Tərəzi bürcü - Sevgi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 38 561
Səs ver:
(səs: 10)
Tərəzi bürcü insanları son dərəcə emosional və romantikdir. Bu xüsusiyyətlər onların eşq həyatlarında necə biri olduğunu söyləyə bilər. Eşq həyatları daim hərəkətlidir. Eşq həyatlarında, daim böyük sözlər verməyə hazırdırlar. Sonsuz eşqi təqdim edə biləcək insanlardır.

Tərəzi Bürcü Qadını Eşq həyatı
Tərəzi bürcü qadını, sözün əsl mənasında romantik və sevgiyə möhtac bir qadındır. Yalnız olmaqdan nifrət edən Tərəzi bürcü qadınının həyatında daim bir kişi olar. Sevsə də, sevməsə də. Ancaq doğru partnyoru tapdıqları zaman həqiqətən sadiq və qısqanc olurlar. Tərəzi bürcü qadını eşq həyatında sonsuz eşqini hər zaman verməyə hazırdır. Romantik anlar yaşamaqdan xoşlanar. Uzun müddət pərəstişkarlıq etmək onlara görə deyil. Xoşu gəlirsə, bunu hər cür bəlli edər. Sevgidən zövq alarlar. Tərəzi bürcü qadınının azadlığına düşkün olması eşq həyatına da əks olunmuşdur.

Tərəzi Bürcü Kişisi Eşq həyatı
Tərəzi bürcü kişisi eşq həyatında olduqca aktivdir. Həm aşiq olmaq istər, həm də məhdudlaşdırılmaqdan xoşlanmaz. Azadlığına son dərəcə düşkündür. Özünü çox məhdudlaşdırmayan, ancaq daima diqqət göstərəcək bir partnyor istər. Tərəzi bürcü kişisinin eşq həyatında sonuna qədər romantik və emosional olduğunu söyləmək lazımdır. Ən gözəl anları partnyoru ilə yaşamağı yaxşı bacarır. Bu cür xüsusiyyətlərinə görə, dözülməz bir kişidir. Tərəzi bürcü kişisi eşq həyatında əsla tək qalmaz. Aktiv bir eşq həyatına sahib olsa da, doğru adamı tapdığına inansa həyatın mənasını da taparlar. Tərəzi kişisi hər zaman sonsuz eşqini təqdim etməyə hazırdır. Tərəzi kişisi bir qadın ilə birlikdə olmaq istəyirsə asanlıqla vaz keçməzlər. Ancaq o adama aşiq deyilsə, əldə etdikdən sonra asanlıqla bezə bilər. Aşiq olduqda olduqca qısqanc olduğunu söyləmək lazımdır.
(səs: 10)
Şərhlər: 6
Baxılıb: 38 561
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri