Müəlliflik hüquqlarının pozulması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 852
Səs ver:
(səs: 1)
Müəllif hüquqlarının pozulması müəllif hüququ təsdiqlənmiş hər hansı bir mülkiyyətdən hüquq sahibinin icazəsi olmadan müəllif hüququ təsdiqlənmiş mülkiyyətin və ya işin təkrar istehsal, dəyişiklik edilmə kimi xüsusi haqlarını pozmaqla istifadəsini nəzərdə tutur.

Elektronik və audiovizual məhsulların icazəsiz təkrar istehsalı və yayılmasının ümumi adı piratlıq olaraq qəbul olunmuşdur(bu ifadənin tarixi ilk dəfə Daniel Defoenin 1703-cü ildə True-born Englishman əsərində "Bu Piratlar tərəfindən təkrarən çap olunurdu"cümləsini işlətməsilə başlanmışdır).Bu mənada qayda pozuntularınının "piratlıq"olaraq adlandırılması müəllif hüququnun yaranmasından bir qədər daha əvvəl baş vermişdir.Belə ki,1709-cu ildə yaranan və müəllif hüququyla bağlı ilk sayılan "Statue of Anne" fərmanına qədər 1557-ci ildə Stationer’s Company of London şirkətinin Kral Lisenziyası alması nəşriyyat sahəsində bu şirkətə inhisar imkani yaratmışdı. 1603 –cü ildə bu lisenziyadan kənardakı bütün fəaliyyətlər piratlıq olaraq tanınırdı.

Bu anlayışın istifadəsinin hüquqi bazasının yaranma tarixi elə həmin dövrlərə dayanır və günümüzə qədər daimi olaraq istifadə olunmaqdadır.Bir çox tənqidçilər bu tərz fəaliyyətlərin "piratlıq"adlandırılmasının aşağılayıcı oldugunu və haqsız olaraq onun bir çox daha ağır və pis əməllərlə bir tutulmasına qarşı olsalar da məhkəmələrdə müəllif hüquqlarının pozulması və "piratlıq"bir birini əvəz edə biləcək terminlər kimi işlədilir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 852
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri