Həftəlik bürclər (23.06.2014-29.06.2014)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 125
Səs ver:
(səs: 2)
Bu  həftə bazar ertəsi günü ətrafımızdakı mənfi ictimai hadisələrə qarşı daha həssas və aktiv olacağıq. Bəzilərimiz müxtəlif kömək quruluşlarıyla birlikdə ortaq işlərə qatıla bilərik. Radio-televiziya təşkilatlarında bu mövzulara dəstək verici proqramlaşdırmalar ediləcək. Planladığımız işləri yaxşı bir şəkildə izləməmiz lazım olan bir dövrdür. Unutqanlıqların və kiçik laqeydliklərin bizə verəcəyi böyük itkinlər mövzusunda təmkinli olmalı və heç bir işimizi şansa buraxmamalıyıq. Düşüncələrimizi başqalarıyla paylaşarkən diqqətli olmalıyıq. Cümə günü, əvvəlki günlərdə başlatdığımız işləri tamamlama fürsəti tapacağıq. Keyfiyyət arxasında qaçaraq səmərəmizi artırmanın yeni yollarını axtaracağıq. İctimai işlərimiz sürətlənəcək. Telefon görüşmələrimiz artır. Sevdiklərimizə və xüsusi insanlara hədiyyə vermək istəyəcəyik. Xüsusilə cazibədarlığımızı çox asan ətrafımıza əks etdirə biləcəyimiz və daxili enerjimizin yüksək olduğu bir həftədəuik. Uşaqlara istiqamətli fəaliyyətlərin gündəmə gəlməsi də söz mövzusu olacaq.

Qoç:
Güclü olmaq adına başlatdığınız hər işə ürəkdən inanırsınız. İdeallarınızda inadkar davranmanız sizi istədiyiniz nöqtələrə gətirəcək. Başqalarının düşüncələri bəzən sizi narahat edə bilir.

Buğa:
Azadlığınızı qoruma adına həssas davranmağdan əl çəkməlisiniz. Ortaq işlər üçün uyğun bir həftədir. Özünüzü və ətrafınızı sorğulayırsınız. Gərəksiz yerə verdiyiniz sözlərə görə natahat ola bilərsiniz.

Əkizlər:
Lazımlı təchizata sahib olmanıza baxmayaraq; sizi çətinliyə salan hadisələr qarşısında ziddiyyət yaşaya bilirsiniz. Enerjiniz düşdüyü zaman, iş səmərəniz azalır. Bu həftə, üst səviyyədə olan idarəçilərlə bir araya gələcəksiniz.

Xərçəng:
Şansları əldən buraxmayaraq müvəffəqiyyətinizi artıra bilərsiniz. Yaşayacağınız hadisələrdə daxili anlaşılmazlıqlardan özünüzü qorumalısınız. Bəzi hadisələrin sizi pis vəziyyətə salmasına icazə verməməlisiniz.

Şir:
Bu həftə zehni dağınıqlıq yaşaya bilər, özünüzlə əlaqədar qərarlarınızda ətrafınızdan kömək gözləyə bilərsiniz. Əlaqənizin sərhədlərini nizamlamaq sizin əlinizdədir. Özünüzü yaxşı ifadə edəcəyiniz bir həftədəsiniz.

Qız:
Özünüzə güvənməniz lazım olduğunun fərqindəsiniz. Hər şeyi yoxlamadan keçirmə xasiyyətiniz, qarşı tərəfin sizi səhv anlamasına səbəb ola bilir. Ortaq işlədiyiniz insanların fikirləri sizə bu həftə səhv gələ bilər.

Tərəzi:
Bu həftə düşündüyünüz şeyləri reallaşdırmaq üçün bəzi səfərlər söz mövzusu olacaq. Xüsusilə, fikirinə dəyər verdiyiniz insalarla birlikdə olmaq istəyirsiniz. Enerjinizə yüklənməməlisiniz.

Əqrəb:
Bəzi romantik anların üzündən işinizlə əlaqədar problemləri gözünüzdə çox böyüdürsünüz. Məntiqli davranışlar paralelində intellektual əlaqələrinizi doğru yönə çəkməyə çalışmalısınız.

Oxatan:
Ay əleyhdar bürcünüzdə irəliləyir və enerjiniz olduqca yüksəkdir. Ətrafınızdakı insanara müsbət təsir edirsiniz. Təzyiqdən xoşlanmadığınız qətidir. Bəzi mövzuları sonradan erəyinizə salırsınız.

Oğlaq:
Yaxın ətrafınızla əlaqədar dəyişmələr söz mövzusudur. Bu həftə, dəyişik fürsətlər qarşısında qərar vermə çətinlikləri yaşaya bilərsiniz. Ay kariera evinizdə irəliləyir. Enerjinizi sevdiklərinizə əks etdirəcəksiniz.

Dolça:
Olduğunuz mühitlərdə, ünsiyyət halında ola biləcəyiniz insanlarla birlikdə ortaq fəaliyyətlər çıxaracaqsınız. Duyğu və düşüncələrinizdəki müsbət enerji ilə ətrafınıza da nümunə olmaq istəyirsiniz.

Balıq:
Yeni qazanc və müqavilələrin gündəm qazanmasıyla diqqətli davranmanız lazım olacaq. Bir nizama ehtiyacınız var. Düşüncələrinizi paylaşmadığınız üçün, bəziləri sizinlə əlaqədar fikirlərində ziddiyyətlər yaşaya bilər.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 6 125
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri