Qadınlara seçki hüququnun verilməsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 554
Səs ver:
(səs: 1)
1893-cü ildə Yeni Zelandiya qadınlara seçki hüququ verən ilk dövlət oldu. Avropada qadınlara ilk seçki hüququnu verən ölkələr sırasında ilk yerləri Norveç, Finlandiya və İslandiya tutur. Qadın hüquqları məsələsinin ilk dəfə hələ Fransa İnqilabi dövründə Olimpiya de Quj tərəfindən səsləndirilməsinə və məhz Fransanın qadınların cəmiyyətdə ikinci dərəcəli rol oynamasının radikal tənqidçisi olmasına baxmayaraq bu ölkə Avropada qadınlara seçki hüququ verən son ölkələrdən biri oldu.

Seçki hüququnun verilməsi yalnız o zaman tam şəkildə öz təzahürünü tapır ki, bütün təbəqələrdən olan qadınlar milli səsvermə prosesinə cəlb olunur və istənilən siyasi vəzifəyə dair namizədliklərini irəli sürə bilirlər. Əksər hallarda qadınlar keşməkeşli dövrlərdə səsvermə hüququna nail olmuşlar. 1893-cü ildə Yeni Zelandiya bu siyahıda birinci oldu. İlklərin beşiyi olmuş bu ölkədə "Köhnə Dünya" dan qalma mühafizəkar düşüncələri qəti surətdə rədd edən liberalizm böyük qüvvə hesab olunurdu. Sosial islahatların dəstəklənməsi və əzmkarlıq Yeni Zelandiyanın seçki hüququ təşəbbüskarlarına istəklərini reallaşdırmağa əlverişli zəmin yaratdı. Hazırda da məşhurluğunu qoruyan "Qadınlara seçki hüququnun verilməsinə dair ərizə" bu prosesdə həlledici rol oynadı. Əhalinin yetkinlik yaşına çatmış qadınlarının təxminən dördə birinin imzaladığı bu ərizə Yeni Zelandiya və digər qərb ölkələrində bu yönümdə ən böyük həcmli sənəd sayılırdı. Mənbəyini Yeni Zelandiyadan götürən bu hərəkat bütün dünyaya səs saldı. Məhz bu ölkənin seçki hüququ müdafiəçiləri bir çox ölkələrə səyahət etmək, mühazirə demək, hətta müəyyən nümayişlərə qoşulmaq üçün dəvət alırdılar.

Avropada qadınlara ilk seçki hüququnu verən ölkələr sırasında ilk yerləri Norveç, Finlandiya və İslandiya tutur. Digər qərb dövlətlərinin gündəmini qadın hüquqları məsələləri onilliklərdir ki, məşğul etsə də, onlar bu məsələnin icrasını Birinci Dünya Müharibəsi ərəfəsi və ondan sonrakı zamana saxladılar.

20-ci əsrin əvvəlində Amerika Birləşmiş Ştatlarında seçki hüququ tələb edən hərəkatlar geniş vüsət alsa da, 1848-ci ildən bəri səsvermə hüququ tələb edən qadınlar yalnız yetmiş iki il sonra, 1920- ci ildə məqsədlərinə nail ola bildilər. Britaniyada da bu, uzun sürən bir proses olmuşdur və yalnız Birinci Dünya Müharibəsi ərəfəsində qadınların əhəmiyyətli rolu dövlətə imkan verdi ki, bu məsələnin gündəmə gətirilməsi güclü seçki hüququ hərəkatına təslim olmaq kimi təqdim edilməsin. Qadın hüquqları məsələsinin ilk dəfə hələ Fransa İnqilabi dövründə Olimpiya de Quj tərəfindən səsləndirilməsinə və məhz Fransanın qadınların cəmiyyətdə ikinci dərəcəli rol oynamasının radikal tənqidçisi olmasına baxmayaraq bu ölkə Avropada qadınlara seçki hüququ verən son ölkələrdən biri oldu. Bununla belə, 20-ci əsrin əvvəlində əksəriyyəti qadınların katolisizm və sağçı siyasi konservatizmi dəstəkləyəcəklərindən qorxan sosialistlər olmaqla, bir çox siyasətçilər fransız hərəkat nümayəndələrinə qarşı çıxırdılar. Fransız qadınlar yalnız 1944-cü ildə səsvermə hüququna nail oldular.

Lakin isçevrəli qadınlarla müqayisədə onların bəxti gətirmişdi. Qadınlara seçki hüququnun verilməsinə dair federasiya 1909-cu ildən 1971-ci ilədək mübarizə aparmalı oldu və nəhayət, isveçrəli qadınlar milli seçkilərdə iştirak hüququna nail oldular. Buna baxmayaraq, onların yerli seçkilərdə iştirakı yalnız 1989-cu ildə mümkün oldu.

Müstəmləkə ölkələrində hüquqlarını tələb edən qadınlar yalnız formalaşmış respublikalardan yox, eyni zamanda, müstəmləkə qüvvələrinin arasından çıxırdı. Bəzi hallarda müstəmləkə əleyhinə milliyyətçi hərəkatların məqsədləri sırasına qadınlara seçki hüququnun verilməsi də daxil olurdu. Məsələn, Hindistanda 1919-cu ildə şairə və siyasi fəal Sarodjini Naydu qadınlara seçki hüququnun verilməsi işinə baxılması üçün İngiltərəyə yollanan heyətə rəhbərlik etdi və bu hadisədən sonra seçki komitəsi bəzi hindli qadınların hökümətdə təmsil olunmasına dair islahatların yer alacağı konstitusiya təklifini irəli sürdü. Britaniya komitəsi bu təklifi cəfəngiyyat adlandırsa da, yerli hind qanunvericiliyinə qadınlara seçki hüququnun verilib-verilməməsinə qərar vermə izni verildi. Britaniya bu işə heyrətlənsə də, qısa müddət ərzində bir çox qanunvericiliklərdə bu məsələ öz təsdiqini tapdı və məhdud şəkildə olsa da, qadınlar hətta kişilərlə bərabər şəkildə hökumətdə təmsil olunmağa başladılar.

Afrikanın müstəqilliklərini yenicə qazanmış ölkələrində qadınlar süçki hüququnu 1960-cı illərdə əldə etdilər. Milli müstəqilliyə nail olmaqla əksər keçmiş müstəmləkə ölkələri həm qadınların, həm də kişilərin səsvermə hüququna təminat verən konstitusiyalar hazırladı. Hazırda yalnız bəzi ölkələrdə qadınlar ya qismən, ya da tamamilə seçki hüququndan məhrumdurlar.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 554
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri