Məscidin müxtəlif yerlərində namaz qılmaq tövsiyəsi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 3 285
Səs ver:
(səs: 0)
Məscid – insan tərbiyə edən, ictimai problemlərin həll olmasına yardım edən bir mərkəzdir ki, İslam dinimiz onun əhəmiyyəti haqqında çox məlumat vermişdir.

Misal üçün Məscidun-Nəbi inşa edildikdən sonra müsəlmanlar üçün mənəvi məkan olduğu kimi, həm dini təlim verən və həm də iqtisadi problemlərin həllinə yardım edən mərkəzə çevrildi. Düşmənlərə qarşı tədarük görmək də məhz bu məkandan başlamışdır.

Ona görə də Məsumlarımız (ə) bizə məsciddə namaz qılmağı və orada vaxt keçirtməyi tövsiyə edir və onun faydalarını bəyan edirlər. (Tebyan)

İmam Kazım (ə) buyurur: “Məscidə gəlin. Çünki onlar yer üzərində olan Allahın evidirlər. Hər kim ora təharətlə daxil olar, Allah (onu) günahlarından pak edər. Onu öz zəvvarı yazar. Ona görə də orada çoxlu namaz qılın və dua edin. Məscidin müxtəlif tərəflərində namaz qılın ki, hər yer qiyamət günü namazqılan üçün şəhadət verəcəkdir”.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 285
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri