İntiqam almaq? Əfv etmək?

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 3 227
Səs ver:
(səs: 3)
İntiqam sözü "nəqəm" sözündən alınmışdır və mənası bir şeyi inkar etmək və onun eybini tutmaqdır. Bu inkar ola bilsin ki, dil vasitəsilə olsun və ola bilər ki, cəza ilə.

İntiqamın müxtəlif mərhələləri vardır. Ola bilsin ki, məzəmmət, tənbeh ya da cəzalandırmaqla olsun. Quranın nəzərinə görə intiqam həmin inkardır. Bəzən cəza vasitəsilə olur. Əgər cəzanı verən bəşərdirsə, əvəzini çıxa bilər. Ancaq əgər Allah Təaladırsa, yalnız cəza verə bilər.

Allah Təala Quranda dörd dəfə özünü "Zuintiqam" adlandırmışdır. Allah buyurur ki, İlahi intiqam çox sürətli baş verər. Cəzadan da şiddətlidir. O zaman ki, günahkar insanın əzabı tezləşər, günah etmək üçün fürsət tapmaz. Ancaq o zaman ki, möhlət verilər, daha çox itaətsizlik etmək üçün fürsət əldə edər. Ən şiddətli cəzaya layiq olar.

Allahın intiqam almaqdakı hədəfi.

Biz insanlar sevirik ki, əgər kimsə bizə pislik etsə, onu cəzalandıraraq qəlbimizi rahat edək. İntiqam alaraq öz qəzəbimizdən xilas olaq. Ancaq Allah Təala o qədər ucadır ki, bəndələrinə heç bir zaman zərər vurmaz. Allahın intiqamı məzlumun zalımdan aldığı intiqam kimi deyildir. Bəlkə Allahın intiqamı İlahi ədalətə söykənir.

Allah bir insandan intiqam alan zaman xilqətin nizamına uyğun intiqam alar. Bu, o zaman baş verər ki, insanın etdikləri Kitaba və Peyğəmbərin (s) buyurduqlarının əksinə olar. Belə olan halda Allah həmin şəxsi cəzalandırar.

Allah nə zaman intiqam alar?
İlahi intiqamın zamanını iki yerə bölmək olar: dünyada və axirətdə.

Axirət intiqamı.

Bəzi Quran ayələri axirət intiqamının zamanının Qiyamət olduğunu vurğulayır. "(Həmin əzab kafirləri) ən böyük və ən ağır bir tərzdə əhatə edəcəyimiz gün (olacaqdır).

Çünki Biz intiqam alanıq". ("Duxan" 16). "Bu yerin başqa bir yerə çevriləcəyi (dağların məhv olacağı, dəryaların buxarlanacağı və yer üzünün tamamilə düz olacağı) və həmçinin göylərin (dəyişəcəyi) və hamının (bütün ölülərin hesab və cəza üçün) hər şeyə qalib tək Allahın hüzurunda zahir olacağı gündə!" ("İbrahim" 48). "

Dünyada intiqamı.

Allah bəzən insanlardan bu dünyada intiqam alar. Firondan, Ad və Səmud qövmündən aldığı intiqam kimi. Allah Peyğəmbərə (s) xitab edərək buyurur: "Odur ki, əgər Biz səni (bu dünyadan) aparsaq şübhəsiz, onlardan intiqam alacağıq!". ("Zuxruf" 41).

"Məgər Allah bəndəsin(in işlərin)ə kifayət deyil?! Və səni Ondan qeyrisi ilə qorxudurlar. Allah kimi azğınlıqda boşlasa, ona əsla bir yol göstərən olmaz". ("Zumər" 36).

İbrətli hekayə.

Həzrət Peyğəmbər (s) buurur: "Bir-birinə söyüş söyən iki insan, bir-birini didən iki şeytandırlar". "Bir gün Peyğəmbərin (s) məclisində bir nəfər səhabələrdən birinə söyüş söyür. O, sakit oturur. Sonra həmin kişiyə cavab verməyə başlayır.

Həzrət (s) ayağa qalxır və buyurur: "Mələk sənin əvəzinə cavab verirdi, özün danışan zaman mələk getdi və şeytan gəldi. O məclisdəki şeytan var, mən orada əyləşmərəm".

Ona görə də əgər mömin insan ona zülm edildiyini hiss etsə, İslam dininin bu zülmə görə müəyyən etdiyi hökmü yerinə yetirməyə çalışsın. Ancaq əgər həqiqi mömindirsə, hətta ona belə göz yumsun və həmin şəxsi əfv etsin.

Həzrət Peyğəmbər (s) buyurur: "Bəni-Adəm müxtəlif cürdür: bəziləri gec qəzəblənir, tez sakitləşirlər. Bəziləri tez qəzəblənir, tez sakit olurlar. Bəziləri tez qəzəblənir, gec razı olurlar.

Bəziləri gec qəzəblənir və gec razı olurlar. Bu insanların içərisində ən yaxşısı o kəslərdir ki, gec qəzəblənir, tez razı olarlar. Onların ən pisi o kəslərdir ki, tez qəzəblənir, gec razı olurlar".

İntiqamı tərk etməyin əlacı budur ki, onun dünya və axirət cəzasını düşünək. Əgər bu intiqamı Allaha tapşırsaq, həqiqi intiqam alan Odur. Bunu həm Quran ayələri və həm də hədislər təsdiq edir.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 3 227
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri