Bəzi xeyir əməllər üçün verilən hədsiz savablar haqqında hədislər doğrudurmu?

Şərhlər: 2
Baxılıb: 2 565
Səs ver:
(səs: 0)
Əvvəlcə, bunu qeyd edək ki, hər bir hədisin, o cümlədən, qeyd edilən mövzudakı hədislərin düzgün olub-olmadığını birbaşa söyləmək mümkün deyil, hər bir hədisin mətni və sənədi ayrı-ayrılıqda araşdırılmalıdır. İkincisi, bu mövzuda olan hədislərin çoxusu insanları təşviq etmək məqsədi ilə buyurulub. İnsanlar bir əməlin nə qədər böyük savab gətirdiyini anlasınlar və həmin əməli etsinlər deyə, məsumlar bu üsuldan istifadə etmişlər. Necə ki, biz də bir kəsə məsələnin vacibliyini və ya çoxluğu ifadə etmək üçün "min dəfə demişəm", "yetmiş qat çoxdur", "əlli dəfə gedib-gəldim", "bir saatdır gözləyirəm", "bir ildir deyirəm", "ömrüm boyu bu işlə məşğulam" kimi ifadələrdən istifadə edirik. Nəhayət, üçüncüsü, savabların çoxluğu bizi heyrətə salmamalıdır. Unutmayaq ki, pis əməllərə görə qazandığımız günahlar da durmadan artır və günahlarımız savablarımızı "yeyir".
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 565
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri