyyətinizi yaxşılaşdırmaq imkanlarınızdan istifadə edə bilmirsiz. Ünsiyyətlərinizdə qayğıkeş olun.

Dolça - Əhval-ruhiyyənizdə sıxıntı olacaq. Özünüzü zəif hiss edəcəksiniz. Əsas fəaliyyətinizdə zəkanızın və istedadınızın səmərəsindən istifadə etməlisiniz. Maddi durumunuzu yüksəltmək şanslarınızı gerçəkləşdirin.

Balıqlar - Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. İşləriniz istədiyiniz qədər yaxşı alınmaqdadır. Ünsiyyətlərinizdə qarşılıqlı anlaşma yaranıb. Qənaətlə dolansanız, qazancınız işlərinizi sahmana salmaq üçün yetərlidir.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 7 684
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri