Sadəcə oxu və düşün

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 2 465
Səs ver:
(səs: 0)
Körpə ana bətnində Allahdan soruşur: - İlahi, mənim yeməyim, içməyim, havam göbəyimlə gəlir. Mənə verdiyin ağız, burun niyə lazımdı? Mənə ayaqlar vermisən. Bu balaca yerdə onlar mənim nəyimə gərəkdir? Əllər vermisən. Onlarla nəyi tutacağam? Gözlər vermisən. Bir haldakı hər tərəf qaranlıqdır. Onlarla hara baxacağam? Qulaqlar vermisən. Onlarla nəyi eşidəcəyəm? Mənə gərək olan bir tək göbəyim deyilmi? O, mənim bütün ehtiyaclarımı ödəmirmi?

Allah cavab verir:
- Tələsmə, insan övladı! Bir müddətdən sonra səni elə bir dünyaya aparacağam ki, bugün lazımsız bildiyin şeylər orada sənin ən zəruri orqanlarına çevriləcəklər. Bugün gərəkli hesab etdiyin göbəyi isə kəsib tullantı kimi torpaqda basdıracaqlar.

İnsan övladı dünyaya gəldikdən bir qədər sonra Allah ona ibadət etməyi və bununla ruhunu inkişaf etdirməyi, mənəviyyatlı olmağı əmr edir.

İnsan yenə Allaha sual verir:
- İlahi, mənim yaşamağım üçün gərək olan hər şeyi vermisən. Görən gözüm, eşidən qulağım, tutan əlim,gəzən ayağım, yeməyə ağzım, nəfəs almağa burnum var. Bunlar mənə kifayət deyilmi? Xoşbəxt olmağım üçün bədənim bəs deyilmi? Ruhumun inkişafı, mənəviyyat mənim nəyimə gərəkdir?

Allah cavab verir:
- Tələsmə ey insan övladı! Bir müddətdən sonra səni elə bir dünyaya aparacağam ki, bu dünyada gərəksiz bildiyin mənəviyyat, ruhi yüksəliş sənin ən gərəkli orqanlarına çevriləcəklər.
Gərəkli hesab etdiyin bədəni isə tullantı kimi torpağa basdıracaqlar.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 465
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri