Azərbaycan cəmiyyətinin fahişələri, "mama rozalar" və sutenyorları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 17 067
Səs ver:
(səs: 1)

Əxlaqsızlıq yuvalarını hansı vəzifə sahibləri himayə edirlər?


Sosial təzahür, ödənişli intim faliyyəti və ən qədim peşə adlandırılan fahişəlik hər bir cəmiyyətin bəlasıdır. O cümlədən də Azərbaycan cəmiyyətinin...
Bəzən Azərbaycanda bu mövzunu araşdıranda bir çoxları irad tutur, "mentalitetimizə yad xüsusiyyətdir" deyib bundan danışmağı ayıb sayır, ölkəmizdə fahişəliyin az yayıldığınlı iddia etməyə çalışırlar. Halbuki, reallıq və faktlar əksini deyir: Azərbaycanda da fahişəlik artıb...

Rəsmi statistika son illər Azərbaycanda cinsi əlaqə ilə qorxulu xəstəliklərə yoluxma hallarının artdığını göstərir. Ölüm saçan viruslar - HİV, hepatitlər, sifilis bu xəstəliklərdəndir.
Bu, çox qorxulu tendensiyadır. Çünki cinsi əlaqədən keçən sifilis, süzənək kimi zöhrəvi xəstəliklərin artma səbəblərindən biri məhz fahişəliyin genişlənməsiylə əlaqəlidir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əgər 2007-ci ildə ölkədə diaqnozu ilk dəfə qoyulmuş sifilislə xəstələnənlərin sayı 389 nəfər olubsa, 2009-ci ildə ilk dəfə sifilisə tutulanların sayı 437, 2010-cu ildə isə 500 nəfərə yaxın olub.

Bu rəqəmlər ilk dəfə sifilisə tutulanlara aiddir. Belə xəstələrin ümumi sayı isə iki-üç dəfə çoxdur.

Ən acınacaqlısı sifilisə yoluxan xəstələr arasında kişilər və qadınlarla yanaşı, uşaqların da olmasıdır. Məsələn, 2007-2009-cu illərdə 17 yaşına qədər 60 uşaq və yeniyetmə ilk dəfə sifilisə yoluxub.
Rəsmi statistikaya görə, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan sifilislə xəstələnənlərin sayı 1000 nəfərə yaxındır. Tibb müəssisələrində qeydiyyata durmayıb, fərdi yollarla özünümüalicə ilə məşğul olanların da sayını nəzərə alsaq, onda bu xəstəlikdən əziyyət çəkənlərin sayının daha çox olduğunu deyə bilərik.

Son illər diaqnozu ilk dəfə qoyulmuş süzənəklə xəstələnənlərin sayı isə daha çox olub. Məsələn, ötən il 1300 nəfərə süzənəklə ilk dəfə xəstələnmə diaqnozu qoyulub. Burada da kişilər və qadınlarla yanaşı, 17 yaşınadək uşaq və yeniyetmələrin olması acınacaqlı fakt sayılmalıdır.

Ekspertlər də bu qənaətdədirlər ki, Azərbaycanda fahişəliyin çəkisi artıb və bu qədim peşə ölkə üçün ciddi problem kimi qalmaqda davam edir, zöhrəvi xəstəliklərin çoxalmasına şərait yaradır.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın "Turan" dediyinə görə, fahişələrin cəmləşdiyi əxlaqsızlıq yuvalarının saxlanılmasına "krışalık" edənlər var, onların arxasında hansısa qüvvələr dayanır. O, bəzi gecə barları, masaj salonlarının əxlaqsızlıq yuvaları olduğunu vurğulayıb.

"Adətən, bu problemin kökündə işsizlik, maaşların az olması, erkən nigah, ailə zorakılığı, boşanmalar durur. Əsasən də, Bakıda fahişəliklə məşğul olanlar regionlardan gələn qadınlar olur. Onlar öncə iş axtarmaq üçün gəlir. Lakin oxumamış, savadsız qadın yaxşı iş tapa bilmir. Beləliklə, həmin qadınların bir çoxu bu işlə məşğul olan bir qrup insanların təsir dairəsinə düşür. Nəticədə, onlar ya məcburi fahişəliklə, ya da könüllü olaraq, qazanc xatirinə bu işlə məşğul olur"-deyə M.Əzizova bildirib.

"Fahişələrin sayı artır. Ən dəhşətlisi odur ki, fahşəlik cavanlaşıb. Bir neçə il bundan əvvəl fahişəlik 25 yaşından sonra başlayırdısa, hazırda bu yaş dövründə artıq "qoca fahişə" sayılır. İndi fahişəliyin yaş həddi 15-18 yaş arasıdır. Bu, Azərbaycanın genafonduna çox mənfi təsir göstərir. Xəstəliklərin yayılmasına gətirib çıxarır" deyən Qadın Krizis Mərkəzinin rəhbəri fahişəliyin azalması üçün mübarizə üsullarının gücləndirilməsinin vacibliyini vurğulayıb.

M.Əzizovanın sözlərinə görə, fahişəliyə qarşı mübarizə aparmaq istəyiriksə, əxlaqsızlıq yuvaları saxlayanları, barların, motellərin sahiblərini və sutenyorları, "mama rozaları" cinayət məsulliyətinə cəlb etməliyik, nəinki yalnız fahişələri.


"Məsələn, bir sıra Avropa ölkələrində fahişə qadınlardan istifadə edən müştərilər cinayət məsuliyyətinə cəlb edilir. Düşünürəm ki, bu metod Azərbaycan üçün də çox effektli ola bilər. Çox təəssüf ki, Azərbaycanda lazım olan insanları cəzlalandırmırlar. Fahişəlikdən özünə qazanc mənbəyi düzəldən insanları cinayət məsuliyyətinə cəlb etmək lazımdır".

Ekspert deyir ki, dövlət strukturları insan alverinə qarşı mübarizə sahəsində müəyyən addımlar atır. "Amma bu, o demək deyil ki, problem həll olunub. Yaxşı olardı ki, sosial problemlər həllini tapaydı, qadınlar üçün iş yerlərinin sayının artırılması və onların maaşlarının yüksəldilməsi vacibdir. Qadınlar üçün maarifləndirmə işləri aparılmalıdır ki, bu mənfi işlərdən uzaq olsunlar".

«Təmiz Dünya» İctimai Birlyinin sədri Mehriban Zeynalova deyir ki, sovetlər dönəmində fahişəlik bu qədər geniş miqyaslı olmayıb. Onun sözlərinə görə, maarifləndirmə işi gücləndirilməli, insanlara fahişəliyin asan pul qazanma, miylonçuluğa, karyeraya aparan yol olmadığı izah edilməlir.
M.Zeynalova eyir ki, mətbuat fahişəliyin bütün neqativ tərəflərini açıb cəmiyyətə göstərməlidir,: «İzah etmək lazımdır ki, bu peşə sahiblərinin cəmiyyətdə heç bir hörməti olmur, bu, insanlar üçün asan varlanmaq yolu deyil". O, kütləvi şəkildə kampaniya aparılmasını qədim peşə sahiblərinin öz yolundan dönmələrinə müsbət təsir göstərə biləcəyi qənaətindədir.

 

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 17 067
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri