Qadın və karyera

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 702
Səs ver:
(səs: 0)
Qadınlar karyera qurarkən kişilərlə müqayisədə fərqli addımlar atmaq, hədəf seçimində daha diqqətə çarpan xəttlər çəkmək, daha dəqiq davranmaq məcburiyyətindədirlər.

Əvvəlcə peşə seçimində doğru hədəflərə yönəlmək əhəmiyyətlidir. Karyera qurmaq istəyən bir qadın "Karyera yol xəritəsi"ində maraq və qabiliyyət analizinə laqeyd yanaşmamalıdır. Lazım olsa bir karyera mütəxəssisinə müraciət etməlidir.

Bunu unutmamaq lazımdır ki, karyera qurmaq qadınlar üçün həqiqətən çətindir. İlk növbədə özü ilə eyni mövqedəki bir kişinin performansının iki qatını göstərməyi bacarmalıdır. Bu səbəblə bəzilərinin sizdə səhf tapmasına fürsət verməyin.

Zaman rəhbərliyi mövzusunda çox həssas davranaraq, həm iş həm də ailə həyatını tarazlamaq əhəmiyyətlidir. Buna görə də, yüksəlmək istəyən hər qadın planlamağı öyrənməli və prioritetlərini yaxşı ayırt etməlidir.

Hər hansı bir sahədə müvəffəqiyyətli və lider olmuş qadınları araşdırsanız, bunların məsuliyyətləri olan qadınlar olduğunu görərsiniz. Məsuliyyət və təşəbbüs almaqdan çəkinməməlisiniz. Məsuliyyət hər sahədə müvəffəqiyyətin dəstəkləyicisidir. Münaqişədən çox razılığa meylli bir münasibət içərisində olun. Davalı və gərgin mühitlərdə müvəffəqiyyətli olmaq çox çətindir.

Liderlik bacarıqları ilə yanaşı, komanda işinə dair təlimlərə də laqeyd yanaşmayın. Yaxşı bir "komanda oyunçusu" olun.

Yüksəlmək istəyən qadın özünü tanımalıdir. Şərtlərini, xarakter xüsusiyyətlərini, güclü və zəif cəhətlərini bilməlidir. Heç bir zaman "kişi kimi qadın" deyilməsinə fürsət verməməli, şəxsiyyəti ilə barışıq olmalıdır. Düşüncələr müsbət çərçivədə formalaşmalıdır, çünki müvəffəqiyyətli olmağı düşünərək müvəffəqiyyət qazanma ehtimalı daha yüksəkdir. Bu, eyni zamanda qadın olmağın əhəmiyyətli bir üstünlüyüdür, çünki onlar müsbət düşünməyə daha uyğundurlar. Müsbət duyğular, həm hədəfə daha sürətli yönəlməyi təmin edər həm də əkilən müvəffəqiyyət toxumlarının cücərməsini sürətləndirər.

Risklər nə qədər cəsur və özünüzə etibarlı olduğunuzu göstərir, sizi liderliyə yaxınlaşdırır. Aparılan tədqiqatlar və iş təcrübələri, müvəffəqiyyətli qadınların "romantik zəka" sının inkişaf etmiş olduğunu göstərir. İş mühitində kişiyə bənzəməyə çalışmayıb daha çox qadına xas olan bu xüsusiyyəti inkişaf etdirin. Romantik zəkaya dair daha çox məlumat əldə edin və lazım olsa bir mütəxəssislə çalışıb bu yönünüzü inkişaf etdirin.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 702
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri