2018-ci il it ili kimlərə uğurlu gəlir

Müəllif: Efsuw2016
Şərhlər: 12
Baxılıb: 55 335
Səs ver:
(səs: 3)
İt

İtlərə bu il ən cəsarətli arzularının həyata keçirilməsi üçün hər yerdə yaşıl işıq yanacaq. Heç nədən qorxmayın. Xəyal və risk edin, sizin qarşınızda bütün qapılar açılacaq.

Siçan

Siçan ilində doğulanlar bu il öz məqsədlərinə çatacaq. Heç bir halda təslim olmayın, hər şey siz təsəvvür etdiyinizdən də yaxşı olacaq.

Öküz

Öküz ilindən olanlar sabitlikdən zövq almaq olacaq. Bu il sizin üçün sakit keçəcək. Lakin bu, sevgi məsələlərinə aid deyil. Artıq payıza yaxın hisslər qasırğasına düşəcəksiniz və bu, gözəl olacaq!

Pələng

Bu il Pələnglər üçün imkanlar və şanslar ili olacaq. İt sizi fəal olmağa və istənilən təkliflərə reaksiya bildirməyə çağırır. Səyahət etmək çox faydalı olacaq, çünki sizi səfərlərdə xüsusi nəsə gözləyir.

Pişik (Dovşan)

Sizin üçün də 2018 qələbə ili olacaq. Siz lider mövqeyi tutmağa nail olacaqsınız. İt sizə bir az sakit davranmağı və sadəcə uğura köklənməyi məsləhət görür. Sevgidə tərəf müqabilinə etibar etmək lazımdır.

Əjdaha

Əjdahalar 2018-ci ildə bir qədər əziyyət çəkməli olacaq. Amma bütün çəkilən zəhmət öz bəhrəsini verəcək və artıqlaması ilə geri qayıdacaq. İşlərinizin nə qədər uğurlu alınması yalnız sizdən asılıdır. Şükür edin, xeyirxah işlər görün və 2018-ci ildə həyatınızın yaxşılığa doğru dəyişəcəyinə özünüz də təəccüb edəcəksiniz.

İlan

İt ili ilan ilində doğulan insanlar üçün çox maraqlı sürprizlər hazırlayıb. İl asan olmayacaq, amma siz çətinlikləri uğurla dəf edəcəksiniz. Əlinizi üzdüyünüz yerdən xoş xəbərlər eşidəcəksiniz.

At

Atlar üçün bu il sevgi və harmoniya ili olacaq. Ən əsası öz qayğınıza qalın, çünki özünüzü həddən çox yükləyirsiniz.

Qoyun (Keçi)

Keçilər üçün bu il dəyişikliklərlə yadda qalacaq. Sizi sanki gözəgörünməz bir qüvvə lazım olan anda, lazım olan yerə sovuracaq.

Meymun

İtlər Meymun ilindən olanlara bir neçə həyat dərsi öyrənməyə məcbur edəcək. Əmin olun ki, bu dərslərdən çıxardığınız nəticə sizin üçün uzunmüddət faydalı olacaq.

Xoruz

İt ili Xoruz ilində doğulan insanlar üçün də qeyri-adi hadisələr hazırlayır. Odur ki, sizin üçün hazırlanmış şansları əldən verməyin.

Qaban (Donuz)

Bu ildə dünyaya gələnlər üçün ailəsi və yaxın adamları ön plana çıxacaq. Siz yaratdığınız rahatlıq və istilikdən həzz alacaqsınız
(səs: 3)
Şərhlər: 12
Baxılıb: 55 335
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri