Rəhbərlə münasibətinizi poza biləcək 10 pis vərdiş

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1781
Səs ver:
(səs: 0)
Pis rəhbər” – insanların işdən çıxmasına təsir edən səbəblərdən biridir. Lakin, insanlar bunu da nəzərə almalıdırlar ki, rəhbərlə pis münasibətlərinin səbəbi elə özləri ola bilərlər.

Ona görə də əgər özünüzü işdə rahat hiss etmək istəyirsinizsə, bu kimi pis vərdişləri unutmalısınız:

İşə gecikmək. Təbii ki, burada tək-tək halda baş vermiş səbəblərdən gecikmələr nəzərdə tutulmur. Həyatda başımıza hər bir şey gələ bilər. Söhbət patoloji gecikmələrdən gedir. Əgər hər gün ofisə ən gec gələn sizsinizsə, rəhbərlik bundan məmnun olmayacaq.

Görüşlərə gecikmək. Belə halda rəhbəriniz düşünə bilər ki, sizin üçün sizin işləriniz şirkətin işlərindən daha əhəmiyyətlidir.

Göstərişləri təxirə salmaq. Bəli, bu qıcıqlandırıcıdır. Çalışın rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirəsiniz. Əks halda isə münasibətlər pozula bilər.

Sonsuz sayda suallar vermək. Əgər iş ilə bağlı sual vermək istəyirsinizsə, rəhbərlik sizin bilik və bacarıqlarınıza şübhə ilə yanaşa bilər. Yaxşı olar ki, aydın olmayan məsələləri özünüz araşdırıb həllini tapasınız.

Həll yollarını yox, problemləri səsləndirmək. Əməkdaşın əsas vəzifəsi rəhbərin yükünü artırmaq deyil, azaltmaqdır. Bu səbəbdən problemi dedikdən sonra, onun həll yollarını da təklif edin.

Səliqəsiz olmaq. Sizin iş yeriniz necə insan olduğunuzu göstərir. Çalışın iş yerinizdə səliqəliyə riayət edəsiniz.

Telefonla danışmaq. Təbii ki, burada təcili zənglərdən söhbət getmir. Lakin yaxşı olar ki, işdənkənar bütün zəngləri nahar fasiləsinə və ya asudə vaxtınıza saxlayasınız.

İş yoldaşlarınız ilə söhbət etmək. Əgər siz çox ünsiyyətcil insansınızsa, özünüzü işdə idarə etmək kifayət qədər çətin ola bilər.

Qeybət etmək. Bu, sizə olan etimadı azaldır.

İştiraksız olmaq. Ən yaxşı işçilər – rəhbərliyə bütün məsələlərdə kömək edən işçidir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1781
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri