İbadətə layiq olan yalnız Allahdır

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 1047
Səs ver:
(səs: 0)
Kainatdakı yaradılmışlar haqqında düşüncələr insanı yalnız Allaha ibadət etməyə yönəldir. Kainatı yaradan və idarə edən, göyləri və yeri saxlayan, göydən ruzi göndərən, həyat verən və ölüm göndərən Allahdır. Buna görə də ibadətə layiq olan da yalnız Odur. Uca Allah buyurur: "Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız. O, sizin üçün yer üzünü döşədi, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi. Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın. Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın!" (əl-Bəqərə, 21-22). "Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Necə də haqdan döndərilirsiniz!" (Fatir, 3). Bax Uca Allah Qurani Kərimdə uydurma tanrılara ibadət etməyin mənasızlığını necə sübut edir: "O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik. Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar. Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər" (Loğman, 10-11). Allah öz bəndələrinə kainatdakı ayələrini xatırladır, bütün işləri necə idarə etdiyi barəsində danışır və bu ayələrin əksəriyyəti "Bu sizin Rəbbiniz olan Allahdır" sözləri ilə bitir. Bununla Allah "Budur sizin ibadətə layiq olan həqiqi tək ilahınız" demək istəyir. Allah buyurur: "O, göyləri və yeri haqq olaraq yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. O, Qüdrətlidir, Bağışlayandır. Allah sizi tək bir nəfərdən (Adəmdən) yaratdı. Sonra onun özündən zövcəsini yaratdı. O sizdən ötrü səkkiz cüt heyvan endirdi. O sizi analarınızın bətnlərində üç zülmət içərisində yaranış ardından yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Ona məxsusdur. Ondan başqa heç bir məbud yoxdur. Siz necə də haqdan döndərilirsiniz! (əz-Zumər, 5-6).
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1047
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri