Vilayətin 8-ci günəşi və rəhmət imamı

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 517
Səs ver:
(səs: 0)
Hicrətin 148-ci ilində Mədinə şəhərində imamət günəşinin yeni bir parlaq ulduzu dünya əhlini şərəfləndirdi. Bu ümmətin 8-ci imamı Musa ibn Əli ər-Rzadır (ə). Atası İslam dünyasının yeddinci imami İmam Kazım (ə), anası Nəcmə olan nəcib və təqvalı bir xanımdır.

İmam Rza (ə) 55 il ömür sürmüş, İmam Kazımın (ə) şəhadətindən sonra 34 yaşinda imamətə yetişmiş və 21 il imamlıq etmişdir. İmamın yaşadığı dövr Abbasilərin vaxtına təsadüf edir. 21 illk imamət dövrünün 10 ili Harun ər-Rəşidin, qalan vaxtı isə xəlifə Məmunun vaxtına düşür. Məmun öz hakimiyyətini möhkəmlətmək və şiələrlə münasibəti düzəltmək məqsədi ilə hiyləyə əl atır. İmama (ə) vəliəhdlik təklif edir və İmamı (ə) buna məcbur edir. Qəbul etmədikdə xəlifə zora əl atır və o Həzrəti (ə) məcburi şəkildə mərv şəhərinə gətizdirir. Bu hadisə illərlə qətl və təqiblərə məruz qalan Əhli-Beytin həyatinda yeni mərhələ açir.
Bu təqiblərlə, qətllərlə yanaşı sürgünlərin başlanması idi. Həzrət Məsumənin Qum şəhərinə, Hökümə Xanımın Azərbaycana gəlməsi, digər bacılarin Rəşt və İsfahanda dəfn olunması bunun bariz nümunəsidir.
İmam vəliəhd olmasına baxmayaraq siyasi işlərə qarışmır, yalnız elmi məclislərdə iştirak edirdi. İmamın elm və fəziləti barədə deyilir: İmam kimisə narahat etməz, kimsənin sözünü yarımçıq kəsməz, xidmətçilərə qayğılı olar, oruc tutar, gecələri yoxsullara ərzaq paylayardı"
Öz hədəfinə yetişməyən Məmun hicrətin 203-cü ilində İmamı(ə) zəhərlədir. İmam ömrünün 55-ci ilində zəhərlənmə səbəbi ilə dünyaya gözünü yumur. Şəhid edilən İmam (ə) Tus (Məşhəd) şəhərində dəfn edilir.

İndi İmamın şəhid edilməsindən 1200 il keçir. Buna baxmayaraq hər gün o Həzrətin pak hərəmini saysız hesabsiz zəvvar ziyarət edir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 517
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri