Hüquq sistemi — hüquq norma, institutlarını, hüquq sahələrini özündə birləşdirən vahid sistemdir.
Hüquq sistemi özündə üç əsas elementi birləşdirir: 1. Hüquq sahəsi — konkret sahə üzrə ictimai münasibətləri tənzimləyən hüquq normalarını özündə cəmləşdirir. Məsələn: Mülki hüquq, Əmək hüququ, Ekologiya hüququ və. s.
Hüququn konkret sahəyə bölünməsi iki meyar əsasına həyata keçirilir — hüquqi tənzimləmə predmeti və metod. Hüquqi tənzimləmə predmetini ictimai münasibətlər, metodu isə tənzimləmə zamanı istifadə edən üsul və vasitələr təşkil edir. Əsasən iki metod fərqləndirilir — imperativ və dispozitiv.
Dispozitiv metodda subyekt üçün davranış qaydası müəyyən edilsədə, digər hərəkət imkanlarıda tanınır. Bu metod mülki, əmək, ailə hüququna aiddir. İmperativ metodda isə subyektin davranışı dəqiq tənzimlənir. Əgər subyekt buna əməl etmirsə sanksiya tətbiq edilməsi nəzərdə tutulur. Bu metod cinayət hüququ üçün xarakterikdir. 2. Hüquq institutu — eyni növ ictimai münasibətləri tənzimləyən hüquq normalarını özündə birləşdirir. Hüquq institutu hüquq sahəsinin bir hissəsidir. Bir qayda olaraq, hər bir hüquq sahəsi özündə bir neçə hüquq institutunu birləşdirir. Məsələn: Mülki hüquq sahəsinin hüquq institutlarına aiddir: müəlliflik, mənzil, patent hüququ və.s 3. Hüquq norması — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalalardır.