Diqqət! İş yerində bunları geyinmək olmaz!

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 5 747
Səs ver:
(səs: 0)


İş elanlarına baxsanız görərsiniz ki, tələb olunan ilkin şərt işçinin gözəl görünməsidir. Savadınız və təhsilinizin hansı səviyyədə olmasından asılı olmayaraq yaxşı görünsəniz işinizdə  daha rahat uğur qazana bilməzsiniz. Lakin gözəl görünməliyəm deyib, çox parlaq və əlvan geyimlər geyinmək olmaz. Sizi bəsit göstərən geyim tərzindən də uzaqlaşmaq lazımdır.

İş yerlərində hazırda o qədər də sərt qaydalar yoxdur , yəni qadınlar istədiyini geyimi çox rahatlıqla geyinə bilir. Amma bu sərsbəstliyin də həddi olmalıdır. 
İş yerində heç bir qayda olmasa da, hər bir qadının öz tərzi və geyim qaydası olmalıdır. Məsələn, qırmızı dekolte bir köynəklə işə getmək olmaz. Bu geyimlə özünə qarşı ancaq dedi-qodu yarada bilərsən. Sizə hər şey yaraşır görə, iş yerinə də nə gəldi geyinib gəlmək olmaz. Bu sizi ancaq bəsit və zövqsüz gostərə bilər. İş həyatında geyindiyiniz bütün geyimlər sizin imicinizlə yanaşı, çalışdığınız şirkətin də imicini formalaşdırır. Özünüz və işlədiyiniz şirkət haqqında yüksək fikir yaratmaq isstəyirsinizsə, geyimləri diqqətlə seçin  və düzgün şəkildə uyğunlaşdırın.
İşə gələndə ilk öncə saçlara fikir vermək lazımdır. Saçların düzgün və səliqəli şəkildə yığılması lazımdır. Gərgin iş qrafikiniz varsa, salona gedə bilmirsinizsə, özünüzünə yaraşan bir forma seçin. Sizə yaraşan bir modeli seçdikdən sonra hər səhər durub saçınızı yığmaqdan əziyyət çəkməyəcəksiniz.
Makiyajdan az istifadə edilməlidir. Əlvan rənglərdən qaçmaq lazımdır. Onları gecə ziyafətləri üçün saxlayın. Üzdə olan qüsurlar örtülməlidir. Həmçinin, işə üzündəki tükləri təmizləməmiş  gəlmək, qadın üçün mənfi haldır. Estetik baxımdan bu gözəl görünmür. Ətrafdakılarda da qıcıq yarada bilər, xüsusən də kişilərdə diskomfort yaradır. Kollektivdə xanımlığınızı nümayiş etdirmək istəyirsinizsə, ətirdən istifadə etməyi unutmayın. 
İş geyimlərində geyimlərin rahat olmalıdır. Bütün günü eyni geyimdə olacağınız üçün nə geyinmənyinizdən aslı olmayaraq rahat  olmalıdır. Sizi qıcıqlandıran, dərinizdə allergiya yaradan geyimlərdən uzaq durun.
Qısa ətəklər, şortlar və dekolte geyimlər ofis üçün uyğun deyil. Paltar geyinmək istəyirsinizsə, klassik və ciddi tərzdə olmağına diqqət edin.
Ofisdə ən çox geyilən ətəklərdir. Buna görə iş üçün gözəl və fərqli tərzdə ətəklər alın. Lakin nə dizdən şağı, nə də dizdən yuxarı olmalıdır. Ofisdə dizlə bərabər olan ətəklər geyinmək lazımdır. Dar olmamalıdır, çünki rahat hərəkət edə bilmərsiniz. Xüsusən də, ofisdə tez-tez gəzməli olursunuzsa.
Ofis geyimləri ilə, gecə geyimləri tam fərqləndiyi üçün onları qardirobunuzda ayrı-ayrı yerləşdirin.  Ofis geyimidir deyib, ucuz və adi geyimlər almayın. Əksinə, ofisdə tərzli bir xanım olaraq tanınmaq istəyirsinizsə, qələm ətəklər, klassik kostyumlar, ağ köynəklər(açıq çəhrayı, açıq mavi və açıq sarı da ola bilər) alın. Kllasik cizgilərə üstünlük verərək peşəkarlığınızı əks etdirin. 
Geyimlərini tamamlayan aksessuarlar çox vacibdir. Ofis üçün sadə, zərif, incə qolbaqlar və sırğalar ideal sayılır. Böyük, parlaq aksessuarlar  hərəkət etdikcə səs çıxarır. Bu iş etikasına tamam yaddır.
Çantanızın bahalı bir markaya məxsus olmağından əlavə işə uyğun olması da vacibdir. Həm böyük, həm də çoxlu cibləri olmalıdr.Klassik çantalar heç vaxt dəbdən düşmür. Çalışın klassik detalları olsun.
Şalvarar da ofis geyimi üşün ətəklər qədər vacibdir. Soyuqlu günlərdə ən çox şalvarlara üstünlük verilir. Sadə, enli şalvarlar alarkən köynəyin fərqli və cazibədar olmasına fikir verin. Dar cinslər və dəridən olan şalvarları ofisdə geyinmək münasib olmaz. 
Ayaqqabı seçərkən də diqqətli olmaq lazımdır. Ayağınızı sıxan ayaqqabılar diqqətinizi dağıdır, ağrıdan keyfiyyətli və məhsuldar iş görə bilmirsiniz. Ofis ayaqqabıları alarkən incə dabanlı olmasına deyil, qalın dabanlı olmasına fikir vermək lzımdır. Yaz- yay aylarında isə babetlərlə ətəkləri uyğunlaşdıra bilərsiniz. Barmaqarası və parlaq ayaqqabıları iş yerinə geyinmək olmaz.

 

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 747
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri