“Dost başa, düşmən ayağa...” – bürcə görə ayaqqabı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 7 040
Səs ver:
(səs: 3)
Qoç bürcü – Qoç qadınları mövsümə uyğun ayaqqabıları sevərək geyinirlər. Enerjili qoç qadınlarının dolabında rahat ayaqqabılar daha çoxdur. Ancaq qırmızı, narıncı, sarı və əlvan rəngləri xoşladığı üçün ayaqqabıların da o rəngdə olmasına fikir verirlər.

Buğa bürcü – Onlar yüksək platforma ayaqqabılar ilə gözəl görünürlər. Bu ayaqqabı modelində necə gəzmək lazım olduğunu yaxşı bilirlər. Zebra, leopar təsvirli ayaqqabılar buğa qadınlarını eleqant göstərir. Sadəcə keyfiyyətli ayaqqabı seçmək lazımdır.

Əkizlər bürcü - Onların çoxlu ayaqqabıları olur. Lentli sandalların belə çəkici olduğunu fikirləşirlər. Bağlı ayaqqabıları daha çox xoşlayırlar.

Xərçəng bürcü – Mehriban, romantik və zərif xərçəng qadınları qladyator tipli bir cüt düz sandallar möhtəşəmliyi ifadə edir. Sevdiyi insanlarla yaxşı vaxt keçirmək üçün rahat geyinməyi xoşlayırlar.

Şir bürcü – Eleqant olmağı sevən şir qadınları üçün ayaqqabı olduqca önəmli seçimdir. Çünki ayaqqabı pis olarsa, bütün geyim bərbad ola bilər. Cəsur rənglərə, topuqlu və marka ayaqqabılara müraciət edir.

Qız bürcü – Dəmir detallarla mükəmməl olan ayaqqabılar axtarırlar. Süd rənglərini dəbə qız bürclərinin nümayəndələri gətiriblər. Qara rəngi isə heç nəyə dəyişməzlər. Güpürlü ayaqqabılar onlar üçün çox özəl olacaq.

Tərəzi bürcü – Bu bürclər üçün rahatlıq və çəkicilik birlikdə olmalıdır. Cüt rəngli ayaqqabılar, çəkici, həm də rahat olan ayaqqabı modellərinə üstünlük verirlər.

Əqrəb bürcü – Bir ayaqqabı nə olursa-olsun, hər şeydən əvvəl diqqət çəkməlidir. Onun dolabında qara rənglərə təsadüf edə bilərsiniz. Hündür daban çəkmələri xoşlayırlar.

Oxatan bürcü - Ən birinci rahat olmalıdır. Oxatan bürcləri üçün dəb həm də rahatlıq deməkdir.

Oğlaq bürcü – Oğlaq bürcünün qadınlarına işə gedib gəlmək üçün rahat ayaqqabılar göstərin. Eleqantlıqdan daha çox rahatlıq və sağlamlıq birinci gəlir. Klassik modellər onların əsas seçimlərinə daxildir. Qalın dabanlı ayaqqabıları da bəyənirlər.

Dolça bürcü – Dolça bürcünün qadınları üçün ayaqqabıların rəngləri çox önəmlidir. Ayaqları və geyimi gözəl göstərən ayaqqabılar geyinərlər. Bəzən rahat olmasa da, gözəllik xətrinə seksual və rəngli ayaqqabıları geyinə bilərlər.

Balıqlar bürcü – Balıq bürcündən olan qadınların ayaqqabıları ilə bağlı şikayətləri çoxdur. Buna görə də ayaqqabının rahat və komfortlu olmağı çox vacibdir. Baletka, idman və sadə ayaqqabılar sanki balıq bürcləri üçün yaradılıb.
(səs: 3)
Şərhlər: 12
Baxılıb: 7 040
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri