İlk insan Adəmin həyatı

Müəllif: Aisha
Şərhlər: 9
Baxılıb: 2 829
Səs ver:
(səs: 3)
Rəbbimiz olan Allah insanı torpaqdan yaratdı.Aaah Adəmi yaradacağını ilk öncə mələklərə xəbər verib:"Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!" buyurdu.Mələklər də:"Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda Sən orada fəsad trədib qan salacaq bir kəsmi yerləşdirəcəksən ?"-söylədilər.Rəbbimiz olan Allah da mələklərə belə buyurdu:"Şübhəsiz ki,Mən sizin bilmədiklərinizi bilirəm!"Beləliklə O,bütün insanların atası sayılan Adəmi yaratdı.Allah Adəmə bütün şeylərin adlarını öyrətdi.
Rəbbimiz olan Allah Adəmi yaratdıqdan sonra mələklərə əmr etdi ki, ona səcdə etsinlər.Bütün mələklər də tərəddüd etmədən bu əmri yerinə yetirdilər.O zaman məlklər arasında İblis adlı bir varlıq da var idi.O isə mələklər kimi nurdan deyil,oddan yaradılmışdı.İblis mələklərin arasında olsa da, onlar kimi günahsız deyildi.Allah İblisədə əmr etdi ki,Adəmə səcdə etsin.Buna baxmayaraq o, bu əmra qarşı çıxdı.Allah İblisə dedi:"Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?"İblis dedi:"Mən ondan daha yaxşıyam,üstünəm,çünki Sən məni oddan, onu isə palçıqdan yaraydın!".İblisin bu üsyanı Allahın əmrinə qarşı çıxması onun böyük bir cəzaya düçar olmasıyla nəticəlndi.O lənətləndi və əbədi olaraq Cəhənnəmlik oldu.
Artıq Uca Allah İblisin Cənnətə girməsini qadağan etmişdi.Bu zaman Allah bəndəsi Adəmin həyat yoldaşı olaraq Həvva anamısı yaradır.Rəbbimiz olan Allah Adəmə deyir:"Ey Adəm sən zövcənlə Cənnətdə qal və hər ikiniz oradaki metvələrdən istədiyiniz kimi bol-bol yeyin,yalnız bu ağaca yaxın gəlməyin!Yoxsa özünüzə zülm edənlərdən olarsınız!"İblis də hər dəfə bir fürsət axtarır,planlar hazırlayırdı ki,Adəm və Həvva Allaha üsyan edib onun əmrinə qarşı çıxsınlar.O,Cənnətə bir ağacın meyvəsinə toxunmamaq üçün qadağan gəldiyini eşitdikdə çox sevindi.Bu qadağan olunmuş meyvəni Adəm və Həvvaya yedirtməklə onların Allahın əmrinə qarşı çıxarmağa çalışacaqdı.
Adəm və Həvva Cənnətdə birgə gəzirdilər.Şeytan (İblis)isə Cənnətdən kənardavəsvəsə edərək onları yoldan çıxartmağa çalışırdı.Şeytan Adəmin və Həvvanın örtülü ayıb (övrət) yerlərini özlərini göstərmək məqsədilə onlara vəsvəsə verib dedi:"Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya Cənnətdə əbədi qalmamağınız üçün qadağan etmişdir!"Həm də onlara:"Mən,əlbəttdə, sizin xeyirxah məsləhətçilərinizdənəm"-deyə and içdi.Beləliklə,(Şeytan) onları batil sözlərlə aldadaraq uca yerlərdən,yüksək mərtəbələrdən aşağı endirdi.Adəm və Həvva ağacın meyvəsindən daddıqda ayıb yerləri gözlərinə göründü.Beləliklə,ilk günahı etdilər və Cənnətdən çıxartdılar.İlk qadın olan Həvva anamızın iki oğlu-Habil və Qabil anadan olmuşdu.Onlar Cənnətdə yox,yer üzündə doğulmuşdular.Habil və Qabil qardaşları Allah yolunda qurban gətirmişdilər.Habil ən gözəl qurban gətirdiyi üçün Allah tərəfindən qəbul edilmiş,Qabilin gətirdiyi qurban qəbul edilməmişdi.Buna görə Qabil qardaşı Habilə çox nifrətlə yanaşmış və belə demişdi:"Səni mütləq öldürəcəyəm!"Qardaşı Habil ona belə cavab vermişdi:"Allah, yalnız ondan qorxan mömin qullarından(qurban)qəbul edər".Sonunda nəfsinə uyaraq,Qabil qardaşı Habiliöldürmək fikrinə düşdü.Onu öldürdü və bu əməlindən böyük bir zərər çəkdi.Büləliklə,yer üzündə ilk qətl baş vermiş oldu.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 2 829
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri