Soruşmadan mühakimə etməyin

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 954
Səs ver:
(səs: 1)
Son zamanlar qadına qarşı zorakılıq halları artmaqdadır. Bu zorakılıq hərəkətləri adətən kişilər tərəfindən edilir. Belə halların qarşısının alınmasında ailənin öhdəsinə böyük vəzifələr düşür. Valideynlər oğlan uşaqlarının zorakılığa meylli olduğunu hiss etdikdə vaxt itirmədən bunun qarşısını almaq üçün bir sıra yollara əl atmalıdırlar.  Bunun üçün lazım gəldikdə psixoloq və pedaqoqlardan yardım istənməlidir. Yoxsa gələcəkdə bədbəxt hadisələrin baş verməsi qaçınmaz ola bilər. 
Elə bir neçə müddət bundan öncə Türkiyədə baş vermiş bir hadisə buna bariz nümunədir. Bu cinayət hadisəsi Türkiyənin televiziya kanallarında günlərlə müzakirə mövzusu olmuşdu. Həmin hadisə yanlış anlaşılmaların bəzən insan həyatına son qoyduğuna nümunə sayıla bilər. Bəs hadisə necə baş vermişdi? Bir ailənin gəlini telefonla kiminləsə danışırmış. Söhbəti bitirdikdən sonra qaynı ondan kiminlə danışdığını soruşub. Gəlin isə suala  "Sevgilimlə danışırdım" deyə cavab verib. Bunu eşidən qaynı əsəblərini cilovlaya bilməyib. Gəlinlərinin qardaşına xəyanət etdiyini düşünüb və mətbəx bıçağı ilə onu qətlə yetirib. Daha sonra polis idarəsinə gedərək cinayət işlədiyini etiraf edərək təslim olub. Polis qadının telefonunu araşdırıblar. Və bu araşdırmalardan əldə edilən nəticə insanın tüklərini ürpədir. Sən demə, gəlin qətldən öncə telefonla öz həyat yoldaşı ilə, yəni qatilin qardaşı ilə danışıbmış. "Sevgilim" dedikdə öz həyat yoldaşını nəzərdə tutubmuş. Qatilə nə qədər iş verildiyini bilmirəm. Bildiyim tək şey budur ki, cavan bir gəlinin həyatı heç nədən puç oldu. Özünü müdafiə etmək şansı verilmədən, "Sevgilin kimdir?" soruşulmadan mühakimə edildi.
Əminəm ki, belə hadisələrin, səhv anlaşılmaların qurbanları az deyil. Belə hadisələrin qurbanları da əsasən qadınlar olur. Ən azından insanları mühakimə etmədən səbəbini soruşmaq lazım deyilmi? "Niyə etdin?", "Səbəb nədir?" deyə soruşmaq çoxmu çətindir?
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 954
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri