Aprel ayında bürclər sizə nə vəd edir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 16 346
Səs ver:
(səs: 7)
2016-cı il Aprel ayında bürclər sizə nə vəd edir?
  Qoç - Aprel ayının 5 i ilə 30u aralığında siz Qoç bürcündə yerləşən Venera planetinin incəlik və zərifliyindən təsirlənəcəksiniz. Siz cazibədar olacaq və başdan çıxarma gücünüzdən əmin olacaqsınız. Diqqətləri üzərinizə çəkəcəksiniz, baxışlarınızla hər kəsi özünüzə istiqamətləndirəcəksiniz. Aşiq olma şansınız çox yüksəkdir. Venera planetinin təsiri altında Qoç bürclərinin eşq həyatı, evliliyi, əlaqələri onlara sevinc və məmnuniyyət gətirəcək. Lakin 2016-cı ilin Aprel ayında Venera planetinin təsiri sadəcə sizin düşündüyünüz kimi olmayacaq. Qoç bürcünün eşq və cinsilik evinin idarəçisi Günəş Qoç bürcündə olacaq. Əgər ruh əkizinizi axtarırsınızsa və ya kiçik eşqbazlıqlardan, xoşlanırsınızsa bu dövr onunla qarşılaşma şansınız çox yüksək olacaq. Əgər siz sabit bir əlaqə içindəysəniz, əlaqəniz qarşılıqlı anlayış və dərin hisslərlə çiçəklənəcək. 2016-cı ilin Aprel ayı Qoç bürclərinin karieri üçün müvəffəqiyyət vəd edir. Qoç bürcündə yerləşən Günəş sizə nüfuz, fürsətlər, yüksəliş verəcək. Venera planeti də əlaqələr, diplomatiya, başqalarına özünü sevdirmə qabiliyyəti və şans mövzusunda Qoç bürclərinin müvəffəqiyyətinə müvəffəqiyyət qatacaq. Bəlkə də, bəzən işlə əlaqədar səylərinizin yerinə oturmadığını və sürətli inkişaf etmədiyinizi düşünəcəksiniz. Lakin intizam və səbirdən çox xeyir görəcəksiniz. Pul çox asanlıqla sizi tapacaq, xüsusilə 2016-cı ilin Aprel ayının ilk 20 gündəliyi boyunca bu belə olacaq, lakin siz bu pulu idarə etmək yollarını axtaracaq və bunun üçün çox düşünəcəksiniz. Siz bu işi çox yaxşı bacaracaqsınız. Sağlamlığınız çox yaxşı vəziyyətdə olacaq. Günəş Qoç bürcündə olacaq və sizə canlılıq verəcək, üstəlik Venera planeti də Qoç bürcündə olacaq və sizə daha xoşbəxt və müsbət ruh halı təqdim edəcək. Lakin diqqətli olun, heç bir şeydə sərhədləri aşmayın və ifrata varmayın! Bəlkə də sağlamlıqla əlaqəli işlərə investisiya qoymağı düşünəcəksiniz: tennis klubu, idman salonları, fitness mərkəzləri və s.
  Buğa - Daha gözəl günlər sizi gözləyir. 2016-cı ilin Aprel ayında Venera planeti Buğa bürcünün 12 -ci evində birləşmiş vəziyyətdə, Buğa bürcünün əlaqələr evinin idarəçisi Mars planeti də uyğun olmayan mövqedədir və üstəlik geri getməyə başlayır. Bu astroloji vəziyyət sizə eşq əlaqələrində çox xoşbəxtlik vəd etmir. Buğa bürcünün eşq evində yerləşən Yupiter planeti edə biləcəyindən daha çox vəd verəcək və sizi reallaşa bilməyəcək işlərə istiqamətləndirərək xəyal qırıqlığına uğradacaq. Əgər siz lazım olduğu qədər güclü isəniz, enerjinizi başqa maraq sahəsinə fokuslasanız, (bu işdə sizə Buğa bürcündə olan Merkuri planeti kömək edəcək) bu dövrün öhdəsindən gələcəksiniz. Eşqlə əlaqədar problemlər uzun sürməyəcək (Buğa bürclərinin eşqdə şansı həmişə yavər gedər), lakin bu dövr çox əsəb pozucu olacaq və sizi maddi zərərə uğradacaq. 2016-cı ilin 6 Aprel və 13 İyun aralığında Merkuri planeti Buğa bürcündə olacaq. Bu uzun bir dövr olacaq, çünki əslində bu planet ümumiyyətlə hər bir bürcdə sadəcə üç həftə qalır. Merkuri planetinin Buğa bürcündə qalması geri getmə hərəkətini də özü ilə gətirəcək və sizə intellektual baxımdan bəzi işlər təqdim edəcək, informasiya, işlər, yazma, hesablama, ünsiyyət baxımından isə prezentasiyalar, danışıqlar, əməkdaşlıq, səyahət baxımından isə başlanğıclar və fərqli işlər, dokumentasiya və fayllar. Buğa bürclərinin həyatı üçün çox dinamik dövr olacaq, xüsusilə son on gün müvəffəqiyyət ilə dolub daşacaq. Maliyyə işləri 2016-cı ilin Aprel ayı çox isti mövzu olacaq və sizi əhəmiyyətli qərarlar verməyə məcbur edəcək. Fürsətlərinizi çox diqqətli şəkildə nəzərdən keçirməniz lazım olacaq! 2016-cı ilin Aprel ayının astroloji düzülüşü Buğa bürclərinə şən, davamlı, zəif, elastik fəaliyyətlər təqdim edəcək. Özünüzü daha azad, daha gənc hiss edəcək və yeni şeylərə tez uyğunlaşacaqsınız. Diqqət ilk 20 gündə sizin fiziki dayanıqlılığınız istədiyiniz kimi yaxşı olmayacaq. Özünüzə daha yaxşı baxmağa çalışın! İstirahət etməniz lazımdır, ifratdan qaçının, sağlamlığınıza diqqət göstərin, nə qədər yaxşı olsanız da, yenə də sağlamlığınıza diqqət yetirin!
  Əkizlər - Aprel 2016 - da Əkizlərin eşq həyatı həssas mövzu olacaq. Yaxşı niyyətləriylə çox da məşhur olmayan Saturn və Mars Əkizlərin cütlər evində olacaq. Tam tərsinə Saturn ümumiyyətlə soyuqluq, uzaqlaşma, qatılıq, maneələr və ya tıxanmalar gətirir. Mars gərginliklər, mübarizələr, stress və hətta qarşıdurma riski meydana gətirir. Saturn - Mars ikilisi cütlər arasındakı uyğunlaşma üçün çox lütfkar deyil və Əkizlərin əlaqələrinin dözümlülüyünü test edər. Bəzi vəziyyətlərdə, cütlər kənardan gələcək problemlərlə üzləşə bilər ya da uyğunlaşma təmin edə bilmədikləri ortaq məsuliyyətlərlə mübarizə edə bilərlər. Başqa vəziyyətlərdə Əkizlərin partnerləri çətin zamanlar keçirə bilər. Bütün belə zamanlarda edə biləcəyiniz tək şey sakit və diplomatik qala bilmək, partnerinizə anlayışlı davranmaq, mümkün ola bildiyi qədər çox gərginliyi yatırmaq olacaq. Dostlar, yoldaşlar, ətrafınız bu mövzuda köməkçi ola bilər. Aprel 2016 Əkizlər üçün kooperasiya, razılaşmalar və müştəri əlaqələri, rəqabət və ya iddialılar mövzusunda çətin bir ay olacaq. Bunları hər hansı biri üçün səbir, incəlik və diqqət lazım olacaq. Mənfi potensialın qərarlı və yaxşıca düşünülmüş strateji hərəkətlə öhdəsindən gəlinə bilər. Yaxşı ki, yalnız tək başınıza döyüşmək məcburiyyətində deyilsiniz. Əgər hansı qapını döyəcəyinizi yaxşı bilsəniz, lazım olduğunda dəstək və müdafiə təmin edə bilərsiniz. Aprel 2016da Əkizlər bürcü onlara müvəffəqiyyət və təminat gətirəcək qrup fəaliyyətlərində və ya işlə əlaqədar təşkilatlarda (təşkilatlar, vəqflər, klublar, siyasi partiyalar və s.) məşhurluq və məşğuliyyətdən zövq alacaq. Gizli və sirrli işlər və evinizlə və ya mülkünüzlə bağlı işlər əhəmiyyət qazanacaq. Aprel 2016 boyunca Əkizlərin doğum xəritəsində Günəş Merkuri və Saturnun birbaşa hücumuna uğrayacaq; Əkizlərin xəstəliklər evinin idarəçisi Mars da retrograd hərəkətin sərhədlərində olacaq və 17 Apreldən etibarən həqiqətən də retrograd hərəkətə başlayacaq. Əkizlərin idarəçisi Merkuri də 12 - ci evdədir. Beləcə Aprel 2016 Əkizlərin həyatı və əhvalı baxımından çox da yaxşı görünməməkdədir. Bəzi şeylərin istər fiziki istər də psixoloji baxımdan olsun işləmədiyi artıq görünməkdədir. Siz stress, depressiya, incimələr, infeksiya, yoluxucu xəstəliklər və digər narahatlıqlara məruz qalacaqsınız. Aprel ayı boyunca intizam, nisbətə sadiq qalmaq, sakitləşmək və meditasiya çox faydalı ola bilər.
  Xərçəng - Aprel 2016da Xərçəngin cütlər evinin idarəçisi Saturn və Xərçəngin eşq və erotizm evinin idarəçisi Mars Xərçəngin eşq həyatında azad iradəyə imkan verməyəcək bölgədə olacaq. Hər şeyi olduğu kimi qəbul etməlisiniz, çünki onları dəyişdirə bilməyəcəksiniz. Sizin eşq həyatınız məsuliyyətləriniz tərəfindən təsirlənəcək və ya ikinci plana atılacaq. İstədiklərinizlə deyil, etmək məcburiyyətində qalacaqlarınızla daha çox maraqlanacağınız bir ay olacaq. Mars və Saturnun Xərçəngin iş evində və Eşq planeti Veneranın Xərçəngin karier evində olmağı əlaqələrin iş və karierinizlə möhkəmcə bağlı olmasını göstərir. Bu müdiriniz, rəhbərlik etdikləriniz vəya iş yoldaşınızla macəra yaşayacağınız mənasına gəlir? Bəlkə də. Lakin o qədər də xoşbəxt bir əlaqə kimi görünmür. Günəş və Veneranın Yengəcin karier evində olmasıyla Aprel 2016 - da siz əhəmiyyətli bir müvəffəqiyyətə çata bilərsiniz, lakin bunun üçün ödəyəcəyiniz dəyər də çox böyük olacaq. Həftələrcə ağır iş, çox iş, çətin vəzifələr, gərgin atmosfer və digər çətinliklər yaşayacaqsınız. Yengəcin iş evində yerləşmiş olan Saturn və Mars (üstəlik retrograd vəziyyətində) Yupiterin (bu evin idarəçisi) yaxşı lütfünə məzhər ola bilməyəcək ki, bu da işləri daha da pisləşdirir. Aprel 2016 - da işlərlə başa çıxa bilməniz üçün qüsursuz təşkilatçılığa və mələk kimi səbrə ehtiyacınız olacaq. Kooperasiyalar hiyləli ola bilər və dəstək və müdafiə sözləri artıq inandırıcılıqdan uzaqdır. Maliyyə sürprizi Aprel 2016 - nın ikinci həftəsi oraya çıxa bilər, bunun xaricində Aprel ayı monoton bir ay olacaqdır. Sağlamlıq hər şeydən əvvəl gəlir! Digər təcili vəziyyətlərlə birlikdə Aprel 2016 boyunca siz sağlamlığınızın ağlınızı yanıltmasına yol verməməlisiniz. Yengəcin xəstəliklər evi çox da yaxşı vəziyyətdə deyil və əgər düzgün şəkildə problemlərinizi həll etməsəniz onlar nə qədər sadə görünsələr belə inkişaf edəcək, pisləşəcək və siz nəticələrdən şikayətlənəcəksiniz.
  Şir - Cinsi məsələlər və uşaqlar və ya hamiləliklə əlaqədar düşüncələr Aprel 2016 boyunca Şirlərin eşq həyatının əhəmiyyətli mövzuları olacaq. Bu mövzular agitasiya, gərginlik və ya bezginliyə yol aça bilər. Mars və Saturn kimi iki pessimist planetin Şirlərin eşq evində olmasıyla, eşqdə xoşbəxtlik Aprel ayında mümkün görünmür. Mars - Saturn cütü sizi qalmaqala sala biləcək həyəcanların qaynağı olacaq. Bu dövrdə doğan eşqlər, xüsusilə Marsın retrogradda olduğu 17 Apreldən sonra mənfi şərtlərlə başlayacaq. Lakin Şirin eşq həyatında Aprel 2016 səma konfiqurasiyası müəyyən bir baxımdan müsbət ola bilər. Belə ki, bu konfiqurasiya altında ruh əkizləri bir-birini tapacaq və ya duyğular coğrafi uzaqlıqları aşaraq eşqi yaşıllaşdıracaq. Şirin idarəçisi Günəş, fürsətlər yaradan Venera ilə birlikdə Şirin 9 -cu evində olacaq və oradan yüksək təhsil, magistratura, araşdırma, mədəniyyət və ya fəlsəfə kimi intellektual işləri cəsarətləndirəcək. Qanunlar, iş səyahətləri, turizm, xarici ticarət və ya uzaq məsafəli işlər (məsələn onlayn işlər) ilə bağlı fəaliyyətlər himayə ediləcək. Merkurinin Şirin karier evindəki əlavə vaxt keçirməsinin intellektual işlər, səyahətlər və ticari fəaliyyətlərlə əlaqəsi olduğu qədər ünsiyyətlə, hesablamalarla, müxtəlif sənədlərlə də əlaqəsi vardır. Aprel 2016 boyunca pul hər zamandan daha çox şəkildə Şirlərin diqqət mərkəzində olacaq. Öz iş sahənizdə xeyli çox qazana bilərsiniz, lakin fərziyyələr, hiyləli işlər və haqq edilməyən pul pis şans gətirəcək. Aprel 2016 Boyunca Şirlər çox yaxşı formada olacaq. Lakin idman edirsinizsə və çətin gəzinti məşqlərində diqqətli olmalısınız. Narahatlıqlar mövzu xarici deyil, hətta gəzintidəykən və sahədəykən qəzalar belə ortaya çıxa bilər. Əgər siz dişi Şirsinizsə və hamilə isəniz Aprel 2016 - da hamiləlik və doğum ağırlaşmaları riskinin olduğunu bilməniz lazımdır. Əgər lazımlı yoxlamalara davam edir və tam zamanında doğru hərəkətləri edirsinizsə hər şeyin qarşısı alına bilər.
  Qız - Qız bürcünün cütlər evinin idarəçisi Yupiterin bir neçə aylığına sizin bürcünüzdə olmasıyla eşq, evlilik və ya sevdiyiniz adam Aprel 2016 - da da sizin üçün isti mövzular olacaq. Sizin romantik vəziyyətiniz yüksələcək, rahatlığa ehtiyac duyacaq və daha çox sevgi verə biləcəksiniz. Lakin Qızlar üçün hadisələr çox da yaxşı getməyəcək. Ən yaxşı adamı seçə bilməyə bilər, baş qarışdırıcı əlaqədən şikayətlənə bilər ya da sizi maneə törədəcək və ya əleyhinizə olan vəziyyətlərlə qarşılaşa bilərsiniz. Aprel 2016 boyunca (və böyük ehtimalla Mayda da) əlaqənizə bağlı müəyyən narahatlığınız evinizlə, mülkünüzlə, valideynlərlə ya da ümumiyyətlə ailənizlə əlaqədar ola bilər. Lakin Aprel partnerinizin psixologiyasını və əlaqənizin işinin incə mexanizmlərini araşdırmaq üçün xüsusilə yaxşı bir dövrdür. Aprel 2016 Qızın və Qızın karier evinin idarəçisi Merkurini sizin 9 - cu evinizə gətirir. Buna görə bu dövr işlərə, mədəniyyətə və spiritualizmə maraq salacaqsınız. Siz yüksək təhsil təşkilatları ya da araşdırma ətrafı ilə ünsiyyət qura bilər, yaradıcı işə başlaya bilər, bəzi işlərinizi nəşr edə bilər ya da editorial çevrələrlə əlaqə qura bilər və ya dərslər ala bilərsiniz. Qızların professional fəaliyyətləri səyahət, uzaq məsafəli kooperasiyalar, bəlkə də onlayn fəaliyyətlər şəklində ortaya çıxa bilər. Qanunlar, fəlsəfə, əxlaq, etika, din və ya digər dəyərlər seçimlərinizi şəkilləndirəcək. Aprel 2016 boyunca Qızlar maddi faydalardan və ya əlavə gəlirlərdən zövq alacaq və uzun vədəli əşyalara və daşınmazlara sərmayə qoymaları da mümkündür. Yupiter (Qızda), Neptun (Balıqda) və Mars - Saturn tandemi (Oxatanda) tərəfindən yaradılan T Kvadratı bəzi narahatlıqlar yarada bilər ki, siz bu dövrdə xüsusilə stress, təzyiq, yorğunluq, fokuslanma və koordinasiya çətinlikləri hiss edəcəksiniz. Aprel 2016 - nın ilk iyirmi günündə səbəbli və ya səbəbsiz hər şeydən narahatlıq duymağa meylli olacaqsınız. İstirahət etməlisiniz.
  Tərəzi - Aprel 2016 sevdiyiniz adam və ya partneriniz baxımından dinamik və əhəmiyyətli aydır. Günəş və Veneranın Tərəzinin cütlər evində tranziti səbəbiylə əlaqələr mərkəz nöqtəsi olacaq və digər işləriniz də sırayla əlaqənizə bağlı olacaq. 5 Aprel - 30 Aprel aralığında Venera ümid, fürsət, eşq və uyğunlaşma gətirəcək. Hər şey mükəmməl görünə bilər - bir nöqtəyə qədər həqiqətən elə də olacaq. Tərəzinin əlaqələr evindəki hər şey Apreldə o evin idarəçisi Mars tərəfindən koordinasiya ediləcək və təəssüf ki, Mars istilikdən və yaxşı niyyətdən məhrum Saturna artıq çox yaxındır. 17 Apreldən etibarən Mars həm də retrograd (geri getmə) hərəkətində olacaq ki, bu da işləri qarışdırır və keçmiş problemləri ortaya çıxarır. Tərəzilərin kooperasiya, komanda işləri, müştəriləri və razılaşmaları Aprel 2016 - da xüsusilə gündəmdə olacaq və əhəmiyyətli qərarlar və diqqətə çarpan hadisələrlə nəticələnəcək. Nəticədə bir çox şey sizin ünsiyyət tərzinizə və uzlaşma qabiliyyətinizə bağlı olacaq. Unutmayın bu sahə hər vaxt inkişafa açıqdır, mütəxəssislik, səbir və məlumat tələb etməkdədir. Aprel 2016 - da gündəm sizin intellektual qaynaqlarınızı, yaradıcılıq qabiliyyətlərinizi, məlumata çatma və idarə etmə, birliklər qarşısında danışma və yazma qabiliyyətinizi, icad qabiliyyətinizi, yenilənmə ruhunuzu, həm fiziki həm də ruhi elastiklik və hərəkətliliyinizi hərəkətə keçirəcək fəaliyyətlərlə dolu olacaq. Tərəzilərin Aprel 2016 - da etdikləri hər şeyin tək bir məqsədi olacaq: daha çox pul qazanmaq. Bu mövzuda müvəffəqiyyətli də olacaqlar. Lakin səy və stresslə. Aprel 2016 boyunca Tərəzilərin zehni fəaliyyətləri sıx və məcburedici olacaq, bu da əldən düşmüşlüyə səbəb ola bilər. Əsəb sisteminin dəstəyə ehtiyacı vardır. Bacara bildiyiniz qədər çox yatmalı və arada yoldaşlarınızla keçirəcəyiniz və ya hobbilərinizə ayıracağınız bir neçə saat ara verməlisiniz. Bəzən maqneziumla zəngin yeməklər və B vitamini, sakitləşdirici çaylar içməli, masaj etdirməli və istirahət etdirici musiqilər dinləməlisiniz. Sağlamlığınıza nəzarət etməyi laqeyd yanaşmayın.
  Əqrəb - Aprel 2016 - da Əqrəblərin əlaqələri üçün deyiləcək çox şey vardır. Və əlbəttə əlaqənin daha dərin ölçüsü haqqında da eyni şey etibarlıdır. Merkurinin Əqrəbin cütlər evində olmasıyla ünsiyyət son dərəcə əhəmiyyət qazanacaq. Bu təsir uzun sürəcək çünki Merkuri ənənəvi keçişini bir az uzadacaq və bəzən retrograd hərəkətdə olacaq (28 Aprel - 22 May dövrü). Bəzi mövzular hər istiqamətdən araşdırılacaq, köhnə mövzular yenidən su üzünə çıxacaq, hətta həssas mövzulara da toxunulacaq. Sözlər diqqət və etinayla seçilməlidir, çünki partnerlərin daha yaxınlaşması və ya uzaqlaşması, uyğunlaşma və ya uyğunlaşmazlıq onlara bağlı olacaq. Aprel 2016 - nın digər bir xüsusiyyəti iş və məsuliyyətlərin Əqrəblərin əlaqələrinə edəcəyi təsir olacaq. Hətta iş yerində romantik eşq mümkündür. Günəş və Veneranın Əqrəblərin iş evində olmasıyla Aprel 2016 boyunca təminatlar özünü gözlətməyəcək. Günəş sizə iş sahənizdə daha çox nüfuz, hərəkət azadlığı və qərar vermə qabiliyyəti verəcək, sizə önə çıxaracaq və sizə tanınma gətirəcək. Venera işinizi daha zövqlü hala gətirəcək, təkrarlanan vəzifələrinizi yerinə yetirmək sadələşəcək, iş əlaqələriniz daha uzlaşmaçı olacaq. Aprel 2016 - da Əqrəblərin ortaq işləri ümumiyyətlə məlumat, ünsiyyət, sənədlər və səyahətlə əlaqədar olacaq. İş məhsuldar olacaq, lakin qazanacağınız pulu yaxşı idarə etməyi bilməniz lazımdır. Əslində maliyyə mövzuları Aprel 2016 - da Əqrəblərin xüsusi maraq sahəsinə çevriləcək. Siz hərəkət etmək üçün impuls duyacaq, maliyyə qərarları alacaq və ya müəyyən problemləri həll etmək üçün səy göstərəcəksiniz. Hərəkətlərinizi yaxşı ölçüb biçmədən hərəkət etməyin! Əqrəblərin sağlamlıqlarına diqqət yetirmələri lazım gələ bilər. Aprel 2016 tibbi araşdırmalar və qiymətləndirmələr üçün, müəyyən asılılığı müalicə etmə və ya inkişaf etdirmə, təkrarlanan yoxlamalar üçün yaxşı bir aydır. Yemək və həyat gigiyenası Əqrəblər üçün maraq mövzusu olacaq. Veneranın da təsiriylə Aprel 2016 kosmetika və bədən baxımı üçün çox uyğun bir ay olacaq.
  Oxatan - Oxatan bürcünün idarəçisi Merkurinin sizin 7 - ci günəş evinizdə olmasıyla, Aprel 2016 boyunca cütlərin eşq həyatında bəzi məhdudlaşdırmalar gözlənilir. Bəlkə də paylaşılan məsuliyyətlər və ya professional vəzifələr partnerlər arası qarşılıqlı əlaqələrə pis təsir edir. Ya da bəlkə siz partnerinizin arzu və tələblərini yerinə yetirərkən öz azadlığınızdan güzəşt vermiş kimi hiss edə bilərsiniz. Bütün bunlar köhnə, nizamlı və rəsmi əlaqələr üçün xüsusilə ortaya çıxacaq. Lakin ortada məqbul səviyyədə romantik və erotik potensial da mövcuddur və özünü xüsusilə yeni, ehtiraslı, sərhədsiz romantik əlaqədə göstərəcək. Günəş və Veneranın Oxatanların 5 - ci evində olmasıyla hava yeni əlaqələrin mümkün ola biləcəyi macəra və eşq aclığı ilə dolacaq. Aprel 2016 Oxatanlar üçün karier baxımından aktiv bir aydır. Dinamik və ehtiraslı Mars Oxatanda olacaq və Oxatanın karier evinin idarəçisi Merkuri də Oxatan bürcünün iş evində olacaq. Digər tərəfdən təşəbbüs alacaq və hərəkət etməyə meylli olacaqsınız, lakin hədəflərinizə çatmanız üçün ağır iş, intizam və məsuliyyət lazım olacaq. Aprel 2016 - da Oxatanların professional inkişafında intellektual səylər, mühasiblik, ünsiyyət və səyahətlərin son vəzifədə olması mümkündür. Aprel və May işlərinizi yenidən qiymətləndirmə və analiz etmə üçün uyğun aylardır. Yaxşı xəbər budur ki, bütün bunlar inkişafda, daha çox prestij qazanmaqda və müvəffəqiyyətdə iştirak edəcək. Aprel 2016 - da maddi qazanclar ortalamadan azacıq yüksək olacaq, lakin israf, risk və spekulyasiyalardan qaçınmaq şərtiylə. Merkurinin Aprel 2016 boyunca Oxatan bürcünün xəstəliklər evində uzadılmış qalması sinir sistemindəki, tənəffüs sistemindəki və qol və əllərdəki həssaslıqların açarı ola bilər. Merkurinin mövqeyi xəstəliklər mövzusunda və tibbi məqsədlə səyahət mövzusunda sizin daha yaxşı məlumatlanmanızı təmin edə bilər.
  Oğlaq - Aprel 2016 Oğlaqların eşq həyatı üçün kompleks istiqamətləri olan maraqlı bir ay olacaq. Cütlər və eşq planeti Venera sizin günəş xəritənizin gizlilik və romantik təhlükəsizlik tələb edən xüsusi bir hissəsində olacaq. Ev və ailə istiliyi Oğlaqlara ehtiyacı olan və kafi romantik rahatlığı verəcək. Lakin Oğlaqların eşq evində uzadılmış tranzitdə olan (6 Aprel - 13 İyun aralığı) Merkuri öz retrograd (geri getmə) mərhələsindədir. Merkuri yenilik, hərəkət, maraq və oyun planeti olduğundan ötəri o bu mövqedə ümumiyyətlə eşqbazlıq, təcrübə ehtirasını və eşq həyəcanını yeniləməyə istiqamətlidir. Bu daha çox yetkin olmayan rəftarlar sərgiləmənizə, məktəb uşaqları kimi hətta aşkar bir şəkildə balanssız olmanıza yol aça bilər. Bir mənada əylənmək üçün aşiq ola bilərsiniz! Aprel 2016 - nın Oğlaqların karier və işlərində yeniliklər, yeni təşəbbüslər gətirmə şansı çox azdır. Ümumiyyətlə onsuz da başladılmış və ya davam edən proyektlərin və fəaliyyətlərin sınanmış, məhsuldar və etibarlı yollarla davam etməsi gözlənilməlidir. Bu dövr onsuz da mövcud olan və ya oturmuş qabiliyyət və ya məhsullarınızı gücləndirmək, yenidən ortaya çıxarmaq və təqdimat etmək üçün yaxşıdır. Oğlaqları Aprel 2016da müvəffəqiyyətə aparacaq üstünlüklər yaradıcılıq, icadetmə və adaptasiya olacaqdır. Lakin siz daşınmaz əmlak sahəsində, ev alətləri sərmayəsində və ya uzun vədəli istifadə edilə bilən əşya bazarında bəzi qazanclar təmin edə bilərsiniz. Oğlaqların maddi vəziyyəti Aprel 2016 boyunca diqqətlə idarə olunmalıdır, çünki sizin gəlir qaynağınız sizə çox gözəlliklər vəd etməyəcək. Ailədən və ya gizli qalmaq istəyən bir sponsordan gələcək kömək ayın ikinci yarısı ortaya çıxa bilər. Görüntünü qurtarmağa çalışırsınız, lakin fiziki olaraq ən yaxşı vəziyyətdə deyilsiniz. Aprel 2016 boyunca Oğlağın idarəçisi Saturn pis mövqedədir və pessimist Marsın yaxınında olacaq. Bu bucaq laqeydlik edilmiş tibbi problemlərin daha da pisə getməsindən xəbər verir. Prioritetlərinizi yenidən təyin etməli və özünüzə daha yaxşı diqqət yetirməlisiniz. İdman etmək, evdən kənarda aktiv həyat keçirmək və istirahət etmək üçün həftədə bir neçə saat çox vaxt ayırmaq yaxşı təsir edəcəkdir.
  Dolça - Aprel 2016 Dolçaların eşq həyatında həyəcan duyacağı bir ay olacaq. Hər şey hərəkət içində olacaq, hər şey qarşılıqlı əlaqəyə bağlı olacaq. Həm eşq planeti Venera, həm də Dolçanın əlaqələr evinin idarəçisi Günəş sizin 3 -cü günəş evinizdə olacaq. Bu da gəzintilər və ünsiyyətin ayın ən əhəmiyyətli hadisələrinin mərkəzi olacağı mənasını verməkdədir. Cütlər üçün bu nişanlanma və romantik səyahət, yaxında bir yerlərdə bərabərcə hisslər tərəfindən motivasiya edilmiş qısa eşqbazlıqlar mənasına da gələ bilər. Danışıqlar, eşq elanı, romantik ünsiyyət və yazışmalar əlaqəniz üçün mükəmməl vasitələrdir. Ortaq intellektual məqsədlər də Dolça cütünün vəziyyətini gücləndirə bilər. Ayrıca ev və uşaqlarla maraqlanmaq bu ay vurğulanmalıdır. Dolçanın karier evinin idarəçisi Mars ümid verici evdə var, lakin ətrafı pisdir (Saturn) və 7 Aprel 2016 - da öz retrograd (geri getmə) hərəkətinə başlayır. Buna görə doğru yolda olsanız belə, sizi yavaşladacaq maneələrlə qarşılaşa bilər ya da gözlənilməz çətinliklər və ya dəyişikliklərlə qarşılaşa bilərsiniz. Marsın Yupiter və Neptunla quracağı zidd bucaqlar şişirtmənin və intizam əskikliyinin professional inkişafınıza təhlükə törədə biləcəyinin və hətta sizə bahalıya mal ola biləcəyini nəzərdə tutur. Əslində Dolçanın maliyyə vəziyyətinin bu dövrdə kafi qədər müdrik strategiyalara ehtiyacı olacaq. Lakin narahat olmayın sizin zəkanız mükəmməl çalışacaq, intellektual səyinizə, fikirlərə və təşəbbüslərə mükəmməl şəkildə uyğun olacaq və ünsiyyət sahəsində sizi məğlubedilməz qılacaq. Dolçalar Aprel 2016 boyunca xeyli yaxşı fiziki vəziyyətdə olacaq. Onların fiziki gücləri yaxşı olacaq və kafi enerji kapitalı tapılacaq və ruhi vəziyyətləri də özündən əmin və optimist olacaq. Lakin bəzən siz çox tələskənlik edir və riskə girməyə yönəlirsiniz və bu da sizə təsir edən hadisələrlə və fiziki qəzalarla nəticələnə bilər. İfrata meyl və diqqət əskikliyi də qəzaya səbəb ola bilər. Ümumi mənada da, xüsusilə səyahət boyunca da diqqətli olmalısınız.
  Balıqlar - Yupiterin Balığın cütlər evində olmasıyla, şans Sentyabr 2016 - ya qədər sizin yanınızda olacaq. Əlaqəyə istiqamətli ehtiyaclar böyük olacaq, bir çox fədakarlıq lazım olacaq və romantik mənada uyğun mühitlər digər dövrlərə müqayisədə daha tez-tez qarşılaşılacaq. Lakin Aprel 2016 boyunca maraqlı fenomen də ortaya çıxacaq: Merkuri Balığın 3 - cü evinə girəcək və orada ümumiyyətlə olduğu zamanla müqayisədə haradasa ikiqat müddətdə qalacaq. Bu konfiqurasiya əlaqənin sağlamlığı üçün ünsiyyətin əhəmiyyətini vurğulamaqda və ya doğru adamı tapmaq, açıqlayıcı danışıqlar və yığıncaqların eşq həyatınızda güclü təsirinin olduğunu göstərməkdədir. Digər tərəfdən Balığın pul evində olan Venera ya cütlərlə əlaqədar müəyyən maliyyə istiqamətlərinə maraq göstərəcək ya da da praktiki, maddi vəziyyətlər təsirindəki romantik seçimlər etməyə meylli olmanızı təmin edəcək. 2016 Aprel və ondan sonrakı bir neçə həftə Balıqlar üçün karier mənasında çox da parlaq görünmür. Balığın karier və status evində iki dənə pis şöhrətli planet olacaq: Mars və Saturn. Ənənəvi astrologiyada, Mars qarşıdurma və mübarizə gətirir və Saturn çətinliklər, maneələr və təxirə salmalara səbəb olur. Digər tərəfdən Saturn fövqəladə bir strategiya mütəxəssisidir və səbir və stabilliklə sizin torpağa möhkəm ayaq basmağınızı təmin edər; Mars isə ehtiraslı bir cəsarətlə sizi istədiyiniz hədəflərə doğru cəsarətləndirər. Hadisələr 17 Aprel 2016dan sonra Mars retrograd edərkən birdən U dönüşü edə bilər, müvəqqəti durğunlaşa bilər və ya daha kompleks hal ala bilər. Lakin Aprel 2016 Balıqlar üçün maliyyə mənasında məhsuldar olacaq. Qız bürcündə yerləşmiş olan Balığın ənənəvi idarəçisi Yupiter Mars, Saturn (Oxatanda olan) və Neptunla (Balıqda olan) kvadrat meydana gətirir. Bu kombinasiya çətinliklə doludur və sizin üzərinizdə həddindən artıq təzyiq meydana gətirəcək. Balığın ruhi vəziyyəti çox da yaxşı deyil. Hərəkət etmə azadlığınız məhdudlaşdırılmış kimi olacaq və məsuliyyətləriniz, çətinliklər və davamlılıq məhrumluğuyla mübarizə etməli olacaqsınız. Psixoloji olaraq yaxşı bir yerdə deyilsiniz və diqqətli olmalısınız, çünki bu hər cür psixoloji balanssızlıqlara səbəb ola bilər.
(səs: 7)
Şərhlər: 9
Baxılıb: 16 346
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri