Azərbaycan cəmiyyətində "qadın hüquqları" necə yozulur?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 844
Səs ver:
(səs: 1)
Günbəgün inkişaf edən Azərbaycan cəmiyyətində "qadın hüquqları" necə yozulur?

Doğrudur xalqımız arasında müasir düşüncəli insanlar çoxdur amma hələ də bir çoxları qadın və kişi arasında fərqlər yaradır.
 
Xəbərimi tənqid etmək istəyənlərə də bildirim ki,nə qədər belələri var biz-azad qadınlar susmayacağıq.
 
İnsan ilk növbədə özünü dərk etməlidir sonra başqalarını...Azəri qadını anlayırmı ki,bu azadlıq ona nələr verir?Əfsuslar ki,bu suala mənfi cavab eşidəcəyimiz hallar da var.

Qadın azadlığı namussuz olmaq demək deyil,qadın azadlığı öz haqqlarını müdafiə etməkdir,dözüm gərəkməyən yerdə etiraz səsini ucaltmaqdır,ətrafdakıların sənin haqqlarının fərqinə varmasını tələb etməkdir və bunları bacarmaqdır,azadlıq "mən buyam"deməkdir "mən bunu bacarıram"deməkdir,"mən qadınam heç bir kişidən geri qalmıram bacarıqda,vətənə xeyir verməkdə,üzərimdə zəhməti olanların adını ucaltmaqda".

Qadın haqqlarını dərk etmək qadın və kişi arasında heç bir hüquqi fərq qoymamaqdır.

Qadın azadlığını dərk etmək qadın olmaqdan utanmamaqdır.
 
Gəlin azadlığımızı düzgün dərk edək,yanlış yozumlara aldanmayaq.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 844
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri