İnsan Allahı sevib-sevmədiyini necə bilə bilər?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2702
Səs ver:
(səs: 0)
Həzrət İsaya (ə) sual verirlər ki, ən üstün əməl hansıdır?". Buyurur: "Allahdan razı olmaq və Onu sevmək".

İmam Sadiq (ə) buyurur: "İlahi övliyaları və onların vilayətini sevmək vacibdir. Onların düşmənlərindən bezar olmaq da lazımlıdır".

İmam Baqir (ə) buyurur: "Bil ki, (insanlara) yaxın olmaq - Allahdandır. (İnsanlarla) düşmən olmaq - şeytandandır".

İmam Əli (ə) buyurur: "Məbada Allahın düşmənini sevəsən və ya Allahın dostu olmayanlar üçün dostluğunu xalis edəsən. Çünki hər kəs hansı dəstəni sevər, onlarla məhşur olar".

İmam Sadiq (ə) buyurur: "Qəlb - Allahın hərəmidir. Ona görə də Allahdan qeyrisinə qəlbində yer vermə".

Həzrət Peyğəmbər (s) buyurur: "Allah Davuda (ə) buyurur: "Məni sev və Məni xəlqimin məhbubu et".

Davud (ə) deyir: "Pərvərdigara! Mən səni sevirəm, ancaq Səni necə xəlqinin məhbubu edim?".

Buyurur: "Nemətlərimi onların yadına sal. Çünki o zaman ki, nemətlərimi onlara sayarsan, Məni sevəcəklər"".

Həzrət Peyğəmbər (s) buyurur: "Allah sevgisinin nişanəsi - Allahı yada salmağı sevməklədir. Allahla düşmən olmağın əlaməti - Allahı yada salmağı düşmən bilməklədir".

Həzrət Peyğəmbər (s) buyurur: "İman kamil olmaz, məgər biz Əhli-Beytin (ə) sevgisi ilə".

Həzrət Peyğəmbər (s) buyurur: "Agah olun, hər kimin dostluğu Allah və düşmənçiliyi Allah üçün olarsa, ətası Allah üçün və qadağası Allah üçün olarsa - Allahın seçilmişlərindəndir".

Həzrət Peyğəmbər (s) buyurur: "İmanın hansı tutacağı daha möhkəmdir?".

Əbuzər deyir: "Allah və Rəsulu (s) daha yaxşı bilir".

Həzrət (s) buyurur: "Allah üçün dostluq etmək, Allah üçün düşmənçilik etmək və Allah yolunda qəzəblənmək".=
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2702
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri