Uğurlu iş həyatı üçün 5 xarakterik xüsusiyyət

Müəllif: Wiyinka
Şərhlər: 5
Baxılıb: 2 899
Səs ver:
(səs: 0)
İnsan özünə bir çox hədəf yarada bilər. Bəzən daha asan, bəzən isə daha çətin çatarsınız hədəflərinizə. Lakin bu hədəflər işinizi motivasiya edər və sizə istiqamət göstərər.
Yaxşı, bəs hədəflərinizi nəyə görə təyin etməlisiniz? Nəticədə hədəf təyin etmənin məqsədi o hədəfə çatmaqdır. Nəticəyə çata bilməyən hədəflərə sahib olmaq, adamın vaxtını və enerjisini boş yerə xərcləməsinə səbəb olar. Unutmayın, ən yaxşı hədəf, ağıllı hədəfdir.
 
Ağıllı hədəflərin 5 xarakterik xüsusiyyəti olmalıdır:
 
Açıq və dəqiq olmalıdır
Hədəfiniz dəqiq və açıq olmalıdır. Bir hədəf əsla həddindən artıq və ya şablon olmamalıdır. Hədəfiniz dəqiq və açıq olduğu zaman, işlərinizin bu istiqamətdəki irəliləməsini də asanca ölçüb biçəcəksiniz.

Qədərində olmalıdır
Hədəfinizin ölçüsü olmalıdır. Həvəsinizin yüksək qalması üçün hədəflərinizə çatmanız da əhəmiyyətlidir.

Çatılan olmalıdır
Hədəfləriniz real və çatılan olmalıdırlar. Çox yüksək və ya çox aşağı hədəflər mənasız olarlar və təbii olaraq zamanla bunları görməməzlikdən gəlib, hədəflərinizdən uzaqlaşa bilərsiniz.

Mövzu ilə əlaqədar olmalıdır
Hədəfiniz, şirkətinizin məqsədi və fikiri ilə əlaqəli olmalıdır.

Zaman limiti olmalıdır
Hədəflərin bir başlama və bitmə zamanı olmalıdır. Son icra tarixi olmayan hədəflər və proqramlar göz ardı edilməyə və təxirə salınmağa məhkumdurlar.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 899
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri