İş görüşməsinə gedərkən bunları bilin

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2 247
Səs ver:
(səs: 0)
Özünüzü tanıyın
Müsahibəniz var və keçmişiniz və yazınızla əlaqədar soruşulacaq suallara hazırlıqlı olmalısınız. Əvvəlcə özünüzü necə izah edəcəyinizi düşünün. Sizi digər namizədlərdən ayıran xüsusiyyətlərə adabta olun. İşi inkişaf etdirmək üçün nələr edə biləcəyinizi bilin. Ayrıca tipik müsahibə suallarına da hazırlıq olun. Karier hədəfiniz nədir? Son işinizdən niy ayrıldınız? kimi...

Keçmişinizi bilin
İşə götürən sizi tanımadığından əlində yalnız sizin keçmişiniz var. Görüşməyə getmədən şübhəsiz özünüzə də bir kopiyasını alın. Müəyyən bir hissəsindən parça parça sual soruşula biləcəyindən arada nəzər salmanız lazım ola bilər. Məsələn bir işdə əldə etdiyiniz müvəffəqiyyət ağılınızda qalmamış ola bilər və sual soruşulduğunda çaşa bilərsiniz. Bu da işə götürən də etibarsız bir təəssürat buraxa bilər. Bu tip vəziyyətləri önləmək üçün keçmişinizi yaxşıca bilin.

Şirkəti bilin
Şirkətin kreslolarında oturub ətrafı seyr etməyə getmirsinizsə, əvvəldən mütləq firmanı araşdırmanız lazımdır. Artıq internetin çox məşhur və hər şirkeyin bir veb səhifəsi olduğunu düşünsək, şirkət haqqında bir şey bilməmənizin hər hansı bir bəhanəsi ola bilməz. Buna görə getmədən kiçik bir araşdırma etmək görüşmənin gedişatı üçün yaxşı olacaq.

Soruşmaq istədiklərinizi bilin
Maraqsız görünən namizədlərin müsahibədə müvəffəqiyyətli olması az haradasa qeyri-mümkün. Cavablarını bilmək istədiyiniz və cavablarını bilməniz lazım olan şeyləri soruşun. Getmədən əvvəl bunları siyahı edin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 247
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri