Bürcünüzə görə, geyim rəngi və geyim tərzi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 16
Baxılıb: 15 405
Səs ver:
(səs: 6)
Bürcünüzə uyğun daha çox hansı rəng libaslara üstünlük verməli olduğunuzu bilirsiniz?

Qoç - Bu bürc altında doğulan qadınlar iddialı olurlar. Libaslarını xüsusi diqqətlə seçirlər. Aksesuardan istifadə etməyi elə də çox sevmirlər. Lakin gün eynəyi hər zaman çantalarında olmalıdır. Daha çox şalvar-köynək geyinməyi üstün tuturlar. Bu bürcün rəngi qırmızıdır.

Buğa - bu bürc altında doğulan qadınlar zərif və baxımlıdırlar. Hər zaman xarici görünüşlərinə önəm verirlər. Aksesuarlardan az istifadə etsələr də, daha çox zinət əşyalarına meyillidirlər. Bu bürcün rəngi yaşıl və onun tonlarıdır.

Əkizlər - Bu bürc altında doğulan qadınlar iki müxtəlif bədənə sahib olan biri kimi geyinir: bir gün dağınıq, digər gün romantik geyinməyi sevirlər. Rahatlığa daha çox üstünlük verdikləri üçün cins geyimlər onlara yaraşır. Bu bürcün rəngi bənövşəyi və onun tonlarıdır.

Xərçəng - Bu bürc altında doğulan qadınlar romantik və həssas olurlar. Şlaypalar və şifon ətəklər əsas seçimləridir. Tül geyimlər və köynəklər onlara çox yaraşır.

Şir - Bu bürc altında doğulan qadınlar lüks və dəbdəbəli yaşam tərzini sevənlərdir. Brend geyimlərə üstünlük verirlər və modanı yaxından izləyirlər. Qızıl aksesuarlardan istifadə etməyi çox xoşlayırlar. Bu bürcün rəngi sarı və onun tonlarıdır.

Qız -Bu bürc altında doğulanlar klassik geyimləri üstün tuturlar. Aksesuarları o qədər də sevməsələr də, iri çanta götürməyi xoşlayırlar. Bu bürcün rəngi mavi və onun tonlarıdır.

Tərəzi - Bu bürc altında doğulan qadınlar çox seçicidirlər. Modanı yaxından izləyir və aksesuarları çox sevirlər. Bu bürcün rəngi yaşılın tonlarıdır.

Əqrəb - Bu bürc altında doğulan qadınlar hər zaman öz geyim tərzləri ilə diqqət çəkirlər. Daha çox əyinlərinə kip oturan libaslara üstünlük verirlər. Bu bürcün rəngi göy və onun tonlarıdır.

Oxatan - Bu bürc altında doğulan qadınlar idman üslublu geyimlərə daha çox üstünlük verirlər. Əsasən cins geyimləri sevirlər. Bu bürcün rəngi firuzəyidir.

Oğlaq -Bu bürc altında doğulan qadınlar çox qərarlıdırlar. Hər libası elə də asanlıqla bəyənməzlər. Ailə oğlaqlar üçün mühüm olduğu üçün, keçmiş nəsildən qalan aksesuarlara daha çox üstünlük verirlər. Bu bürcün rəngi çəhrayıdır.

Dolça - Bu bürc altında doğulan qadınlar modern və rahat geyimləri sevirlər. Öz üslublarını özləri yaradırlar. Dəblə geyinirlər. Bu bürcün rəngi açıq mavidir.

Balıqlar - Bu bürcün altında doğulan qadınlar öz xəyal dünyalarını libas seçiminə tətbiq etməyi xoşlayırlar. Aksesuar seçimində çox iddialıdırlar. Bu bürcün rəngi açıq yaşıldır.
(səs: 6)
Şərhlər: 16
Baxılıb: 15 405
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri