Təhsil
və psixoloji məsləhət Mərkəzinin psixoloqu Nuray Gültəkin qadın
zorakılığınının yalnız qadının problemi olmadığını söyləmışdir.
Ayrı-ayrı fərdlərin, qeyri-hökumət təşkilatlarının, hüquq, ədalət, təhlükəsizlik və sağlamlıq işçilərinin bu mənfi halın aradanqaldırılmasında böyük köməkliyi ola bilər. Psixoloq
Nuray Gültəkin qadına yönələn zorakılığın çox vaxt nəzarətsiz və
cəzasız qalmasına diqqət çəkərək:"Halbuki, ailədaxili zorakılıq yalnız
qadının problemi deyil.Konstitusiyamız ailəni cəmiyyətin təməli kimiqəbul edir və ailəni yaradan insanların qorunması, şəxsi təhlükəsizlikləri qanunla zəmanət
altındadır.Konstitusiya ilə ailənin qorunması üçün lazımi tədbirlərin
görülməsi vəzifəsi dövlətə verilmişdir.Buna gör də zorakılığın
qarşısının alınması üçün dövlətin siyasəti olmalıdır. Əgər tədbir
alınmasa, zorakılıq təkrarlana bilər ki, bunun da mənfi nəticələri pis
ola bilər "-xəbərdarlığını etdi.
Gültəkin Nuray hesab
edir ki,qadınlara qarşı belə rəftar onları işgəncəyə məruz etməklə
yanaşı, haqlarını pozur və ləyaqətlərini tapdalayır.Əslində "etibarlı
yer" kimi düşünülən ailədə zorakılığın olması acınacaqlıdır.Qadınlar çox
vaxt ailədə gördükləri zorakılığı gizli saxlayırlar. Bunun səbəbi
müxtəlif ola bilər:hədələnmə,uşaqların əlindən alınma qorxusu,abır-həya
və s.Bu da çox ağır nəticələrə gətirib çıxarır.
"Zorakılığa məruz qalan qadınların fiziki, cinsi və reproduktiv sağlamlıqları pozulur.Zədə sonrası stress, çaxnaşma, fobiyalar
başda olmaqla depressiya kimi ruhi narahatlıqlar, intihar cəhdləri,
spirtli içkilər və dərmandan sui-istifadə kimi dəhşətli anlar yaşanır".
Uşaq gördüyü zorakılığı nümunə götürə bilər!
Zorakılığa
məruz qalan qadınların yaşadıqlarının ən pis tərəfi uşaqların da buna
şahid olmasıdır: "Uşağın gözü ilə baxdıqda bu zorakılığın ən dəhşətli
nəticələrindən biri ananın vəfat etməsidir.
Digər tərəfdən, ailədaxili zorakılığa şahid olan uşaqlar digər uşaqlara
nisbətən daha çox davranış pozğunluqları yaşayırlar.Uşaqla digər
davranışlar kimi bu davranışı da təqlid etməyə çalışırlar.Bu səbəbdən
ailədaxili zorakılıq davranışlarına şahid olan, ya da bu davranışlara
məruz qalan uşaqların problem ya da qarşıdurmaları həll
etmə yolu kimi zorakılığı seçmək ehtimalı çox yüksəkdir.Bundan əlavə,
həmişə zorakılıq görən ana uşaqları ilə də eyni üsulla davranar.Bütün
bunlar da zorakılığın yaratdığı fəsadlardır".
Şiddət yalnız qadının problemi deyil!
Psixoloq zorakılığın qarşısının alınması istiqamətində lazım olan tədbirlər və təkliflər haqqında bunları demişdir:
"Böhran anlarında kömək edilməsi, məsləhət xidmətləri verilməsi,
insanlar arasında münasibətlər, qadın-kişi bərabərliyi mövzularında
şəxslərin və cəmiyyətin maarifləndirilməsi kimi işlərə əhəmiyyət
verilməlidir".