Bürclər haqqında ümumi məlumat

Müəllif: gnl
Şərhlər: 0
Baxılıb: 6 109
Səs ver:
(səs: 1)
Elmi əsas:

Bürc, astronomik olaraq, göy üzündə yerləşən 12 ulduz qrupuna verilən addır. Astronomiyanın tədqiqat obyekti olan bu qrup ulduzları ilə qərb Astrologiyasının heç bir əlaqəsi yoxdur. Qərb Astrologiyası mövsümləri, gün və gecə uzunluqlarının bərabər olduğu günləri və günəş mövqelərini nəzərə alaraq tərtib edilib (Qoç – bahar, Tərəzi – payız, Əqrəb – yay, Oğlaq – qış). Astrologiya, göy cisimləri ilə insanlar arasındakı münasibəti incələyir, ancaq elm sahəsi olaraq qəbul edilmir.

Bürc sözünün mənşəi:
Bürc kəliməsi Ərəb dilindən alınmadır, bir çox qərb ölkələrində isə Yunan dilindən alınma, "heyvana məxsus” mənasına gələn ζωδιακός (zodiakos) sözündən törəmə sözlər istifadə olunur. Bürc sözünə eyni zamanda Quran-i Kərimdə də rastlamaq olar, belə ki, 87-ci Surə belə başlayır: "And olsun o bürclərlə dolu göyə”

Əsas bürc qrupları:
Astrologiyada bürclər, hər birində üç bürc olmaq üzərə, dörd qrupa ayrılır: Atəş, torpaq, hava və su:

Atəş bürcləri: Qoç, Şir və Oxatan
Torpaq bürcləri: Buğa, Qız və Oğlaq
Hava bürcləri: Əkizlər, Tərəzi və Dolça
Su bürcləri: Xərçəng, Əqrəb və Balıq
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 6 109
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri