Ər-arvad boşananda uşaqlar kimin yanında qalmalıdır?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 2 710
Səs ver:
(səs: 0)
Valideynlər arasında nikah pozulduqda və valideynlər ayrı yaşadıqda birgə nikahdan olan uşaqların yaşayış yeri hansı qaydada müəyyən edilir?

Bununla bağlı sualları vəkil Feyzulla (Feyzi) Mehdiyev cavablandırıb.

Onun sözlərinə görə, ər-arvad boşananda, əgər yetkinlik yaşına çatmayan uşaqları varsa, birmənalı şəkildə məhkəmə qaydasında nigah pozulur: “Nikah pozulduqdan sonra məhkəmə uşaqların hansı valideynin yanında qalması məsələsini həll edir. Praktiki olaraq 10 yaşına çatmayan uşaqlar məhkəmə qaydasında ananın yanında saxlanılması üçün verilir. Hər iki valideynin razılığı əsasında uşaqlar ataya da verilə bilər. Və ya uşaqların ananın yanında saxlanılmaması üçün hər hansı bir əsas varsa, bu, məhkəmə qaydasında sübut olunarsa, məhkəmə uşaqları ataya verə bilər”.

F.Mehdiyev qeyd edib ki, əgər valideynlər arasında mübahisə varsa, uşaqların da yaşı ondursa, onda məhkəmə ata və ya ana ilə qalması məsələsini uşaqdan soruşur: “Daha sonra məhkəmə bu barədə müvafiq icra hakimiyyətinə, qəyyumluq və himayədarlıq komissiyasına rəy alınması üçün qərardad göndərir. Həmin rəyin cavabından sonra uşaqların hansı valideynin yanında qalması üçün qərar çıxırılır”.
Vəkil Feyzulla (Feyzi) Mehdiyev bildirib ki, Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 710
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri