Hüquqlarımız

Müəllif: Catwoman666
Şərhlər: 4
Baxılıb: 3562
Səs ver:
(səs: 1)
1. Şəxsiyyətin yaşamaq, azadlıq və təhlükəsizlik hüququ,
2. Köləliyə və asılı vəziyyətə məruz qalmama hüququ,
3. İşgəncələrə və qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəzalara məruz qalmamaq hüququ,
4. Hüquq subyektinin tanınması hüququ,
5. Qanun qarşısında bərabərlik hüququ,
6. İnsan hüquqları pozulduqda həmin hüquqların təsirli vəaisələrlə bərpa olunması hüququ,
7. Qeyri-qanuni həbsə, tutulmaya və sürgün edilməyə məruz qalmaq hüququ,
8. İşə müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq baxılması hüququ,
9. Təqsir qanuna əsasən sübut edilənədək müqəssir sayılmamaq, yəni təqsirsizlik prezumpsiyası,
10. Şəxsi həyata və ailə həyatına, mənzil toxunulmazlığına, yaxud yazışma sirrinə özbaşına müdaxilə edimlə hüququ,
11. Sərbəst yerdəyişmə və özünə yaşayış yeri seçmək, o cümlədən, istənilən vaxt ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ,
12. Başqa ölkələrdə sığıncaq axtarmaq hüququ,
13. Vətəndaşlıq hüququ,
14. Nikah bağlamaq və ailə qurmaq hüququ,
15. Əmlaka sahib olmaq hüququ,
16. Fikir, vicdan və din azadlığı hüququ,
17. Əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək hüququ,
18. Sərbəst toplaşmaq və assosiasiyalar yaratmaq hüququ,
19. Öz ölkəsinin idarə olunmasında iştirak etmək hüququ,
20. Ümumi, bərabər və azad seçkilərdə iştirak etmək hüququ,
21. Ümumi bərabərlik əsasında dövlət qulluğuna buraxılmaq hüququ,
22. İşləmək və iş yerini sərbəst seçmək hüququ,
23. Bərabər əməyə görə bərabər ödəniş hüququ,
24. İnsanın ləyaqətlə və layiqincə yaşamasını təmin edən ədalətli və qənaətbəxş əməkhaqqı almaq hüququ,
25. Həmkarlar ittifaqları yaratmaq hüququ,
26. İstirahət və asudə vaxt hüququ,
27. Sosial təminat hüququ,
28. Sağlamlığın və rifah halının (qida, paltar, mənzil və tibbi yardım da daxil olmaqla) təmin edilməsi üçün zəruri olan həyat səviyyəsi hüququ,
29. İnsanın işsizlik, xəstəlik, əlillik, dul qalma, qocalıq və ya ondan asılı olmayan başqa hallaq nəticəsində yaşamaq üçün zəruri olan vəsait itirildikdə sosial müdafiə hüququ,
30. Uşaqlı qadınların və uşaqların sosial müdafiəsi hüququ,
31. Təhsil hüququ,
32. Cəmiyyətin mədəni həyatında iştirak etmək hüququ,
33. Müəlliflərin elmi, ədəbi və bədii yaradıcılığının nəticəsi olan mənəvi və maddi maraqların müdafiəsi hüququ,
34. Hüquqların və azadlıqları dolğun şəkildə həyata keçirən sosial və beynəlxalq qayda hüququ,
35. Hər bir insanın və xalqın sosial, iqtisadi və mədəni inkişafda iştirak hüququ.

*İnsan hüququ hər bir insanın hüququdur, eyni zamanda hər bir xalqın hüququdur..
*Hər bir fərdin hüququ qorunmalı və təmin olunmalıdır..
(Heydər Əliyev)
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3562
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri