Karyerasında uğurlu qadının 5 özünəməxsusluğu

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 731
Səs ver:
(səs: 1)
Karyeranızda uğurlu olmaq bütün həyatınıza və insanların sizə baxışlarına təsir göstərir. Uğurlu, zəkalı və öz ayaqları üzərində dayanan bir qadın olmaq, eyni zamanda psixologiyanıza da müsbət istiqamətdə təsir göstərir və özünə inamı artırır. Bəs uğurlu olmağın sirri nədir?

Inanın və sevin
Gördüyünüz işin yaxşı olduğuna inanın və işinizi sevin. Sevilərək görülən hər bir iş, uğurlu olur. Özünüzü və gördüyünüz işi heç vaxt kiçik görməyin və nə etsəniz edin ancaq ən yaxşı şəkildə etdiyinizdən əmin olun. Bu sizi müvəffəqiyyətə aparacaq ən mühüm qayda.

Qeyd aparın
İş yerində və şəxsi həyatınızda edəcəyinizi bir vərəqə qeyd edin. Not alma sistemi gərgin işinizdə sizə asanlıq təmin edəcək və iş təqibini yaxşı keçirmənizə imkan verəcəkdir.

Risk alın
Yeni işlər və təşəbbüslər üçün hər zaman risk alın. Ancaq bunu edərkən kifayət qədər bigiyə sahib olmaq üçün davamlı araşdırın və oxuyun. Bu sizə çox şey qazandıracaq.

Danışın
Nə demişlər heyvanlar qoxlaşa qoxlaşa insanlar danışa danışa anlaşır. İş mühitində dialoq qurmaqdan və yeni insanlarla tanış olmaqdan çəkinməyin. İnsanlarla olan münasibətinizi hər zaman isti saxlamağa diqqət göstərin. Kimdən nə vaxt nə mövzuda kömək gələcəyi bəlli olmaz, elə deyilmi?

Özünüzə vaxt ayırın
Uğurlu olmağın ən mühüm qaydalarından biri də işə can yandıran adam olmadan əlavə özünüzə vaxt ayırmaqdır. İş saatında işinizi aparın və qoyun digər vaxtlar sizə qalsın. Zamanı doğru şəkildə bölüb və belə qiymətləndirsəniz ecazkar işlər ərsəyə gətirəcəksiniz.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 731
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri