Bürcünü bilin, kişiləri necə özünüzə aşiq etməyi öyrənin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 15
Baxılıb: 17 190
Səs ver:
(səs: 4)
Qoç: Qoç kişi, güvənə biləcəyi, ağıllı bir yoldaş istəyər. Arzularınızı ifadə etməlisiniz. Ona qarşı hisslərinizi söyləməkdən çəkinməyin. Onun rəis olduğu gerçəyini də unutmayın. Geyim tərziniz Qoç kişisi üçün əhəmiyyətlidir. Stil sahibi və xarakterli bir duruş sərgiləyərək onu cəzb edə bilərsiniz. Yaxşı zarafatlar, zəka və keyfiyyətli bir eşqbazlıq tərziylə onu cəlb edə bilərsiniz.

Buğa: O ehtirasların adamıdır. Üstəlik yalnız cinsəllikdə deyil, yemək, içki və sahib olduğu əşyalardan da eyni diqqəti gözləyir. Bir Buğa kişinin ürəyinə gedən yol mədəsindən keçər, sözünü yadınızda saxlayın. Yataqda onunla ehtiraslı anlar keçirərsiniz. Sevginizin və niyyətinizin gerçək olduğuna inansa, bir Buğa kişiylə çox xoşbəxt ola bilərsiniz. Ətirlər, yemək və toxunuşlar əhəmiyyətlidir.
 
Əkizlər: Bir Əkizlər kişiylə razılaşmanın yolu, onun azad olmasına icazə verməkdən keçər. Ağıllı və deyingən qadınları sevərlər. Detalları yadında çıxartmayan, sürprizlərə açıq və onunla eyni ritmi tuta bilən qadınlardan xoşlanarlar. Onlar sevgi və maraq mərkəzi olmağı sevərlər. Ancaq özünüzlə bağlı bir az sirli olmağı unutmayın.

Xərçəng: Onlar üçün ən əhəmiyyətli şey güvənməkdir. Sizinlə birlikdə olmaq istəyirsə, əvvəl sizə güvənməsi lazım olduğu üçün, uzun müddət bu əlaqəyə başlamaq mövzusunda tərəddüd yaşaya bilər. Sevişməkləri yavaş və seçicidir. Öpüşmək və toxunmaq onun üçün əhəmiyyətlidir. Onlar astrologiyanın ən sadiq kişiləri arasında iştirak edərlər və eyni sədaqəti yoldaşlarından da gözləyərlər. Yaxşı bir həyat yoldaşı, sirdaş və ana olmanızı gözləyərlər.

Şir: Onun bir kral olduğunu qəbul edin. Sizin rolunuz onu dəstəkləməkdir. Görünüşə əhəmiyyət verər. Yaxşı geyinən, yaxşı danışan, özünə yaxşı baxan qadınları sevər. Ona ehtiyacınız olduğu üçün deyil, onu sevdiyiniz üçün onunla birlikdə olduğunuzu bilməlidir. Sevgi və bağlılıq onun üçün əhəmiyyətlidir. O qürurlu və şərəflidir. Yataq otağında "oyunları" sevdiyini unutmayın.

Qız: Bir əlaqəyə başlarkən mütləq çox diqqətlidir. Axmaq sarışın tərzini sevməz. Zəkaya hörmət edər. Geyiminiz əhəmiyyətlidir. Siz seksual paltarlarınızı yalnız onun üçün geyinməlisiniz. Başqalarının görməsi üçün deyil... Mükəmməli istəyər və detallara diqqət edər. Onun bir iş düşkünü olduğunu unutmayın. Qısqanclıq oyunlarına girişməyin. Eşqbazlıq ilə əyləncəli bir əlaqəni ön planda tutun.
 
Tərəzi: Uyğunlaşma və cazibənin planeti Venera tərəfindən nəzarət edilən Tərəzi kişiləri, gözəlliyə əhəmiyyət verərlər. Seksual, ağıllı və romantik qadınlardan xoşlanarlar. Onun sevdiyi mövzular haqqında danışmağı sınayın. Əvvəl dost olun, sonra əlaqəyə addım atın. Erotik romantizm tərəzi kişiləri üçün ən balanslı başdan çıxarma metodudur. Minnətdar və ehtiraslı qadınları sevər. Ön sevişmə üçün əyləncəli oyunlar hazırlayın.

Əqrəb:Ona yanaşmaqdan qorxmayın. Hətta ilk addımı atmanız, ona olduqca seksual gələ bilər. Onlarla darıxdırıcı vaxt keçirilməz. Bir Əqrəb kişisi ilə cinsi əlaqəniz varsa, idman salonuna üzv olmağınıza ehtiyac yoxdur. Ağla gəlməz bir cinsi həyat yaşamanızı təmin edərlər. Onlara uyğunlaşacaq cinsi gücü olan, partnyorlar istəyərlər. Ehtiras və erotizm onları fəth edər. Özlərini və əlaqələrini çox ciddi qəbul etdiklərini unutmayın.
 
Oxatan: Sürprizlərlə dolu bir kişidir. Ancaq onun müstəqilliyini dəstəkləməli və təqdir etməlisiniz. Olar öz macəraçı ruhunlarına uyğun gələ biləcək qadınları seçim edərlər.Nə zaman sevişmək istəyəcəyini təxmin edə bilməzsiniz. Bir avtomobilin arxa kreslosunda və ya sahildə, hər an macəraya hazır olun. Əgər çölə çıxmaq istəsə, çıxacaq. Onu maneə törətməyin. Səyahətlərinə yoldaşlıq etmək üçün çantanızı həmişə hazır tutun.

Oğlaq: Onun kimi ciddi bir adamı başdan çıxarmaq asan deyil. O bağlı qapılar ardından rahat ola bilər. Balanslı və idarəli qadınları sevər. Güvən və heyranlıq üzərinə qurulan əlaqələr onun üçün qiymətlidir. Sizə sürprizlər edə bilər və romantik macəralara sürüyə bilər. Siz yetər ki, etibarlı və sadiq olun. İş həyatının nə qədər əhəmiyyətli olduğunu bilin və qəbul edin. Onu dəstəkləyin və həmişə yanında olun.

Dolça: O tam bir müstəqillik simvoludur. Rahat və uyğun olun. Yataq otağında fərqli macəralara açıq, sirrli və müstəqil qadınları sevər. Onun ən yaxşı yoldaşları, yenə onun kimi müstəqil ola bilən kəslərdir. Yeni şeylər marağını çəkər ancaq eynilə yeni oyuncaq kimi, qısa müddət sonra marağını itirər. Onunla danışmaq və müzakirə həzz vericidir. Hətta hər söylədiyinə qatılın və müzakirələrin meydana gəlməsini təmin edin. Cinsi həyat mövzusunda olduqca fərqli istəkləri ola bilər. Onun macəralarında yanında olun.

Balıq: Onlar romantik doğulmuşdurlar. İlk başda çox əyləncəli olsa da, zaman içində kövrəkləşəcəyini bilməlisiniz. Romantizmin onlar üçün böyük əhəmiyyəti vardır. Sevişmək yalnız fiziki deyil, ruhi bir təcrübədir. O təbiətcə təcavüzkar deyil, unutmayın. Sakitlik, mehribanlıq və yumşaqlıq ürəklərini fəth edər. Qucaqlaşmaq, toxunmaq və fiziki təmas onlar üçün qiymətlidir. Onları sevə bilsəniz, qazanarsınız.
(səs: 4)
Şərhlər: 15
Baxılıb: 17 190
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri