+++++++++Araf nədir?

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 2 766
Səs ver:
(səs: 0)
Araf, təfsirlərdə Cənnət ilə Cəhənnəm arasında bir yerdir. Bu kəlmə bir surəyə də ad olmuşdur. Araf surəsi, Arafdan danışıldığı üçün bu adı almıştır.Araf, əsasən orta mənzil, orta yer deməkdir. Ayətdən bilinən mənasıyla Cənnətlə Cəhənnəm arasındadır; ancaq keyfiyyəti haqqında heç bir malumata sahib deyilik.Burada olan şəxslər kimlərdir? Bu suala verilən birçox cavap vardır. Ancaq verilən cavabların hamısı da dirayətlə əlaqəlidir. Zira həm Araf həm də Arafda olannar haqqında Quranda zikri keçən şəxsdən başqa hər hansı bir rəvayət bilmirik. Qurani Kərimdə isə üç ayrı şey sərgilənməkdə və bu arada Arafdakı insanlardan bəhs edilməkdədir.Birinci bölümdə, Cənnət əhlinin Cəhənnəm əhlinə sualı yer alar.
Cənnət əhli soruşar: "Biz Rəbbimizin bizə vəd etdiyini gerçək olaraq bildik; siz də Rəbbinizin sizə vəd etdiyinin gerçəkliyinə inandınızmı ?" Bu suala Cəhənnəm əhli "bəli" deyə cavab verər.Tam bu əsnada aralarından biri belə səslənir: "Allahın (cc) lənəti zalimlərin üzərinə olsun!." (Araf/44)İkinci hissədə dövrəyə Araf əhli girər. Cənnət əhlinə baxıb "Səlam sizə" diyərlər. Cəhənnəm əhlini gördüklərində də "Ey Rəbbimiz! Bizi zalimlər topluluğu ilə bərabər etmə!" deyərlər.Daha sonrada tanıdıqları Cəhənnəm əhlinin önə gələnlərinə dünyadaki sözlərini xatırladar və onlara nə mallarının nə də övladlarının heç bir fayda vermədiyini üzlərinə vurarlar. 
Bu səhnə dəyişən kimi olar və son olaraq Araf əhlinin Cənnət əhlinə bu sözləri eşidilər: "Girin Cənnətə artıq sizə qorxu yoxdur və siz qəm çəkməyəcəksiniz də" (Araf/49).Üçüncü hissədə isə, Cəhənnəmdəkilərin Cənnət əhlinə verilən nemətlərdən özlərinə də vermələrini tələb edərək "Suyunuzdan vəya Allahın (cc) sizə verdiyi nemətlərdən bizim üzərimizə də tökün" deyə səslənişləri yer alar. Cənnət əhlinin verdiyi cavab isə belə olar: "Allah (cc) bunları kafirlərə haram qıldı" (Araf/50).Demək olar ki Araf əhli, bir tərəfilə Cənnət əhliylə digər tərəfilə də Cəhənnəm əhliylə münasibət içindədirlər. Hər iki tərəfi də yaxından tanımaqda və bilməkdədirlər. Onlar günah və savabları bərabər olan bir kimsələrdir.
Bəziləri də bunların insan sürətində mələklər olduğunu söylər. Bu son qisim doğru qəbul ediləcək olarsa ayətdə keçən "Və hüm yatmeun" .Bəzilərinə görə də, Cənnətə baxıb ümidlə dolan, Cəhənnəmə baxıb qorxudan ürpərən bu insanlar orada Cənnətə tam əhil gələ bilməkləri üçün bir müddət bələ bir sıxıntı keçirməsi vacib bilinən kəslərdir. Bəli günahkarların bəzilərinə dünyada çəkdikləri sıxıntılar kəffarət olarkən, bəzilərinə də qəbir əzabı kəffarət olmaqda və onları günahlardan təmizləməkdədir. Ancaq bunlarla təmizlənməyəcək halda olanlar isə axirətdə belə bir təmizlənmə prosesindən geçəcəklərdir. Və bunlardan bir qrup da Cənnət əhli Cənnətə girdikdən sonra bir müddət qalacaq və Cənnət ümüdi və Cəhənnəm qorxusuyla Arafda ömür sürəcəklərdir. Bu həyat şəkli də onlar üçün bir kəffarət və günahlardan təmizlənmə olacaqdır. Və daha sonra da Cənabi Haqqın (cc) rəhmətilə Cənnətə girəcəklərdir.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 766
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri