Evlilik müqaviləsində hansı məsələlər olmalıdır?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1008
Səs ver:
(səs: 1)
Artıq evlənmək qərarına gəlmisiniz. Evlənəcəyiniz adama inansanız da, gələcəkdə nələrlə qarşılaşacağınızı bilmirsiniz. Elə isə bu işdə sizin köməyinizə "evlilik müqaviləsi" çata bilər. Ancaq bəzi ailələr evlilik müqaviləsinə bir-birinə qarşı etimadsızlıq kimi baxırlar. Bəziləri isə evliliyin çətinliklərini düşünmədən ailə həyatı qurmağa üstünlük verirlər. Təbii ki, çətinliklərlə qarşılaşdıqda isə bu çətinliklər qarşısında çarəsiz qalırlar. Ona görə də, tərəflər evlənməzdən əvvəl hər şeyi ətraflı müzakirə etməli və müzakirə etdikləri məsələləri evlilik müqaviləsi ilə sənədləşdirməlidirlər.

Qadinla.com bildirir ki, bəs evlənməzdən əvvəl hansı məsələləri müzakirə etmək olar və ya evlilik müqaviləsində hansı məsələlər olmalıdır? İlk növbədə, nə olursa olsun, bir-birinizə yalan danışmamaq barədə söz verməlisiniz. Digər tərəfdən, ən kiçik məsələlər belə diqqətdən kənarda qalmamalıdır. Təbii ki, zamana ehtiyacı olan məsələlər də yaddan çıxmamalıdır. Ailədə qarşılaşa biləcäyiniz bütün problemlər hər iki tərəfin problemi kimi nəzərə alınmalı və bu problemlərin həlli üçün birgə qərar qəbul edilməlidir. Lüğətinizdə "Mənə nə" və ya "Sənə nə" kimi sözlərə yer olmamalıdır. Kənardan qəbul edilən informasiyalarla hərəkət etməməlisiniz. Öz ailənizi həyat yoldaşınızdan üstün tutmamalısınız. Evdəki təmizlik, alış-veriş və s. işlərlə bağlı iş bölğüsü aparmalısınız.

Təbii ki, yuxarıda qeyd etdiyimiz məsələlərdən başqa tərəflərin öz təklifləri də ola bilər və tərəflər bu təklifləri müqaviləyə əlavə edə bilərlər. Evlilik müqaviləsinin məqsədi təbii ki, hər şeyi rəsmiləşdirmək yox, əksinə, hər iki tərəfin ətraflı düşünməsinə imkan verməkdir (təbii ki, niyyətlərini dəqiqləşdirmək mənasında). Beləliklə, onlar həm bir-birilərinin etimadını qazanar, həm də gələcəkdə baş verəcək problemlərin qarşısını indidən almış olarlar.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1008
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri