Həsən əl-Bəsri rəvayət edir ki, bir kişi vəfat etdi və özündən sonra oğlunu və azad etdiyi köləsini qoyub getdi. Ölərkən azad etdiyi köləsinə oğluna baxmasını vəsiyyət etdi. Uşaqhəddi-buluğa çatanadək kölə əlindən gələni əsirgəmədi - ona yaxşı baxdı, sonra da onu (öz qızı və ya bacısı ilə) evləndirdi. Bir müddətdən sonra o gənc həmin adama: “Mənim üçün hazırlıq gör, elmdalınca gedəcəyəm!”- dedi. O da onun üçün hazırlıq gördü. Nəhayət o, alimin yanına gəlibondan elm öyrənmək istədikdə, alim dedi: “Nə vaxt evinə qayıtmaq istəsən, mənəde, sənə gözəl nəsihət edəcəyəm.” Bir müddətdən sonra o, alimin yanına gəlib dedi: “Mən evə getmək istəyirəm, mənə nəsihət et!” Alim dedi: “Allahdan qorx, səbirli ol və tələsmə!”Həsən əl-Bəsri dedi: “Elə bütün xeyir bunlardadır”.Nəhayət, o çıxıb getdi. O, bu nəsihətləri hələ unutmamışdı.Bunlar cəmi üç nəsihət idi. O gəlib yurduna çatdıqda miniyindən yerə endi. Evinə gəldikdə orada zövcəsindən ayrı yatmış bir adam gördü. Zövcəsi də yatmışdı. O, öz-özünə dedi: “Vallahi, mən bilmirəm bunu nə üçün gözləyirəm, nə istəyirəm?” Sonra miniyinin yanına qayıdıb qılıncı götürmək istədikdə öz-özünə dedi: “Allahdan qorx, səbirli ol və tələsmə!”O, geri qayıdıb həmin adamın başının üstə dayanıb öz-özünə: “Mən bunu gözləyən deyiləm”- dedi və yenidən miniyinin yanına döndü. Qılıncını götürmək istədikdə nəsihətləri xatırlayıbgeri qayıtdı. Gəlib onun başınıın üstə dayandıqda, o adam yuxudan oyandı. Oyanan kimi başının üstə duran adamı gördü və onun üstünə atılıb onu qucaqlayıb öpdü və soruşdu: “Məndən ayrıldıqdan sonra nəyə nail oldun?”O dedi: “Vallahi, səndən sonraçoxlu xeyir əldə etdim. Mən bu gecə sənin başınla qılıncım arasında üç dəfə gedib gəldim və səni öldürmək istədim. Lakin öyrəndiyim elm səni öldürməyə mənə mane oldu”. (əl-Buxari, Ədəbul-Mufrad, 583).Bu gənc zövcəsinin yanında olan adamın onun köləsi, həmdə zövcəsinin məhrəmi olduğunu görəndə qəzəbi soyuyur və qəlbindəki şübhələr aradan qalxır. Bu ibrətamiz hekayə dini elm öyrənməyin nə dərəcədə fəzilətli bir əməl olduğunu göstərir.