Qadın hüquqları pozulmamalıdır

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 5 012
Səs ver:
(səs: 1)
Qadın cəmiyyətin bir üzvüdür. Qadınların cəmiyyətimizdə aparıcı mövqe tutması hər kəsə məlumdur. Əks cinsin nümayəndələri kimi qadınların da öz hüquqları var və qadın hüquqları toxunulmazdır. Kişilər kimi qadınların təhsil, əmək, sosial və sair bu kimi hüquqları var. Təbii ki, qadın hüquqlarının toxunulmazlığına hər kəs riayət etməlidir. İslam dini yaranmazdan öncəki zamanda qadın hüquqlarından, onların müdafiəsindən söhbət açmaq qeyri mümkündür. İslamdan öncə ərəb qəbilələrində ailədə doğulan ilk uşaq qız olardısa onu diri-diri dəfn edərdilər. O dövürlərdə qadının razılığı olmadan onu başqa birisinə ərə verirdilər. Cahiliyyət o dövrün insanlarının qəlblərini elə çirkin işlər görməklə əhatələndirmişdi ki, qadınları qul kimi işlədə və yaxudda ki, sata və öldürədə bilərdilər.
Uca Allah insanların haqq yolundan döndüklərini görüb onları cahillik əsarətindən xilas etmək üçün yer üzünə sonuncu səmavi dini – İslam dinini göndərdi.
İslam dini yer üzündə baş verən haqsızlıqlara, ədalətsizliyə son qoydu. İslam dini hüquqları əllərindən alınmış qadınlara azadlıq verdi. Qadın hüquqlarını çirkab dolu haqsızlıqların içərisindən xilas etdi. İslam dini qadını müqəddəs saydı, insanlara anlatdı ki qadın bəşəriyyət əhlidir onlarında öz hüquqları var. Bir sözlə İslam dini cəmiyyətdə ədalətsizliyi bərpa etməyə, insanların haqqın yoluna qayıtmasına təkan verdi. Təbii ki qadın azaddır. Qadın yalnız övlad dünyaya gətirib, ev-eşik səliqə-səhmana salmaqla kifayətlənmir. Qadınlar onlara verilən hüquqlardan həddi aşmamaq şərti ilə səmərəli şəkildə istifadə etməlidir.
Unutmayaq ki, qadınlar həmçinin də din azadlığına malikdirlər. Bu o deməkdir ki, qadınlar şəriət qanunlarını da bilməlidir. İslam dini qadınlara hüquq verməklə yanaşı onlara əxlaqlı, namuslu olmağı da vəd edir. Nəfsani hislərinə qalib gələn, namusunu, ismətini qoruyan qadın əsl müsəlman qadınıdır. Təəssüflər olsun ki, "bu gün qadın azaddır” sözləri deyiləndə əksər insanlar bu anlamı düzgün şəkildə anlamırlar. İslam dini qadınlara azadlıq hüququnu ona görə vermədi ki, bəzi qadınlar əxlaq çərçivəsindən kənara çıxmasınlar. İslam dini qadınlara azadlıq hüququnu ona görə vermədi ki, bə zi qadınlar açıq-saçıq geyimləri ilə ətrafındakı insanlarda şəhvani hislər oyatsın. İslam qadına hüququ ona görə verdi ki, onların da öz fikirlərini azad şəkildə ifadə etmək, istədikiləri sahələrdə oxumaq və ya çalışmaq və sair bu kimi hüquqları olsun.
Əxlaqlı və namuslu olmaq istəyirsinizsə xanım Fatimeyi Zəhra (s.ə)-nı özünüzə ideal müsəlman qadını seçin. Çünki xanım Zəhra (s.ə) ideal müsəlman qadın simasında bütün qadınlara örnəkdir. Bu gün ailədə böyüyən, İslamın ənənələrinə uyğun tərbiyə alan qız uşağı, sabah ana olacaq. Qadınların toxunulmazlığı, müqəddəsliyi haqqında Azərbaycan ədəbiyyatının incilərində məlumat verilir. Təkcə kitabi Dədə Qorqud dastanının müqəddiməsində Dədə Qorqudun dilindən söylənilən "Ana haqqı Tanrı haqqına bərabərdir” ifadəsi qadına bəslənilən məhəbbətin sübutudur. Təbii ki qadın ecazkar qüvvəyə malikdir. Həyat qadınlarsız mənasız və can sıxıcı olardı. Ailənin namus və şərəfi qadınların həya və əxlaqı ilə ölçülür. Hər zaman qadınlarımızın hüquqlarını müdafiə edin. Gələcək nəsillərin artmasında xüsusi əhəmiyyət kəsb edən qanunların namus və ləyaqətini özünüzə əmanət bilin. Çünki qadınların hüquqların qorunması ilə yanaşı onların namus və ləyaqətlərinin qorunması hər şeydən üstündür. Bilirəm ki,insanlar fikirləşəcək niyə xanınları qoruyub onıların hüqüqlarını qoruyur. Axi bizləri dünyaya gətirən Qadındır, ANAmızdır. Gəlin Allahın bizə bəxş etdiyi bu incə məxluqları olan xanımlara hörmətlə yanaşaq.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 5 012
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri