Bürclər iyulda nə vəd edir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 16 145
Səs ver:
(səs: 8)
Qoç
Sosial əlaqələr iyulda ön plana keçəcək. Yenidən həyatınıza dost-tanışlar, partnyorlar, əks cinsin nümayəndələri daxil olacaq. Hər kəsdən faydalı nə isə götürə bilərsiniz. Həm xarici, həm intellektual baxımdan cazibədar olacaqsınız. Məsləhətlərə qulaq asmaq və sükan arxasında ehtiyatlı olmaq lazımdır.

Buğa
Yalnız öz gücünüzə arxalanmalısınız. Bu ay yeni tanışlıqlar və maraqlı layihələr gözlənilir. Onları reallaşdırmağa maneçilik törədən olmayacaq. Amma güvəndiyiniz insanların sizdən üz döndərməsi ola bilər. Bilin ki, bu, müvəqqətidir.

Əkizlər
Bu ay situasiyalar siz gözlədiyinizdən də tez bir-birini əvəz edəcək. Tez-tez gecikdiyinizə görə inamı itirəcəksiniz. Hər kiçik işə görə əhvalınız pisləşəcək, amma bunu işləməklə aradan qaldıra bilərsiniz. İstənilən yüklənmə yaxşıdır.

Xərçəng
İyulda macəra dadı hiss edəcəksiniz. Enerjili və bəxtigətirən olacaqsınız. Düzdür, tolerantlıqla bağlı problemlər yarana bilər. Bu ay sizi hər şey qıcıqlandıracaq: feministlər, intimual azlıqlar, başqa millətlər və s. Öz fikirlərinizi bildirməməyiniz məsləhətdir. Dənizdə istirahət və ya səyahət etmək bu ay təhlükəlidir.

Şir
İşiniz ləngiyəcək. Bu ay o biri vaxtlarda qazandıqlarınızla dolanmalısınız. Qazandıqlarınız bu ay əlinizdən tutacaq. Siz nə edəcəyinizi fikirləşərkən, problemlər yerində durmayacaq və artacaq. İnformasiya səhvləri mümkündür. Bu dövr hər bir şeyi yazmaq məsləhətdir.

Qız
Bu ay həyatınızda nə isə dəyişəcək. İlk günlər dəyişiklik xoşunuza gələcək və başqa sahələrdə də buna can atacaqsınız. Bunu etmək məsləhət deyil, çünki yorulacaqsınız. Bu ay sizə maraqlı olan işlərlə məşğul olun. Başqalarının layihəsində iştirak etməyin, xahiş etsələr belə.

Tərəzi
Hansısa layihənin başlanğıcı üçün işiniz başınızdan aşacaq. Əgər evinizi dəyişməyi və ya ezamiyyətə getməyi planlaşdırırsınızsa, uğurlu olacaq. Kiməsə kömək etməlisiniz, amma onun etibarlı adam olduğundan əmin olmalısınız, çünki üstünüzə ciddi vəzifə götürürsünüz.

Əqrəb
İyulda Əqrəblər istədiklərinə nail olacaqlar, əvvəlcədən düşündükləri vasitəylə olmasa da belə. Bu sizi bir az çaşdıracaq. Amma nəticədə tarazlığınızı bərpa edə biləcəksiniz. Bu ay səyahətə yaxınlarınızın əhatəsində çıxmağınız məsləhətdir.

Oxatan
Bu ay işləmək həvəsiniz yaranacaq. Amma təhlükəli zamandır - çətindir, təhlükəsizlik qaydalarına əməl etməlisiniz. Əgər dözümlü və soyuqqanlı olsanız, xoşagəlməzliklərdən uzaq olacaqsınız.

Oğlaq
Möhkəm yerinizi itirdiyinizə görə, bir qədər dağınıq olacaqsınız. Məhz bu zaman ictimai səs-küy salacaq hərəkətlər olacaq. İyulda planlarınız həyata keçməyəcək, amma çətin situasiyadan adınız ləkələnmədən çıxacaqsınız.

Dolça
İyulda Dolçalar iri və çətin proyektin reallaşmasına başlayacaqlar. Hərəkətə gəlməyə vaxtınız olmayacaq. İşinizi dar vaxt çərçivəsində bitirməlisiniz. Amma mükafat gözlədiyinizdən də artıq olacaq. Bu ay işgüzar sirlərin oğurlanmasından özünüzü gözləyin.

Balıqlar
İyulda baş verəcək prosesləri bəyənəcəksiniz. Hansısa məqsədiniz üçün dəli kimi çalışacaq və bundan həzz alacaqsınız. Hamı ilə dava eləmək təhlükəsi var, ola bilər istədiyinizə nail olmayasınız. Ayın sonunda itirdiklərinizi qaytara biləcəksiniz.
(səs: 8)
Şərhlər: 1
Baxılıb: 16 145
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri