Mülkiyyət hüququ və onun qorunması yolları

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 5 247
Səs ver:
(səs: 0)
İqtisadi hüquqlar arasında ən əsas hüquq mülkiyyət hüququdur. Mülkiyyət hüququ ən qədim hüquqlardandır. 1793-cü il Fransa konstitusiyasında göstərilirdi ki, mülkiyyət hüququ hər bir vətəndaşa məxsusdur və o öz istədiyi kimi bu hüquqdan istifadə edə bilər. Yəni bütün insanların mülkiyyəti toxunulmazdır və əgər bir gün hansısa şəxs tərəfindən bu toxunulmazlıq pozularsa o zaman dövlət bu hüququn bərpa edilməsi baxımından müəyyən addımlar atır.
Mülkiyyət hüququ Azərbaycan Respublikası konstitusiyasının 29-cu maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüququnun anlayışı bu cürdür: “mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.” Bu 3 hərəkət: sahiblik, istifadə və sərəncam vermək qədim Roma hüquqşünasları tərəfindən müəyyənləşdirilib. Müasir dövrdə bunlara tələb hüququ da əlavə olunub.
Mülkiyyətin ümumilikdə müxtəlif növləri müəyyənləşdirilib:




Ümumi mülkiyyət dedikdə ən azı bir neçə nəfərin mülkiyyəti başa düşülür. Belə ki, ümumi mülkiyyəti də iki növə bölmək olar. Paylı mülkiyyət və birgə mülkiyyət Paylı mülkiyyət dedikdə- yəni tutaq ki sizin iki otağınız var və siz də hər biriniz bir otağın sahibisiniz. Bu bütün dövlət sənədlərində də bu cür olur. Bu o deməkdir digər mülkiyyətçi, yəni ki digər otağın sahibi sizin icazəniz olmadan bu evlə bağlı heç bir qərar verə bilməz. Ancaq ona düşən bir otaq barəsində istədiyi qərarı verməkdə sərbəstdir.
Birgə mülkiyyət dedikdə isə - eyni mülkiyyətin 2 nəfərə məxsusdur. Məsələn tutaq ki, ər və arvad evləndikdən sonra ev alıblar. Bu onların ümumi birgə mülkiyyətidir. Hər iki şəxs bu ev üzərində eyni qərarı vermək hüququna malikdir.
Mülkiyyətin başqa bir növü də xüsusi mülkiyyətdir.
Xüsusi mülkiyyət - əşya, əmlak dövlətə və ictimaiyyətə deyil, konkret bir şəxsə və ya şəxslər qrupuna məxsusdur. Lakin qeyd edim ki, xüsusi mülkiyyət ümumi mülkiyyətin qarşılığı deyil.
Birdə var dövlət mülkiyyəti. Adından da göründüyü kimi bu dövlətə məxsus olan mülkiyyətdir. Bu mülkiyyət üzərində sərəncam hüququ yalnız dövlətə məxsusdur.
İctimai mülkiyyət də adından göründüyü kimi ictimaiyyətə məxsusdur və əsasən da qeyri-hökumət təşkilatları tərəfindən idarə olunur.
Mülkiyyət hüququnun mühüm bir hissəsi də vərəsəlik hüququdur.
Vərəsəlik hüququ miras qoyanın ölümündən sonra onun əmlakının taleyi ilə bağlı yaranır. Mirasın bölünməsində bütün yaxın qohumlar iştirak edir və miras qoyanın iradəsindən asılı olmayaraq bir sıra şəxslər məcburi pay hüququna malik olurlar. Yəni ki, tutaq ki, mən evliyəm, iki uşağım və həyat yoldaşım var. Mən öldükdən sonra mənə məxsus olan əmlak, (məsələn ev, maşın və s.) iki övladım və həyat yoldaşım arasında bərabər şəkildə bölünəcək.
Mülkiyyətin başqa bir növü də əqli mülkiyyət hüququdur. Əqli mülkiyyət özü də iki yerə bölünür: Müəlliflik və patent hüquqları
Müəlliflik hüququ – misal üçün siz kitab yazmışsınız və belə bu zaman bu kitaba sizin müəlliflik hüququnuz yaranır. Müəlliflik hüququ şəxslər üçün ömürlükdür. O öldükdən sonra onun vərəsələri üçün 50 il müddətinə tanınır.
Patent hüququ- misal üçün siz yeni bir kimyəvi maddə ixtira etmişsiniz. Bu zaman sizin patent hüququnuz yaranır. Bu hüquq konkret fərd üçün 20 il müddətə qüvvədə olur.
Mülkiyyətdən bu qədər danışdıq. Sual yarana bilər ki, mülkiyyət sözü özündə nələri birləşdirir. Mülkiyyət dedikdə əşya və əmlak başa düşülür. Əmlak daşınar və daşınmaz ola bilər. Daşınar əmlak o deməkdir ki, əşyanın yerini dəyişəndə öz xüsusiyyətini itirmir. Məsələn maşın daşınar əmlak hesab edilir. Daşınmaz əmlak isə bir yerdən başqa yerə aparılan zaman öz xüsusiyyətini itirən əmlak başa düşülür. Məsələn ev daşınmaz əmlak hesab edilir.
Mülkiyyət hüququnun təminatı: Mülkiyyət hüququnun toxunulmaz olduğu həm Azərbaycanda əsas qanun olan Azərbaycan Respublikasının Konstitusiyasında və eyni zamanda “İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasına əlavə edilmiş 1 saylı Protokolda göstərilib. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Əgər hansısa insanın mülkiyyət hüququ pozularsa bu zaman qanunda nəzərdə tutulmuş müdafiə vasitələrindən istifadə edərək öz hüququn bərpası üçün müəyyən işlər görməlidir. Misal üçün Konstitusiyamızda göstərilir ki, Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Yəni misal üçün kimsə heç bir səbəb olmadan sizin maşınınızı əlinizdən alıb. Belə olan halda siz məhkəməyə müraciət edə və mülkiyyət hüququnuzun pozuntusunun tanınmasını tələb edə bilərsiniz.
Onu da qeyd edim ki, kiminsə əmlakının tam müsadirəsinə yol verilmir. Əgər dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Misal üçün dövlət yeni bir bina tikmək istəyir və yaxud da sizin binanız yararsız hala düşüb. Buna görə də dövlət bu binanı sökmək istəyir. Belə olan halda dövlət həmin eviniz üçün ədalətli kompensasiya ödəməlidir. Ədalətli kompensasiya dedikdə , yəni ki ev alınarkən mövcud olan bazar qiymətinə uyğun olaraq mülkiyyətçiyə pul verilməlidir ki, həmin şəxs də həmin pulla özünə ev ala bilər.
Bütün yazılanları bir araya toplasaq belə nəticəyə gəlmək olur ki, sizə məxsus olan əşya elə yalnız sizə məxsusdur. Heç kimin bunu əlinizdən almağa ixtiyarı yoxdur. Hüququnuz pozulan zaman məhkəməyə müraciət edin və hüququnuzun bərpa edilməsi üçün mübarizə aparın.

Yadigarova S.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 5 247
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri