«Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mömünlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan ayağa gizlədən) çarşablarını örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan və rəhm edəndir! » («əl- Əzhab» surəsi, 59) İslami hicab və örtük nə cür olmalıdır?
Allah-Taala hicabı (bədəni və zinət əşyalarını örtmək) qadına vacib və naməhrəm kişilərin qarşısında bəzənib cilvələnməyi haram etmişdir.["Nur" surəsi, ayə:30-31.]
İslami hicab budur ki, qadın bütün bədənini, saçını və sinəsini naməhrəmlərdən örtsün. Əl və üz zinət əşyaları ilə bəzənilmədiyi halda istisna olunur. Dar, cazibədar, kişilərin diqqətini cəlb edəcək paltar geyinməməlidir. Paltar elə olmalıdır ki, bədən quruluşu və bədənin alçaq-hündürü bilinməməlidir.
Hicab və örpəyə riayət edən, naməhrəmlər qarşısında nazlanmayan qadın, öz iffət, ismət və analıq ləyaqətini qorumağa qadirdir. Qadın öz əri üçün bəzənməli, ona işvə-naz etməli və öz gözəlliyini ərinin ixtiyarında qoymalıdır. Hicab və iffətə riayət etməyən qadın, Allahı özündən narazı etmiş və özünü əzaba layiq bilmişdir.