Dini Hədislər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 11
Baxılıb: 4 935
Səs ver:
(səs: 0)
Peyğəmbər (s.ə.s) buyurur: Ey Allah bəndələri! Bir-birinizə arxa çevirməyin, bir-birinizdən qırılmayın, bir-birinizlə qardaş olun. İki möminin bir-birindən küsməsi üç gündür. Əgər (üç gündən sonra) danışmasalar, bir-biriləri ilə kəlmə kəsməyənə qədər Allah onlardan üz çevirər.

* * *

İmam Əli (ə) buyurur: Kin bəsləmək eyiblərin ən pisidir.

* * *

Peyğəmbər (s.ə.s) buyurur: Din qardaşı ilə üç gündən artıq küsülü olmaq dlğru deyil. Üç gündən sonra onunla qarşılaşarsa, salam verib halını soruşmalıdır. O biri də salamı alarsa, birlikdə savaba çatarlar. Əgər salamı almazsa, günaha girər. Salam verən də küsülü durmağın məsuliyyətindən qurtulmuş olar.

* * *

Peyğəmbər (s.ə.s) buyurur: Bir-birindən küsülü olan iki adamdan kim əvvəlcə salam verərsə, günahları bağışlanar. Salam verdiyi halda, qarşıdakı salamını almazsa, bu şəxsin salamını mələklər alar.

* * *

Peyğəmbər (s.ə.s) buyurur: Qeybət etməkdən çəkinin. O zinadan da pisdir. Çünki, zina edən tövbə etdikdə Allah onu qəbul edər, lakin qeybət edənin günahı qeybət olunan onu bağışlamadıqca bağışlanmaz.

* * *

Peyğəmbər (s.ə.s) buyurur: Meracda olduğumda bir qrup insana rast gəldim. Onlar dırnaqları ilə üzlərini və sinələrini cırırdılar. Cəbraildən onların kim olduğunu soruşdum. O, onlar insanların ətlərini yeyən (yəni qeybət edən) və onların eyiblərini danışanlardır - deyə cavab verdi.

* * *

Allahın Rəsulu (s.ə.s) buyurur: Qeybət nədir, bilirsiniz?. Səhabələr cavab verir: Ən yaxşısını Allah və Rəsulu (s.ə.s) bilər. Peyğəmbər (s.ə.s) deyir: Qardaşınızın xoşuna gəlmədiyini onun haqqında söyləməkdir. Səhabələrdən biri sual verir: Əgər söylədiyim xüsusiyyətlər onda varsa, onda necə?. Allahın Rəsulu (s.ə.s) buyurur: Əgər söylədiklərin varsa, qeybət etmiş olarsan, əgər yoxdursa, onda ona böhtan atmış olarsan.

* * *

Peyğəmbər (s.ə.s) buyurur: Dedi-qodu ilə məşğul olan Cənnətə daxil olmayacaq.

* * *

İslam Peyğəmbəri (s.ə.s) buyurur: Qəzəb imanı sirkə balı xarab etdiyi kimi xarab edər.

* * *

İmam Sadiq (ə) buyurur: Hər kim qəzəbini cilovlaya bilməsə, ağlına da sahib ola bilməz.

* * *

Həzrət Əli (ə) buyurur: Qəzəbdən çəkinin. Onun başlanğıcı dəlilik, sonu isə peşmançılıqdır.

* * *

Həzrət Məhəmməd (s.ə.s) buyurur: Mömini şad edən məni şad etmiş, məni şad edən isə Allahı şad etmişdir.

* * *

Həzrət Əli (ə) buyurur: Tövbə etmək qəlbləri paklayır, günahları yuyur.

* * *

Peyğəmbər (s.ə.s) buyurur: Müsəlmana hiylə quran bizdən deyildir.

* * *

Həzrət Əli (ə) buyurur: Məsləhət edən şəxs xətadan amanda qalar.
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 4 935
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri